Məhkəmə qərarları › İş №2(017)-2357/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2357/2024

25.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2357/2024 25.12.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı və cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, Cavabdeh ilə ailə münasibətləri pozulduğundan ayrılmışlar. Ağcabədi rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(017)-736/2023 saylı qətnaməsinə əsasən 15 yanvar 2022-ci il təvəllüdlü X1 üçün hər ay Cavabdeh 130 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh vaxtlı-vaxtında alimenti ödəyir. Həmçinin arada-sırada 150 manat ödəyir. Lakin tutulan alimentin miqdarı uşağın saxlanmasına kifayət etmir. Cavabdeh alimentdən başqa uşağına heç bir köməklik etmir. Ona görə Cavabdeh tutulan alimentin miqdarının sabit pul məbləğində artırılaraq hər ay 15 yanvar 2022-ci il təvəllüdlü X2 üçün 235 manat məbləğində müəyyən olunmasına və mediasiya işi üzrə ödəmiş olduğu 50 manat pulun cavabdehdən tutularaq onun xeyirinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək uşağın tələbatını ödəməkdə çətinlik çəkdiyini, cavabehin isə alimentdən başqa heç bir maddi köməklik etmədiyini bildirib, iddianın tam təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdi və izahat verərək göstərdi ki, İddiaçı ilə 12 aprel 2021-ci tarixdə rəsmi olaraq evlənib ailə qurmuşlar. Onların birgə nikahlarından 15 yanvar 2022-ci il tarixdə bir uşağı olmuşdur. Nuranə ilə xasiyyətləri bir-birinə uyğun gəlmədiyi üçün 29 noyabr 2022-ci il tarixdə rəsmi olaraq nikahları pozulmuş və ayrı yaşayırlar. O, İİ vətən müharibəsi iştirakçısıdır və üçüncü dərəcəli əlil kimi sosial müavinat alanda uşağa hər ay 150 manat ödəyirdi. Lakin sonradan müavinatı kəsildi və hazırda müharibə iştirakçısı kimi 80 manat sosial müavinat alır. Səhətinə görə heç bir yerdə işləmir və heç bir gəliri yoxdur. Ona görə də 80 manatdan artıq aliment ödəməyə maddi gücü çatmır. İzahatında göstərdiklərini nəzərə alınmasını xahjiş etdi. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 15 yanvar 2022-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Ağcabədi rayon Məhkəməsinin 29 noyabr 2022-cü il tarixli, 2(017)-1532/2022 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasaında olan nikah pozulmuş, uşağ ananın yanında saxlanmış və tərəflərin birgə nikahlarından 15 yanvar 2022-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qazancından sabit pul məbləğində hər ay 60 manat aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan X3 surətindən görünür ki, Cavabdeh aldığı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu, partlayış travması, sağ bud çanaq oynağı nahiyyəsinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı və digər aldığı travmalar hərbi xidmət dövründə almışdır. İş materiallarında olan Azərbaycan Respubliası Medalının surətlərindən görünür ki, Cavabdeh Füzulinin, Cəbrayılın və Xocavəndin azad olunmasında iştirak etmişdir. İş materiallarında olan X3 surətindən görünür ki,Ağcabədi rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 27 oktyabr 2023-cü il tarixli cəbrayıl 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş arayışdan görünür ki, X7 alimentin artırılması tələbi ilə bağlı Mediasiya Şurasına müracət etmişdir. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, uşağın saxlanması üçün alimentin sabit pul məbləğində tutulması mümkündür. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ağcabədi rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(017)-736/2023 saylı qətnaməsinə əsasən Cavabdeh tərəfindən uşağın saxlanması üçün hər ay İddiaçı 130 manat sabit pul məbləğində aliment ödənilir. İddaçı İddiaçı uşağı saxlamağa kifayət qədər maddi imkanı yoxdur. Hazırda uşağın saxlanılması üçün əvvəl müəyyən olunmuş 130 manat aliment azlıq edir. «Yaşayış minimumu haqqında» Qanuna əsasən 2024-cü ildə uşaqların yaşayış minimumu 235 manat məbləğdə müəyyən olunmuşdur. onla «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, uşağın mənafeyini və cavabdehin maddi vəziyyətini nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə alimentin miqdarının artırılması ilə bağlı İddiaçı iddia tələbi qismən təmin edilməli, 15 yanvar 2022-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 140 manat sabit pul məbləğində müəyyən edilməsi qanunamüvafiqdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən ödənilən illik alimentin məbləğinə görə 36 manat 80 qəpik dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin olunsun. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilsin və yetkinlik yaşına çatmayan 15 yanvar 2022-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü Ağcabədi rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(017)-736/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. 15 yanvar 2022-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü Cavabdeh qazancından hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh alimentin illik məbləği nəzərə alınaraq 36 manat 80 qəpik dövlət rüsumu tutularaq Hökumət ödəniş portalı vasitəsilə Ağcabədi rayon Məhkəməsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar