Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2376/2023 18.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, İddiaçı böyük icra məmuru (probasiya üzrə) X1 və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bir ədəd mobil qurğunu yarasız hala salması nəticəsində 2277,40 manat vurulmuş zərərin əvəzinin Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı böyük icra məmuru (probasiya üzrə) X2 iddianı müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(017)-55/2022 nömrəli hökmünə əsasən Cavabdeh CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Onun üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. xx.xx.2022-ci il tarixdə Cavabdeh üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmiş, bu barədə müvafiq protokol tərtib olunmuş, həmin protokolu Cavabdeh imzası ilə təsdiq etmişdir. Həmin protokolla məhkum Cavabdeh 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd Attenti markalı elektron qolbağı təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş, üzərində gəzdirdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmin tarixdə mobil qurğunu məhkumdan təhvil alarkən həmin cihaz işlək vəziyyətdə olmuş və onda hər hansı problem olduğu müəyyən edilməmişdir. Bu barədə akt tərtib olunmuş və tərəflər həmin aktı imzalamışlar. Elektron nəzarət qurğusu Monitorinq mərkəzinə təhvil verildikdən sonra xx.xx.2023-cü il tarixdə qurğuya texniki baxış keçirilmiş və rəy verilmişdir. Həmin rəydə ana platada və elementlərdə korroziya müşahidə olunduğu və istifadəyə tam yarasız olduğu qeyd olunmuşdur. Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına görə mobil nəzarət qurğusunun dəyəri 2277,40 manat təşkil edir. Vurulmuş ziyan tələb olunsa da hal-hazıradək Cavabdeh ziyanı könüllü olaraq ödəməmişdir. Ona görə də iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(017)-55/2022 nömrəli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası İddiaçınə tapşırılmış və hökm icra olunaraq onun üzərinə nəzarət vasitəsi quraşdırılmış, bu barədə özünün iştirakı ilə müvafiq protokol tərtib olunaraq cəza çəkdiyi müddət ərzində daşımalı olduğu elektron nəzarət vasitələrinin istifadə qaydaları izah edilmiş və nəzarət avadanlıqlarını üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə ona xəbərdarlıq edilmişdir. Cəza çəkdiyi müddətdə hər hansı qanun pozuntusuna yol verməmiş, ona təhkim olunmuş avadanlıqları yararsız hala salmamışdır. Cəzasını çəkib qurtardıqdan sonra ona təhkim olunmuş nəzarət avadanlıqları saz vəziyyətdə təhvil verilmişdir. Nəzarət vasitəsinə ziyan dəyməsində onun heç bir günahı yoxdur. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş hökmün surətindən görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(017)-55/2022 nömrəli hökmünə əsasən Cavabdeh CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Onun üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş və hökmün icrası İddiaçınə tapşırılmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, cəza müddəti başa çatdığı üçün məhkum Cavabdeh tətbiq olunmuş “Attenti” markalı elektron nəzarət vasitəsi ondan geri təhvil alınmış və bu barədə İddiaçı böyük icra məmuru Namik Kərimov, icra məmuru Gəray Alıyev və məhkum Cavabdeh iştirakı ilə akt tərtib olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” texniki rəydən görünür ki, xx.xx.2023-cü il tarixdə qurğuya texniki baxış keçirilmiş və ana platada və elementlərdə korroziya müşahidə olunduğu və istifadəyə tam yarasız olduğu qeyd olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli, 144 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi” Qaydalarının 4.7-ci bəndinə görə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etmədikdə, müvafiq olaraq Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə uyğun tədbirlərin görülməsi üçün icra məmuru (probasiya üzrə) tərəfindən məhkəməyə təqdimat verilir. Həmin vəzifələr barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslər tərəfindən yerinə yetirilmədikdə, bu barədə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə müvafiq tədbirlərin görülməsi üçün cinayət prosesini həyata keçirən orqana məlumat verilir. Həmin Qaydaların 7.5-ci bəndinə görə tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Həmin Qaydaların 8.1-ci bəndinə görə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, azadlığın məhdudlaşdırılmasının və ya ev dustaqlığının müddəti bitdikdə, ləğv edildikdə elektron nəzarət vasitəsi icra məmuru (probasiya üzrə) və ya polis orqanı tərəfindən birdəfəlik çıxarılır. Həmin Qaydaların 8.4-8.5-ci bəndlərinə görə elektron nəzarət vasitələri çıxarıldıqda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi onun texniki vəziyyətini yoxlayır və mövcud olan bütün nasazlıqlar, o cümlədən fiziki xəsarət, enerji ehtiyatı elementlərinin zəifliyi, korpusun hermetikliyinin pozulması və bu kimi digər əlamətlər barədə akt tərtib edir. Birdəfəlik çıxarılmış elektron nəzarət vasitələri onun texniki vəziyyəti barədə aktla birlikdə monitorinq mərkəzinə göndərilir. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Rəhimov X3 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(017)-55/2022 nömrəli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm və göstəriş İddiaçındə qeydiyyata alındıqdan sonra icra edilərək məhkum Cavabdeh üzərinə elektron nəzarət vasitəsi olan mobil qurğu quraşdırılmış, cəzasını çəkib qurtardıqdan sonra xx.xx.2023-cü il tarixdə İddiaçı qeydiyyatından çıxarılmışdır. Elektron nəzarət qurğusu cavabdehdən təhvil alınarkən hər hansı nasazlıq olmamış, qurğu işlək vəziyyətdə olmuş və bu barədə akt tərtib edilmişdir. Elektron nəzarət qurğusu təhvil verildikdən bir müddət sonra nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun ana platasında və elementlərdə korroziya müşahidə olunduğu və işləmədiyi müəyyən edilmişdir. İddiaçı hazırda dəymiş ziyanı cavabdehdən tələb etsə də, elektron nəzarət qurğusunun zədələnməsində cavabdehin təqsirli olmasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının nümayəndəsinin izahatından da görünür ki, elektron nəzarət qurğusunun cavabdehə təhkim olunduğu dövr ərzində həmin qurğu normal işləmiş, nasazlıqla bağlı hər hansı məlumat daxil olmamışdır. Məhkəmə həmçinin diqqətə çatdırır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci madəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.5-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-7.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxs onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən mütəmadi və ya qərəzli olaraq boyun qaçırdıqda icra məmuru cəzanın çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi üçün məhkəməyə təqdimat verir. Həmin Məcəllənin 51-7.6.2-ci maddəsinə əsasən məhkumun elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etməsi, onu zədələməsi və ya digər üsulla yararsız vəziyyətə salması, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməməsi azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasından qərəzli boyun qaçırma hesab edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cəzanın icrasına nəzarət edən orqan olan İddiaçı tərəfindən məhkum, hazırki iş üzrə Cavabdeh barəsində cəzanın çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi haqqında təqdimat verilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Cavabdeh hərəkətlərində zərərin ödənilməsi üçün tələb olunan hallar, yəni zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması sübut olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 2277,40 manat məbləğində pulun alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına köçürülməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh 2277,40 manat məbləğində pulun alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına köçürülməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-2376/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2376/2023
18.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver