Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-24/2024 22.02.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh vurduğu maddi ziyanın və hüquqi yardıma görə ödənilmiş pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı maddi ziyana görə yaranmış 32400 manat məbləğində pulun və hüquqi yardıma görə ödənilmiş 130 manat məbləğində pulun alınaraq ona verilməsi barədə iddia tələbini dəqiqləşdirərək həcmini azaldaraq verdiyi izahatında göstərdi ki, X9 Prado markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında ona məxsusdur. xx.xx.2022-ci il tarixdə saat 15-30 radələrində Cavabdeh idarə etdiyi Kia rio markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törədərək ona məxsus olan X9 Prado markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Yol-nəqliyyat hadisəsi faktı ilə bağlı Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Cavabdeh CM-nin 263.1- 1-ci maddəsi ilə təqsirli bilinib ona 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cavabdeh təqsirli bilindiyi yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomobilə dəyən zərəri müəyyən etmək üçün "xxxx" MMC-də baxış keçirilmiş və avtomobilə 32400 manat məbləğində maddi zərər dəyməsi müəyyən edilmiş və bu barədə qüsur aktı tərtib olunmuşdur. Eyni zamanda hüquqi yardım göstərilməsinə görə 130 manat pul ödəmişdir. “Paşa” sığorta ona cəmi 5000 manat məbləğində sığorta ödənişi vermişdir. Eyni zamanda X9 Prado markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili “metalloma” təhvil vermiş və ona 4000 manat pul ödənilmişdir. İş üzrə ekspertiza təyin edilmiş və rəy alınmışdır. Ekspertin rəyi ilə tanış olmuş və həmin rəylə razıdır. Sonradan aralarında barışıq olmuş, qarşılıqlı razılığa gəlmişlər. Bundan sonra cavabdeh tərəfindən dəymiş zərərə görə nağd şəkildə ona 5000 manat pul ödənilmişdir. Ona olunmuş ödənişləri və Cavabdeh yoldaşının qohum olmasını və onun maddi vəziyyətini nəzərə alaraq avtomobilə vurulmuş zərərə görə Cavabdeh 12000 manat məbləğində zərərin əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddianı qəbul etdi və verdiyi izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 15-30 radələrində Cavabdeh idarə etdiyi Kia rio markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törədərək iddiaçıya məxsus olan X9 Prado markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Cavabdeh CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib ona 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş üzrə ekspertiza təyin edilmiş və rəy alınmışdır. Ekspertin rəyi ilə tanış olmuş və həmin rəylə razıdır. Hadisədən sonra sığorta iddiaçıya 5000 manat məbləğində sığorta ödənişi vermiş, eyni zamanda iddiaçı avtomobili “metalloma” təhvil verərək 4000 manat pul əldə etmişdir. İşin bu halını iddiaçı da təsdiq etmişdir. Bundan başqa tərəflər arasında olan qarşılıqlı razılaşmaya əsasən bu gün cavabdeh tərəfindən dəymiş zərərə görə nağd şəkildə iddiaçıya 5000 manat pul ödənilmişdir. Hazırda İddiaçı cavabdehdən 12000 manat pul tələb edir. Həmin tələblə razıdırlar. Lakin cavabdehin hazırkı maddi imkanı həmin pulu dərhal ödəməyə imkan vermir. Qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli hökmün surətindən görünür ki, Cavabdeh Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib ona 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş AB754690 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2008-ci il buraxılışlı, X9 Prado markalı ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli zərər aktının surətindən görünür ki, İddiaçı məxsus olan X9 Prado markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilin tamamilə istismara yarasız olduğu müəyyən edilmişdir. Həmin avtomobilin yuxarıda qeyd olunan tarixə parakəndə satış qiyməti 32400 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 yanvar 2024-cü il tarixli, 9/8861 nömrəli ekspert rəyindən görünür ki, 2008-ci il buraxılışlı, X9 Prado markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 31000 manat müəyyən olunur. Təqdim edilmiş fotoşəkillər müqayisə olunduqda salamat qalmış hissələr faiz ifadəsi ilə avtomobilin dəyərinin 13 faizini təşkil etməsi ehtimal olunur. Beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 31000 manat olmuş, 2008-ci il buraxılışlı, X9 Prado markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği, salamat qalmış hissələrin dəyəri (təxminən 4000 manat) nəzərə alınmaqla nəzəri qaydada təxminən 27000 manat (31000- 4000) müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 yanvar 2024-cü il tarixli, 9/8861 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür aparılmış tədqiqatın dəyəri 60 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş zərər aktı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 yanvar 2024-cü il tarixli, 9/8861 nömrəli ekspert rəyini müqayisəli şəkildə tədqiq edib məhkəmə hesab edir ki, ekspert rəyi xüsusi biliyə və iş stajına malik ekspert tərəfindən verildiyindən, daha mötəbər və əsaslı faktlara əsaslandığından həmin ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilərək qəbul edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsindən və eyni tarixli qəbzdən görünür ki, avtomobilə vurulmuş zərərə görə Cavabdeh atası X5 nağd şəkildə İddiaçı 5000 manat pul ödəmişdir. Avtomobilə dəymiş zərərin qalıq məbləği 12000 manat təşkil edir. İddiaçı cavabdehdən 12000 manat pulun alınıb ona verilməsini xahiş edir. Beləliklə, məhkəmə iclasında İddiaçı mülkiyyətində olan 2008-ci il buraxılışlı, X9 Prado markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh tərəfindən ziyan vurulması müəyyən edildi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüququ pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, iş materialları ilə İddiaçı mülkiyyətində olan 2008-ci il buraxılışlı, X9 Prado markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh tərəfindən ziyan vurulması sübut edildiyinə görə iddia təmin edilməli, Cavabdeh avtomobilə vurulmuş maddi zərərə görə tələb olunan 12000 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Cavabdeh 60 manat məbləğində ekspertiza xərci alınaraq, Az. MEM, VÖİN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab Az 41 NABZ******************** SWİFT BİK JTREAZ 22 nömrəli hesaba köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu aşağıdakı kimi müəyyən edilmişdir: 8.1.3. iddia qiyməti 10.000 manatdan 120 manat + 10.000 manatdan yuxarı 100.000 manatadək olduqda olan iddia qiymətinin 0,3 faizi Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi 12000 manat məbləğində təmin edildiyi üçün Cavabdeh dövlət rüsumuna görə 126 manat məbləğində pul alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh avtomobilə vurulmuş maddi zərərə görə 12000 manat (on iki min manat) məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumuna görə 126 manat məbləğində pul alınaraq Dövlət büdcəsinə ödənilsin. Cavabdeh 60 manat məbləğində ekspertiza xərci alınaraq, Az. MEM, VÖİN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab Az 41 NABZ******************** SWİFT BİK JTREAZ 22 nömrəli hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-24/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-24/2024
22.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver