Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2516/2024 28.12.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 06 iyun 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1352 manat borcun və 33,52 manat ödənilmiş dövlət rüsumu, cəmi 1385,52 manat pulun cavabdehdən alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 06 iyun 2023-cü il tarixli, nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Shivaki” markalı kondisioner üçün 76 manat ilkin ödənişlə 14 ay müddətinə hər ay 76 manat olmaqla, 1140 manat, işıq artıran cihaz üçün 28 manat ilkin ödənişlə 14 ay müddətinə hər ay 28 manat olmaqla 420 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Onun iddiaçıya ümumilikdə 1352 manat borcu vardır. Ona görə də Cavabdeh 06 iyun 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1352 manat borcun və 33,52 manat ödənilmiş dövlət rüsumu, cəmi 1385,52 manat pulun alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 06 iyun 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, “Shivaki” markalı kondisioner üçün 76 manat ilkin ödənişlə 14 ay müddətinə hər ay 76 manat olmaqla, 1140 manat, işıq artıran cihaz üçün 28 manat ilkin ödənişlə 14 ay müddətinə hər ay 28 manat olmaqla 420 manat alınması ilə əlaqədar İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. İşdə olan 11 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 06 iyun 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1352 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 06 iyun 2023-cü il tarixli, nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Shivaki” markalı kondisioner üçün 76 manat ilkin ödənişlə 14 ay müddətinə hər ay 76 manat olmaqla, 1140 manat, işıq artıran cihaz üçün 28 manat ilkin ödənişlə 14 ay müddətinə hər ay 28 manat olmaqla 420 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Onun iddiaçıya ümumilikdə 1352 manat borcu vardır. Ona görə də Cavabdeh 06 iyun 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1352 manat borcun və 33,52 manat ödənilmiş dövlət rüsumu, cəmi 1385,52 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 06 iyun 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1352 manat borc pul alınaraq İddiaçı ödənilməlidir. İşdə olan 07 oktyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 33,52 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33,52 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1352 manat borc və ödənilmiş 33,52 manat dövlət rüsumu, cəmi 1385 (bir min üç yüz səksən beş) manat 52 (əlli iki) qəpik pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-2516/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2516/2024
28.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver