Məhkəmə qərarları › İş №2(017)-30/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-30/2024

06.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-30/2024 06.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacıyev Fuad Hacı oğlunun katibliyi, İddiaçı və onun vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması, özbaşına tikilinin sökülməsi və gediş-gəliş yolunun açılması” tələbinə dair iddia ərizəsi; qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “hasarlama işinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması, özbaşına tikilinin sökülməsi və gediş-gəliş yolunun açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı “hasarlama işinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi və izahatında göstərdi ki, ona və ailə üzvlərinə Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair onların adına “Torpağın mülkiyyətə verilməsinə dair” JN 392A kod 60813018 nömrəli şəhadətnamə verilmişdir. Cavabdeh ümumi istifadədə olan gediş-gəliş yolunu özbaşına tutaraq öz həyətinə daxil etmişdir. Yolun açılmasını, qanunsuz hərəkətlərinə son qoymasını və yoldan sərbəst istifadə olunması üçün maneələrin aradan qaldırılmasını cavabdehdən tələb etsə də bu mümkün olmamışdır. Ona görə də iddianın təmin, qarşılıqlı iddianın isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında əsas iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddianı qəbul etmədi və qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, ona və ailə üzvlərinə Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair onların adına “Torpağın mülkiyyətə verilməsinə dair” JN 393A kod 60813018 nömrəli şəhadətnamə verilmişdir. Sonradan həmin sənədlər əsasında torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən onların adına Çıxarış verilmişdir. Cavabdehin gediş-gəliş yolu kimi tələb etdiyi torpaq sahəsi onun və ailəsinin mülkiyyətindədir. İddiaçının və onun ailəsinin ümumi yola çıxışı vardır. Buna baxmayaraq öz mülkiyyətindən sərbəst istifadə edə bilmir. Eyni zamanda torpaq sahəsini hasara alıb tikinti işləri aparılmasına İddiaçı imkan vermir. Ona görə də qarşılıqlı iddianın təmin edilərək, onun və ailə üzvlərinin mülkiyyətində olan Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən həyətyanı torpaq sahəsindən istifadəyə yönəlmiş maneələr aradan qaldırılaraq, həmin torpaq sahəsində işlərin aparılmasına edilən müdaxilələr cavabdeh İddiaçı qadağan edilməsinə, əsas iddianın isə rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş torpağın mülkiyyətə veilməsinə dair JN 392A kod 60813018 nömrəli şəhadətnamənin surətindən görünür ki, İddiaçı və ailə üzvlərinə Ağcabədi rayonunun Xocavənd kəndi ərazisindən 0,18 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Cavabdeh və ailə üzvlərinə Ağcabədi rayonunun Xocavənd kəndi ərazisindən 0,1968 ha həyətyanı torpaq sahəsi verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 127 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mütəxəssis və xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/2338 nömrəli ekspert rəyindən görünür ki, torpağın mülkiyyətə veilməsinə dair JN 392A kod 60813018 nömrəli şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin koordinatları, qeyd olunan sənəddə göstərilən ölçülərə uyğundur. Xocavənd kəndi ərazisində “Torpaq islahatı” aparılan zaman tərtib olunmuş 1:2000 miqyasında olan yerquruluşu planında və elektron məlumat bazasında onun həyətyanı torpaq sahəsinə kəndarası əsas yoldan gediş-gəliş yolunun mövcud olması müəyyən olunmuşdur. Kəndarası əsas yoldan İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,18 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolu üçün maneə yaradılmışdır. İddiaçı tərəfindən iddia olunan ərazi “Torpaq islahatı” aparılan zaman tərtib olunmuş 1:2000 miqyasında olan yerquruluşu planında və elektron məlumat bazasında gediş-gəliş yolu üçün nəzərdə tutulan deyil, iki qonşu arasında olan qorunma zolağı kimi qeyd olunmuşdur. İddiaçı həyətyanı torpaq sahəsinə kəndin digər ərazisindən mövcud olan kəndarası yoldan sərbəst istifadə etmək üçün gediş-gəliş yolu mövcuddur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi **********54, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışa əsasən Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin koordinatları, yuxarıda qeyd olunan sənəddə göstərilən ölçülərə uyğundur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2338 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 139- 1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3 maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Bu Məcəllənin 89.4-cü maddəsinə görə isə sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, torpağın mülkiyyətə veilməsinə dair JN 392A kod 60813018 nömrəli şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinə Ağcabədi rayonunun Xocavənd kəndi ərazisindən 0,18 ha həyətyanı torpaq sahəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışa əsasən isə Cavabdeh və ailə üzvlərinə Ağcabədi rayonunun Xocavənd kəndi ərazisindən 0,1968 ha həyətyanı torpaq sahəsi verilmiş və daşınmaz əmlakın dövlət reyestrində 127 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyata alınmışdır. Torpağın mülkiyyətə veilməsinə dair JN 392A kod 60813018 nömrəli şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin koordinatları, qeyd olunan sənəddə göstərilən ölçülərə uyğundur. Xocavənd kəndi ərazisində “Torpaq islahatı” aparılan zaman tərtib olunmuş 1:2000 miqyasında olan yerquruluşu planında və elektron məlumat bazasında onun həyətyanı torpaq sahəsinə kəndarası əsas yoldan gediş-gəliş yolunun mövcud olması müəyyən olunmuşdur. Kəndarası əsas yoldan İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,18 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolu üçün maneə yaradılmışdır. İddiaçı tərəfindən iddia olunan ərazi “Torpaq islahatı” aparılan zaman tərtib olunmuş 1:2000 miqyasında olan yerquruluşu planında və elektron məlumat bazasında gediş-gəliş yolu üçün nəzərdə tutulan deyil, iki qonşu arasında olan qorunma zolağı kimi qeyd olunmuşdur. İddiaçı həyətyanı torpaq sahəsinə kəndin digər ərazisindən mövcud olan kəndarası yoldan sərbəst istifadə etmək üçün gediş-gəliş yolu mövcuddur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi **********54, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışa əsasən Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin koordinatları, yuxarıda qeyd olunan sənəddə göstərilən ölçülərə uyğundur. İddiaçı Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadə etməsinə və orada hasarlama işlərinin aparılmasına maneələr yaradır. Qeyd edilənləri əsas gətirən məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin olunaraq xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən 0,1968 ha həyətyanı torpaq sahəsindən istifadəyə yönəlmiş maneələr aradan qaldırılmalı və həmin torpaq sahəsində işlərin aparılmasına edilən müdaxilələr cavabdeh İddiaçı qadağan edilməli, əsas iddia isə qanunsuz və əsasız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci cavabdeh İddiaçı alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması, özbaşına tikilinin sökülməsi və gediş-gəliş yolunun açılması” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən 0,1968 ha həyətyanı torpaq sahəsindən istifadəyə yönəlmiş maneələr aradan qaldırılsın və həmin torpaq sahəsində işlərin aparılmasına edilən müdaxilələr cavabdeh İddiaçı qadağan edilsin. Aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci İddiaçı alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar