Məhkəmə qərarları › İş №2(017)-3417/2025

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-3417/2025

16.03.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-3417/2025 16.03.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı sədri X3, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı maneənin aradan qaldırılması tələbinə dair mülki işə Ağcabədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Zəruri prosessual hərəkətlər edildikdən sonra mülki işin məhkəmə hazırlıq iclası 16 mart 2026-cı il tarixə saat 11:30-a Ağcabədi Rayon Məhkəməsinin binasına təyin edilmişdir. İddiaçı sədri X5 məhkəmə iclasında ərizə verərək göstərir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda həmin işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş edir. Cavabdeh1 iddianın baxılmamış saxlanılmasına etirazı olmadığnı göstərir. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X4 iddianın baxılmamış saxlanılmasına etirazı olmadığnı göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddiaçı iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndinə əsasən Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər... Şərh olunanlara əsasən prosessual qanunvericiliyin yuxarıda istinad olunan imperativ tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun göstərilən qərarda formalaşdırığı hüquqi mövqeyinə müvafiq olaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər turaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar