Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-384/2023 20.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh avtomobilə vurduğu ziyana görə yaranmış 1743 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, “VAZ 21061” minik markalı ** RL *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında ona məxsusdur. xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Ağcabədi rayonu Şənlik kəndi ərazisində hərəkətdə olan zaman asfalt yolun 4-cü km-də sərt döngədə Cavabdeh idarə etdiyi “VAZ 21099” minik markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil əks istiqamətdə hərəkətdə olan zaman onun idarə etdiyi “VAZ 21061” minik markalı ** RL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh təqsirindən hadisə nəticəsində ona məxsus olan “VAZ 21061” minik markalı ** RL *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Yolnəqliyyat hadisəsi faktı ilə bağlı araşdırma aparılmış və cinayət işi başlanması rədd edilmişdir. xx.xx.2022-ci il tarixli qərarla Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat miqdarda inzibati cərimə tənbehi tətbiq edilmişdir. Cavabdeh təqsirli bilindiyi yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomobilə dəyən zərəri müəyyən etmək üçün "xxxx" MMC-də avtomobilə baxış keçirilmiş və avtomobilə 1743 manat məbləğində maddi zərər dəyməsi müəyyən edilmiş və bu barədə qüsur aktı tərtib olunmuşdur. Cavabdehin təqsirindən ona 1743 manat maddi ziyan dəymişdir. Cavabdeh onun ziyanından heç bir ödəniş etməmiş bu işlə əlaqədar ona sığorta ödənişi edilməmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçının avtomobilinə yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanın məbləği şişirdilmiş, həddindən artıq göstərilmişdir. Hadisə zamanı onun da idarə etdiyi avtomobil əzilmiş, avtomobilin təmirinə təxminən 200 manat pulu çıxmışdır. İddiaçının da avtomobilinə təxminən 200 manat ziyan dəymişdir. Ona görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsirli bilinib 60 manat miqdarda inzibati cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş AC 384720 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21061” minik markalı ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş zərər aktının surətindən görünür ki, İddiaçı məxsus olan “VAZ 21061” minik markalı ** RL *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəyən zərərin məbləği 1743 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 avqust 2023-cü il tarixli, 9/4318 nömrəli ekspert rəyindən görünür ki, “VAZ 21061” minik markalı ** RL *** dövlət qeydiyyat nişanlı minik avtomobilin təmir-bərpa xərci təxminən 1743 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 avqust 2023-cü il tarixli, 9/4318 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş zərər aktı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 avqust 2023-cü il tarixli, 9/4318 nömrəli ekspert rəyini müqayisəli şəkildə tədqiq edib məhkəmə hesab edir ki, ekspert rəyi xüsusi biliyə və iş stajına malik ekspert tərəfindən verildiyindən, daha mötəbər və əsaslı faktlara əsaslandığından həmin ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilərək qəbul edilməlidir. Beləliklə, məhkəmə iclasında İddiaçı mülkiyyətində olan 1991-ci il buraxılışlı, “VAZ 21061” minik markalı ** RL *** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh tərəfindən ziyan vurulması müəyyən edildi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüququ pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, iş materialları ilə İddiaçı mülkiyyətində olan “VAZ 21061” minik markalı ** RL *** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh tərəfindən 1743 manat dəyərində ziyan vurulması sübut edildiyinə görə iddia təmin edilməli, Cavabdeh maddi ziyana görə 1743 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Cavabdeh 50 manat məbləğində ekspertiza xərci alınaraq, Az. MEM, VÖİN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az 41 NABZ******************** SWİFT BİK JTREAZ 22 nömrəli hesaba köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1743 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 38 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh 50 manat məbləğində ekspertiza xərci alınaraq, Az. MEM, VÖİN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az 41 NABZ******************** SWİFT BİK JTREAZ 22 nömrəli hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-384/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-384/2023
20.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver