Məhkəmə qərarları › İş №2(017)-389/2025

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-389/2025

26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-389/2025 26.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi ilə, İddiaçı Bank olmayan kredt təşkilatı "xxxx" (MMC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, X2 və Cavabdeh5 qarşı kredit üzrə əsas borcun və faizin borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Bank olmayan kredt təşkilatı "xxxx" MMC məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 Shib oğlu, Cavabdeh2, Cavabdeh3, X3, X4 və Cavabdeh5 müştərək qaydada əsas məbləğ üzrə 7535 manat 75 qəpik və faiz borcu üzrə 10 manat 88 qəpik olmaqla cəmi 7546 manat 63 qəpik kredit borcunu və ödənilmiş 96 manat dövlət rüsumunu alınaraq BOKT"xxxx" MMC-nə verilməsi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı müxtəlif tarixlərə təyin olunsa da, bu barədə işin baxılma yeri və vaxtı barədə tərəflərə müvafiq məhkəmə bildirişləri göndərilsə də, tərəflər məhkəmə iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinin tələblərinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədikləri üçün və işə onların iştirakı olmadan baxmağı xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Bank olmayan kredit təşkilatı “İnkişaf üçün Maliyyə (MMC) tərəfindən ödənilmiş 96 manat dövlət rüsumu dövlət büdcəsindən Bank olmayan kredit təşkilatı “İnkişaf üçün Maliyyə (MMC)-yə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Bank olmayan kredt təşkilatı "xxxx" (MMC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, X1 və Cavabdeh5 qarşı kredit üzrə əsas borcun və faizin borcunun qaytarılması tələbinə dair iddia ərizəsi qərardadın təsviri hissəsində göstərilən əsasa görə baxılmamış saxlanılsın. Ödənilmiş 96 (doxsan altı) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı Bank olmayan kredit təşkilatı “İnkişaf üçün Maliyyə (MMC)-nə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Ağcabədi rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar