Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-392/2025 21.01.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı BOKT İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı BOKT İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 08 avqust 2019-cu il tarixli, L-AG-0047886-F saylı kredit və 08 avqust 2019-cu il tarixli zaminlik müqavilələri üzrə cavabdehlərdən müştərək qaydada 1168,79 manat əsas borc, 11,17 manat faiz borcu, cəmi 1179,96 manat borcun və 32 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı BOKT İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, 08 avqust 2019-cu il tarixli, L-AG-0047886-F saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə illik 1%-lə ödəmək şərti ilə 1494,87 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə iddiaçı ilə Cavabdeh2 arasında 08 avqust 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin cavabdehlər kredit müqavilələsi üzrə bu günə qədər 326,08 manat əsas borc üzrə, 55,92 manat faiz borcu üzrə, 382 manat ödəniş etmişdir və onun iddiaçıya hal hazırda 1168,79 manat əsas borc, 11,17 manat faiz borcu, cəmi 1179,96 manat borcu vardır. Ona görə də, tərəflər arasında bağlanmış 08 avqust 2019-cu il tarixli, L-AG-0047886-F saylı kredit və 08 avqust 2019-cu il tarixli zaminlik müqavilələri üzrə cavabdehlərdən müştərək qaydada 1168,79 manat əsas borc, 11,17 manat faiz borcu, cəmi 1179,96 manat borcun və 32 manat ödənilmiş dövlət rüsumunun alınıb BOKT İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 08 avqust 2019-cu il tarixli, L-AG-0047886-F saylı kredit müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, iddiaçı BOKT İddiaçı tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 1%-lə ödəmək şərti ilə 1494,87 manat məbləğində kredit verilmişdir. İşdə olan BOKT İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 08 avqust 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə üzrə zamin Cavabdeh2 08 avqust 2019-cu il tarixli, L-AG-0047886-F saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün iddiaçı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı Cavabdeh1nun bütün öhdəliklərini öhdəsinə götürmüşdür. İşdə olan 09 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 08 avqust 2019-cu il tarixli, L-AG-0047886-F saylı kredit müqaviləsi üzrə Cavabdeh1 BOKT İddiaçınə 1168,79 manat əsas borc, 11,17 manat faiz borcu, cəmi 1179,96 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, 08 avqust 2019-cu il tarixli, L-AG- 0047886-F saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə illik 1%-lə ödəmək şərti ilə 1494,87 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə iddiaçı ilə Cavabdeh2 arasında 08 avqust 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin cavabdehlər kredit müqavilələsi üzrə bu günə qədər 326,08 manat əsas borc üzrə, 55,92 manat faiz borcu üzrə, 382 manat ödəniş etmiş və onun iddiaçıya hal hazırda 1168,79 manat əsas borc, 11,17 manat faiz borcu, cəmi 1179,96 manat borcu vardır. Ona görə də, tərəflər arasında bağlanmış 08 avqust 2019-cu il tarixli, L-AG-0047886-F saylı kredit və 08 avqust 2019-cu il tarixli zaminlik müqavilələri üzrə cavabdehlərdən müştərək qaydada 1168,79 manat əsas borc, 11,17 manat faiz borcu, cəmi 1179,96 manat borcun alınmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək iddiaçı BOKT İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 08 avqust 2019-cu il tarixli, L-AG- 0047886-F saylı kredit müqaviləsi, iddiaçı BOKT İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 08 avqust 2019-cu il tarixli, L-AG-0047886-F saylı kredit və 08 avqust 2019-cu il tarixli zaminlik müqavilələri üzrə cavabdehlərdən müştərək qaydada 1168,79 manat əsas borc, 11,17 manat faiz borcu, cəmi 1179,96 manat borc alınıb iddiaçı BOKT İddiaçı xeyrinə ödənilməlidir. İşdə olan 06 noyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, BOKT İddiaçı tərəfindən 32 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 32 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1168,79 manat əsas borc, 11,17 manat faiz borcu və ödənilmiş 32 manat dövlət rüsumu, cəmi 1211 (bir min iki yüz on bir) manat 96 (doxsan altı) qəpik pul alınıb iddiaçı BOKT İddiaçınə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-392/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-392/2025
21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver