Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-42/2024 13.02.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “Ford Transit” yük markalı, **-TH-*** qeydiyyat nişanlı avtomobilə dəymiş 10350 manat məbləğində maddi ziyanın və 122 manat dövlət rüsumunun ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh 14 may 2023-cü il tarixdə saat 15:40 radələrində “Mingəçevir-Bəhramtəpə” yolunun Ağcabədi rayon ərazisindən keçən 95.5-ci km-də idarə etdiyi “VAZ 21063” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun idarə etdiyi “Ford Transit” yük markalı, **-TH-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə ona məxsus “Ford Transit” yük markalı, **-TH-*** qeydiyyat nişanlı avtomobilə ciddi zərər dəymişdir. Baş vermiş yol-nəqliiyat hadisəsi üzrə Azərbaycan Respublikası DİN-nin İstintaq və Təhqiqat İdarəsinin YNH-ə dair işlər istintaq və təhqiqat şöbəsində araşdırılma aparılmış və müəyyən edilmişdir ki, sürücü Cavabdeh “VAZ 21063” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili 70 km saata qədər məhdudlaşdırılmış yolda 80 km saat sürətlə hərəkət edərək əks istiqamətli hərəkət zolağına daxil olmuş və yol-nəqliiyat hadisəsi törətmişdir. Cavabdeh törətdiyi yol-nəqliiyat hadisəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə” haqqında TP ******* saylı qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat cərimə edilmişdir. Lakin, cavabdeh ona vurduğu maddi zərəri ödəməkdən yayınmışdır. Məhkəmə iclası zamanı cavabdeh ona 3000 manat ödəmək imkanının olmasını bildirsə də, onun avtomaşınına çox ziyan dəydiyi üçün o, cavabdehlə razılaşmamışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi Cavabdeh məhkəmə baxışı zamanı iddianı qismən qəbul edərək izahatında göstərdi ki, 14 may 2023-cü il tarixdə saat 15:40 radələrində “Mingəçevir-Bəhramtəpə” yolunun Ağcabədi rayon ərazisindən keçən 95.5-ci km-də idarə etdiyi “VAZ 21063” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Ford Transit” yük markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “Ford Transit” yük markalı, **-TH-*** qeydiyyat nişanlı avtomobil aşmış və avtomobilə zərər dəymişdir. Hadisə ilə əlaqədar inzibati qaydada cərimə olunmuşdur. Məhkəmə baxışı zamanı iddiaçıya 3000 manat ödəməsini təklif etsə də, iddiaçı onunla razılaşmayaraq ona daha cox ziyan dəydiyini göstərmişdir. Hazırda da iddianı 3000 manat hissədə qəbul edir və iddia tələbinin qalan hissədə təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh X1 nümayəndəsi Nümayəndə məhkəmə baxışı zamanı izahatında göstərdi ki, Cavabdeh onun oğludur. Cavabdeh 14 may 2023-cü il tarixdə saat 15:40 radələrində “Mingəçevir-Bəhramtəpə” yolunun Ağcabədi rayon ərazisindən keçən 95.5-ci km-də “VAZ 21063” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Ford Transit” yük markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “Ford Transit” yük markalı, **-TH-*** qeydiyyat nişanlı avtomobil aşmış və avtomobilə zərər dəymişdir. Hazırda iddianı qismən qəbul edir. Belə ki, onların iddiaçıya 3000 manat ödəmək imkanları vardır və iddianı həmin hissədə qəbul edir və iddia tələbinin qalan hissədə təmin edilməməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş AD 508554 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Transit” markalı, **- TH-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 14 may 2023-cü il tarixli TP ******* saylı qərarın surətindən görünür ki, 14 may 2023-cü il tarixdə baş vermiş hadisə ilə əlaqədar Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1-ci və 327.2-ci maddələri ilə təqsirli bilinərək 60 manat inzibati qaydada cərimə olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş «Gəncə Avtoservis və Ticarət” MMCnin rəyindən görünür ki, “Ford Transit” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 10350 manat zərər dəymişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 dekabr 2023-cü il tarixli, 9/8496 saylı rəyindən görünür ki, 2007-ci il buraxılışlı, ağ rəngli, “Ford Transit” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən 8115 manat (dəyişilməli hissələrin qiyməti- 5215 manat və təmir-bərpa işlərinin qiyməti 2900 manat) təşkil edir. Məhkəmə iddiaçının, cavabdehin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə uyğun olaraq ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh 14 may 2023-cü il tarixdə saat 15:40 radələrində “Mingəçevir-Bəhramtəpə” yolunun Ağcabədi rayon ərazisindən keçən 95.5-ci km-də idarə etdiyi “VAZ 21063” markalı, **-BO- *** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı idarə etdiyi “Ford Transit” yük markalı, **- TH-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə İddiaçı məxsus “Ford Transit” yük markalı, **-TH-*** qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Baş vermiş yolnəqliiyat hadisəsi üzrə Azərbaycan Respublikası DİN-nin İstintaq və Təhqiqat İdarəsinin YNH-ə dair işlər istintaq və təhqiqat şöbəsində araşdırılma aparılmış və müəyyən edilmişdir ki, sürücü Cavabdeh “VAZ 21063” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili 70 km saata qədər məhdudlaşdırılmış yolda 80 km saat sürətlə hərəkət edərək əks istiqamətli hərəkət zolağına daxil olmuş və yol-nəqliiyat hadisəsi törətmişdir. Cavabdeh törətdiyi yol-nəqliiyat hadisəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli “”İnzibati tənbeh vermə” haqqında TP ******* saylı qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat cərimə edilmişdir. Göründüyü kimi, Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı maddi ziyan dəymişdir. İddiaçı məhkəməyə «Gəncə Avtoservis və Ticarət” MMC-nin rəyini təqdim edərək “Ford Transit” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 10350 manat zərər dəyməsini və həmin zərərin də cavabdehdən alınaraq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 dekabr 2023-cü il tarixli, 9/8496 saylı rəyi ilə müəyyən edilmişdir ki, 2007-ci il buraxılışlı, ağ rəngli, “Ford Transit” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən 8115 manat (dəyişilməli hissələrin qiyməti 5215 manat və təmir-bərpa işlərinin qiyməti 2900 manat) təşkil edir. Odur ki, məhkəmə «Gəncə Avtoservis və Ticarət” MMC-nin rəyini sübut növü kimi qəbul etməyərək və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 dekabr 2023-cü il tarixli, 9/8496 saylı rəyini sübut növü kimi qəbul edərək hesab edir ki iddia tələbi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 dekabr 2023-cü il tarixli, 9/8496 saylı rəyində göstərilən hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8115 manat məbləğində maddi ziyan alınaraq İddiaçı verilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 01 avqust 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 122 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 122 manat dövlət rüsumu iddiaçıdan alınaraq cavabdehə ödənilməli və 100 manat ekspertiza xərci cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 8115 manat məbləğində maddi ziyan və ödənilmiş 122 manat dövlət rüsumu, cəmi 8237 (səkkiz min iki yüz otuz yeddi) manat alınaraq İddiaçı verilsin. Cavabdeh əlavə olaraq 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-42/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-42/2024
13.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver