Məhkəmə qərarları › İş №2(017)-5/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-5/2025

30.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-5/2025 30.01.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 qarşı mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma, torpaq sahəsindən istifadəyə yönəlmiş bütün maneələrin aradan qaldırılması və müdaxilənin cavabdehlərə qadağan edilməsi, ödənilmiş 100 manat dövlət rüsumu və 100 manat xidmət haqqı tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 qarşı mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma, torpaq sahəsindən istifadəyə yönəlmiş bütün maneələrin aradan qaldırılması və müdaxilənin cavabdehlərə qadağan edilməsi, ödənilmiş 100 manat dövlət rüsumu və 100 manat xidmət haqqının cavabdehdən tutularaq onlara ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə verilmiş JN 0079, KOD 60811038 nömrəli Torpağın Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ona və digər iddiaçılara, yəni ailə üzvlərinə Ağcabədi rayon, Köyük kəndi ərazisində yerləşən kənd təsərüfatı təyinatlı torpaqları kateqoriyasına aid 3,73 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən 1998-ci ildən 2019-cu ilədək istifadə etmişlər. Həmin torpaq sahəsinin 6 qonşu torpaq sahəsi ilə sərhədi mövcuddur. Lakin, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 onlara məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş və onların həmin torpaqdan istifadəsinə mane olmuşdur. Ona görə də, iddianı müdafiə edir və təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 məhkəməyə gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin 15 mart 2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin mtəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilərək müvafiq ölşmə işləri işləri aparılmış və JN 0079, KOD 60811038 nömrəli Torpağın Mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 3,73 ha torpaq sahəsinin bir hissəsinin başqa mülkiyyətçi tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN 0079, KOD 60811038 nömrəli Torpağın Mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə verilmiş JN 0079, KOD 60811038 nömrəli Torpağın Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə Ağcabədi rayon, Köyük kəndi ərazisində yerləşən kənd təsərüfatı təyinatlı torpaqları kateqoriyasına aid 3,73 hektar torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 04 dekabr 2015-ci il tarixli, **********5 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Ağcabədi rayonu Şahsevən kəndində yerləşən 3 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28 dekabr 2017-ci il tarixli, ********** reyestr nömrəli çıxarışın surətindən görünür ki, Ağcabədi rayonu Şahsevən kəndində yerləşən 8,0475 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh5 mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13 may 2015-ci il tarixli, ********** reyestr nömrəli çıxarışın surətindən görünür ki, Ağcabədi rayonu Şahsevən kəndində yerləşən 10,056 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22 avqust 2020-ci il tarixli, ********** reyestr nömrəli çıxarışın surətindən görünür ki, Ağcabədi rayonu Şahsevən kəndində yerləşən 13,9046 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 və onun ailə üzvlərinin mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 sentyabr 2022-ci tarixli, ********** reyestr nömrəli çıxarışın surətindən görünür ki, Ağcabədi rayonu Şahsevən kəndində yerləşən 6,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2 və onun ailə üzvlərinin mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2024-cü il tarixli, 3-16-16/2- 10/8430 saylı rəyindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə verilmiş JN 0079, KOD 60811038 nömrəli Torpağın Mülkiyyət hüququna dair Dövlət aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətinə verilmiş, Ağcabədi rayon Köyük kəndində yerləşən, ümumi sahəsi 3.73 hektar torpaq sahəsi bir hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh6 istifadəsindədir. Qeyd edilən 3.73 hektar torpaq sahəsinin 1.30 ha hissəsi Cavabdeh1, 0.29 ha hissəsi Cavabdeh2, 0.15 ha hissəsi X5 və X4, 0.12 ha hissəsi isə Cavabdeh4 tərəfindən istifadə edilir. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə verilmiş JN 0079, KOD ********* nömrəli Torpağın Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətinə verilmiş, Ağcabədi rayon Köyük kəndində yerləşən ümumi sahəsi 3.73 hektar torpaq sahəsi Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 13 may 2015-ci il tarixli çıxarış və AA 000168 nömrəli Torpaq sahəsinin Planı və Ölçüsü sənədinə əsasən Cavabdeh1 xüsusi mülkiyyətində olan 10,056 ha torpaq sahəsinin 1,30 ha hissəsi ilə, Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 22 avqust 2020-ci il tarixli çıxarış və AA 536145 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən Cavabdeh2 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 13.9046 ha torpaq sahəsinin 0,29 ha hissəsi ilə, Cavabdeh6 tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 04 dekabr 2015-ci il tarixli çıxarışa əsasən Cavabdeh6 xüsusi mülkiyyətinə verilmiş 3.00 ha torpaq sahəsinin 0.07 ha hissəsi ilə, Cavabdeh4 tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 29 sentyabr 2022-ci il tarixli çıxarışa və A 830537 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən Cavabdeh4 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 6.11 ha torpaq sahəsinin 0.12 ha hissəsi ilə üst-üstə düşür. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə Ağcabədi rayon, Köyük kəndi ərazisində yerləşən kənd təsərüfatı təyinatlı torpaqları kateqoriyasına aid 3,73 hektar torpaq sahəsi verilmişdir. Bu hal JN 0079, KOD 60811038 nömrəli Torpağın Mülkiyyət hüququna dair Dövlət Aktı ilə aə təsdiq olunur. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 qarşı mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma, torpaq sahəsindən istifadəyə yönəlmiş bütün maneələrin aradan qaldırılması və müdaxilənin cavabdehlərə qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə tədqiqi zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2024-cü il tarixli, 3-16-16/2-10/8430 saylı rəyində Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə verilmiş JN 0079, KOD 60811038 nömrəli Torpağın Mülkiyyət hüququna dair Dövlət aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətinə verilmiş, Ağcabədi rayon Köyük kəndində yerləşən, ümumi sahəsi 3.73 hektar torpaq sahəsi bir hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh6 istifadəsində olması, qeyd edilən 3.73 hektar torpaq sahəsinin 1.30 ha hissəsi Cavabdeh1, 0.29 ha hissəsi Cavabdeh2, 0.15 ha hissəsi X5 və X4, 0.12 ha hissəsi isə Cavabdeh4 tərəfindən istifadə edilməsi və Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə verilmiş JN 0079, KOD ********* nömrəli Torpağın Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətinə verilmiş, Ağcabədi rayon Köyük kəndində yerləşən ümumi sahəsi 3.73 hektar torpaq sahəsi Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 13 may 2015-ci il tarixli çıxarış və AA 000168 nömrəli Torpaq sahəsinin Planı və Ölçüsü sənədinə əsasən Cavabdeh1 xüsusi mülkiyyətində olan 10,056 ha torpaq sahəsinin 1,30 ha hissəsi ilə, Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 22 avqust 2020-ci il tarixli çıxarış və AA 536145 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən Cavabdeh2 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 13.9046 ha torpaq sahəsinin 0,29 ha hissəsi ilə Cavabdeh6 tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 04 dekabr 2015-ci il tarixli çıxarışa əsasən Cavabdeh6 xüsusi mülkiyyətinə verilmiş 3.00 ha torpaq sahəsinin 0.07 ha hissəsi ilə, Cavabdeh4 tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 29 sentyabr 2022-ci il tarixli çıxarışa və A 830537 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən Cavabdeh4 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 6.11 ha torpaq sahəsinin 0.12 ha hissəsi ilə üst-üstə düşməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin İİ hissəsinin tələbinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49 və 50-ci maddələrinin İ hissələrinin tələbinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və müvəqqəti istifadə etməkdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qadağan olunur. «İnsan hüquqları və əsas azadlıqlar haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli qərarında «Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının və onun protokollarının təfsir və tətbiq məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıdığına görə Azərbaycan Respublikasının yurisdiksiyası altında olan insanların «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqların təmin edilməsi» məhkəmələrə tövsiyyə olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi «Marcks Belçikaya qarşı» işi üzrə 13 iyun 1979-cu il tarixli qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur (§63). Məhkəmə qeyd edir ki, mülkiyyətin müdafiəsi konstitusion prinsipdir. Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin 3 üsulunu təsbit etmişdir: mülkiyyət hüququnun tanınması, özgənin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi bu üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bununla belə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi də hər bir fiziki və hüquqi şəxsin əmlakından maneəsiz istifadə hüququna malik olmasını təsbit edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında məhz bu mövqeydən çıxış edir («Marks Belçikaya qarşı», «Mançini İtaliyaya qarşı», «Loizidu Türkiyəyə qarşı», «Akimova Azərbaycana qarşı» və sair). Mülkiyyətin müdafəsi yalnız iddiaçıya münasibətdə deyil, cavabdehə münasibətdə də nəzərdən keçirilməli, hüquqların məhkəmə müdafiəsinin hüdudları bu qaydada təsbit edilməlidir. İşin araşdırılan halları və iş materiallarına əlavə edilmiş mütəxəssis və ekspert rəyləri müəyyən olunur ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə verilmiş JN 0079, KOD 60811038 nömrəli Torpağın Mülkiyyət hüququna dair Dövlət aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətinə verilmiş, Ağcabədi rayon Köyük kəndində yerləşən, ümumi sahəsi 3.73 hektar torpaq sahəsinin 1.30 ha hissəsi Cavabdeh1, 0.29 ha hissəsi Cavabdeh2, 0.15 ha hissəsi X5, 0.12 ha hissəsi isə Cavabdeh4 tərəfindən istifadə edilir. Lakin, iddiaçıların mülkiyyətində olan həmin 3.73 hektar torpaq sahəsi Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 13 may 2015-ci il tarixli çıxarış və AA 000168 nömrəli Torpaq sahəsinin Planı və Ölçüsü sənədinə əsasən Cavabdeh1 xüsusi mülkiyyətində olan 10,056 ha torpaq sahəsinin 1,30 ha hissəsi ilə, Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 22 avqust 2020-ci il tarixli çıxarış və AA 536145 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən Cavabdeh2 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 13.9046 ha torpaq sahəsinin 0,29 ha hissəsi ilə, Cavabdeh6 tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 04 dekabr 2015-ci il tarixli çıxarışa əsasən Cavabdeh6 xüsusi mülkiyyətinə verilmiş 3.00 ha torpaq sahəsinin 0.07 ha hissəsi ilə, Cavabdeh4 tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 29 sentyabr 2022-ci il tarixli çıxarışa və A 830537 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən Cavabdeh4 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 6.11 ha torpaq sahəsinin 0.12 ha hissəsi ilə üst-üstə düşür. Buradan da göründüyü ki, iddiaçıların mülkiyyətində olan həmin 3.73 hektar torpaq sahəsinin yalnız Cavabdeh6 tərəfindən 0,08 hektar hissəsi qanunsuz istifadə edilir. Məhkəmə iddiaçıların tələb etdiyi mübahisəli 3,73 ha torpaq sahəsindən 0,08 ha hissəsinin Cavabdeh6 qanunsuz istifadəsində olmasını təsdiq edən mütəxəssis və ekspert rəylərini mötəbər sübut kimi qəbul edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh6 qarşı 0,08 ha torpaq sahəsindən çıxarılmasını tələb etməkdə haqlıdırlar. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü və 217.5-ci maddələrində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla, qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara, bu Məcəllənin 10- 1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxıldıqda isə yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə, JN-0079, KOD 60811038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Ağcabədi rayon Köyük kəndi ərazisində yerləşən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətlərinə verilmiş 3,73 ha torpaq sahəsinin 0,08 ha hissəsindən Cavabdeh6 çıxarılmalı və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 24 avqust 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı1 tərəfindən 100 manat xidmət haqqı ödənilmişdir. İşdə olan 13 oktyabr 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı1 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan 29 may 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı1 tərəfindən 100 manat mütəxəssis rəyinin verilməsi üçün xidmət haqqı ödənilmişdir. İşdə olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertiza tədqiqinin dəyəri 150 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddianın təmin olunmuş hissəsinə münasibətdə, yəni İddiaçı1 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 4 manatı, 100 manat xidmət haqqının 4 manatı, 100 manat mütəxəssis rəyinin verlməsi üçün xərcin 4 manatı, cəmi 12 (on iki) manat Cavabdeh6 alınaraq İddiaçı1 verilməli və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 müştərək qaydada 144 (bir yüz qırx dörd) manat, Cavabdeh6 6 (altı) manat ekspertiza tədqiqinin dəyəri alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (KOD 210005, VÖEN **********, muxbir hesab AZ41NABZ********************) hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə, JN-0079, KOD 60811038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Ağcabədi rayon Köyük kəndi ərazisində yerləşən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətlərinə verilmiş 3,73 ha torpaq sahəsinin 0,08 ha hissəsindən Cavabdeh6 çıxarılsın. İddiaçı1 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 4 manatı, 100 manat xidmət haqqının 4 manatı, 100 manat mütəxəssis rəyinin verlməsi üçün xərcin 4 manatı, cəmi 12 (on iki) manat Cavabdeh6 alınaraq İddiaçı1 verilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 müştərək qaydada 144 (bir yüz qırx dörd) manat, Cavabdeh6 6 (altı) manat ekspertiza tədqiqinin dəyəri alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (KOD 210005, VÖEN **********, muxbir hesab AZ41NABZ********************) hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar