Məhkəmə qərarları › İş №2(017)-506/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-506/2023

04.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-506/2023 04.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Rzayev X2 şəhər sakini iş üzrə Cavabdeh qarşı cəmi 6.100 manat məbləğində vurulmuş zərərin ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldıraraq iddiasını onunla əsaslandırmışdır ki, Ağcabədi rayonunun Nərimanov adına kolxozun ərazisində Hafizin qohumuna məxsus 2,5 ha əkinə yararlı torpaq sahəsi var. Həmin torpaq sahəsində pambıq əkmək qərarına gəlmiş və bunun üçündə sahə alaqlardan təmizlənməli idi. Bunun üçün Cavabdeh ilə görüşüb öz aralarında razılaşaraq pambıq əkdiyi sahəyə baxış keçirməyə getmişlər. Cavabdeh pambıq əkilmiş 2,5 ha sahəni 1.000 (bir min) manata alaqdan təmizləyəcəyini demişdir. Təxminən 2022-ci ilin may ayının əvvəlləri Eldar briqadası ilə birlikdə gələrək alağın bir üzünü təmizlədi və ondan 600 (altı yüz) manat avans istədi. O da həmin qeyd edilən pulu ona verib. Daha sonra Cavabdeh onun yaşadığı ünvana gələrək ondan 400 (dörd yüz) manat məbləğində pul istəyib. O, Eldardan səbəbini soruşduqda Eldar ona işçilərə zəhmət haqqı pul verəcəyini bildirib. Oda Eldarın istədiyi həmin pulu vermişdir. Növbəti gün Eldar ona zəng edərək yenidən 100 (bir yüz) manat məbləğində pul istəyib və o, Eldara oğlu Müşfiqdən 100 manat məbləğində pul göndərib. Bundan sonra Cavabdeh ona müxtəlif bəhanələr gətirərək sahənin alağını təmizləməkdən yayınmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona əlavə olaraq 5.000 manat məbləğində ziyan dəymişdir. Belə ki, pambığın əkilməsi üçün çəkdiyi xərclər və götürəcəyi gəlir ümumilikdə 5.000 manat təşkil edir. Cavabdeh tərəfindən ondan nəğd alınmış 1.100 manat məbləğində pul və eləcədə dəymiş ziyan olaraq 5.000 manat məbləğində pul bu günədək ona ödənilməmişdir. Ona görə Cavabdeh onun xeyrinə cəmi 6.100 manat məbləğində pulun və ödənilmiş 81 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdi və izahat verərək göstərdi ki, o, günə muzd fəhlə işləyir. İddiaçı onunla görüşüb 2,5 ha torpaq sahəsinin alağını təmizlədib pambıq əkmək istədiyini bildirmişdir. O da Kamillə öz aralarında 1.000 manata razılaşaraq iki dəfəyə İddiaçı 1.100 manat məbləğində pul alaraq pambıq sahəsini alaqdan təmizləməyi öz öhdəsinə götürmüşdür. Lakin birinci üz alağı təmizlətmiş, sonradan xəstəsi olduğu üçün ikinci üzü təmizlədə bilməmişdir. Maddi imkanı çətin olduğu üçün dəymiş ziyanı ödəyə bilməmişdir. Yaxın günlərdə yaşa görə pensiyaya çıxacağını və iddiaçıya 2.000 manat qaytaracagına söz verdi. Kamil ona cəmi alağı vurdurmaq üçün 1.100 manat pul vermişdir. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,İddiaçı xx xxxxxx 1963-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş, hazırda da ünvan ünvanda qeydiyyatda olmaqla yaşayır. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 1958-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, hazırda da Ağcabədi şəhəri K.Nəsibov küçəsində yaşayır. İş materiallarına əlavə edilmiş İddiaçı 15 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «102» xidməti zəng mərkəzi sisteminə ünvanladığı məlumatı əsasında aparılmış araşdırmanın nəticəsi barədə 18 iyun 2022-ci il tarixli arayışda görünür ki, ünvan ünvanda yaşayan İddiaçı Azərbaycan Respublikası DİN-nin «102» xidməti zəng mərkəzi sisteminə ünvanladığı müraciət əsasında araşdırma aparılmış və araşdırma zamanı İddiaçı izahatı alınmış, izahatında göstərdikləri xüsusatlarda heç bir cinayət və inzibati xəta haqqında pozuntu aşkar olunmamışdır. Həmin müraciətin nəticəsinə dair İddiaçı rəsmi məktub ünvanlanaraq müraciətində göstərdiyi xüsusatların məhkəmə səlahiyyətlərinə aid olması barədə rəsmi qaydada cavab verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ- əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh 2022-ci ilin may ayında əkdiyi pambığın 2,5 ha yararlı torpaq sahəsində alaq otlarının təmizlənməsi üçün iki dəfəyə cəmi 1.100 manat məbləğində pul verilmişdir. Lakin həmin sahə tam təmizlənməmiş və nəticədə iddiaçıya maddi zərər dəymişdir. Həmin pul bu günədək cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Ona görə də, iddia tələbi qismən təmin edilməli, Cavabdeh təqsiri nəticəsində vurulmuş maddi zərərə görə 2.000 manat məbləğində pulun və 40 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qanuna müvafiqdir. İddia tələbinin qalan hissəsi isə mötəbər sübut təqdim etmədiyi üçün rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Ağcabədi şəhəri K.Nəsibov küçəsində yaşayan Cavabdeh vurulmuş maddi zərərə görə 2.000 manat məbləğində pul və dövlət rüsumuna görə 40 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar