Məhkəmə qərarları › İş №2(017)-516/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-516/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-516/2023 17.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmənin iclas katibi X1 katibliyi, iddiaçı Turan Bank ASC-nin nümayəndəsi Şıxəliyev Sənan Sabir oğlunun iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddia ərizəsi üzrə işə Ağcabədi şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 iyun 2022-ci il tarixli, İK351/İST/2022 saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 18.5% olmaqla, 24 ay müddətinə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh 7.000 (yeddi min) məbləğində kredit verilmişdir. Dəfələrlə kreditin ödənilməsi üçün Cavabdeh xəbərdarlıqlar olunsa da, kredit borcları ödənilməmiş qalmışdır. Cavabdeh banka 30 noyabr 2022-ci il tarixə ödənilməmiş 6.509 manat 76 qəpik məbləğində əsas kredit borcu, 529 manat 81 qəpik məbləğində faiz borcu, 478 manat 38 qəpik məbləğində cərimə borcu olmaqla, cəmi 7.517 manat 95 qəpik məbləğində borcu qalmışdır. Ona görə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 07 iyun 2022-ci il tarixli, İK351/İST/2022 saylı kredit müqaviləsinin ləğv edilməsini və kredit öhdəliyi üzrə cavabdehin 07 iyun 2022-ci il tarixli, İK351/İST/2022 saylı kredit müqaviləsi üzrə yaranmış 6.509 manat 76 qəpik məbləğində əsas kredit borcu, 529 manat 81 qəpik məbləğində faiz borcu, 478 manat 38 qəpik məbləğində cərimə borcu olmaqla, cəmi 7.517 manat 95 qəpik məbləğində borcun və iddia qaldırılması üçün ödənilmiş 95 manat 18 qəpik məbləğində dövlət rüsumunun alınıb bankın hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 iyun 2022-ci il tarixli, İK 351/İST/2022 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh aylıq faiz dərəcəsi 18.5% olmaqla 24 ay müddətinə 7.000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xəbərdarlıq məktubundan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehə borcun qaytarılması üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdiriliş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə (cərimə, penya) pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə borclunun deyil, məhz kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq tənəsübü müəyyənləşdirərək tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh İK351/İST/2022 saylı kredit müqaviləsi üzrə 478 manat 38 qəpik məbləğində cərimə pulu tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından 07 iyun 2022-ci il tarixdə bağlanmış İK351/İST/2022 saylı kredit müqaviləsi üzrə cərimə pulunun azaldılmasını və iddianın həmin hissədə 50 manat həcmində təmin etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 95 manat 18 qəpik dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinın xeyrinə 07 iyun 2022-ci il tarixdə bağlanmış İK 351/İST/2022 saylı kredit müqaviləsi üzrə 6.509 manat 76 qəpik məbləğində əsas borc, 529 manat 81 qəpik məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7.089 manat 57 qəpik məbləğində borc və ödənilmiş 95 manat 18 qəpik məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən kredit müqavilələrinin tələbləri pozulmuş, o, müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-214, 216-222-ci maddələrini rəhbər tuturaq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 iyun 2022-ci il tarixli, İK351/İST/2022 saylı kredit müqavilələri ləğv edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 07 iyun 2022-ci il tarixdə bağlanmış İK351/İST/2022 saylı kredit müqaviləsi üzrə 6.509 manat 76 qəpik məbləğində əsas borc, 529 manat 81 qəpik məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7.089 manat 57 qəpik məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 95 manat 18 qəpik məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada veridiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar