Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-575/2023 13.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavbdeh Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehına qarşı müqavilənin ləğv edilməsi və borcun alınması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə iddiaçı Azər-Türk Bank» Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 25 noyabr 2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi ləğv edilməklə Cavabdeh 8655,26 manat məbləğində əsas, 696,75 manat məbləğində faiz, cəmi 9352,01 manat məbləğində borcun və ödənilmiş 113,93 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında 25 noyabr 2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh illik 16,5%-lə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu hər ay bərabər məbləğdə ödəməli olduğu halda, kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış, bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. 27 dekabr 2022-ci il tarixə Cavabdehının banka 8655,26 manat məbləğində əsas, 696,75 manat məbləğində faiz borcu vardır. Ona görə də Cavabdeh ilə iddiaçı Azər-Türk Bank» Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 25 noyabr 2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi ləğv edilməklə Cavabdeh 8655,26 manat məbləğində əsas, 696,75 manat məbləğində faiz, cəmi 9352,01 manat məbləğində borcun və ödənilmiş 113,93 manat dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı etiraf edərək izahatında göstərdi ki, iddiaçı Azər-Türk Bank» Açıq Səhmdar Cəmiyyəti ilə 25 noyabr 2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bankdan illik 16,5%-lə, 36 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinə əsasən əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu hər ay bərabər məbləğdə ödəməli olduğu halda, işdən azad olunduğu üçün krediti vaxtında ödəyə bilməmişdir. Hazırda da maddi imkanı olmadığı üçün kredit müqaviləsi üzrə vaxtında ödəniş edə bilmir. Ona görə də iddianı qəbul edir və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasına etirazı yoxdur. İşdə olan və məhkəmə iclasında elan olunmuş 25 noyabr 2021-ci il tarixli, ******* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehına 36 ay müddətinə, illik 16,5 faizlə 10000 manat məbləğində kredit verilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 27 dekabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 25 noyabr 2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə banka 8655,26 manat məbləğində əsas, 696,75 manat məbləğində faiz, cəmi 9352,01 manat məbləğində borcu vardır. Məhkəmə cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə araşdırması zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 25 noyabr 2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə sonuncunun 36 ay müddətinədək, illik 16,5 faizlə ödənilmək şərti ilə 10000 manat məbləğində kredit alması, kreditdən istifadəyə görə faiz ödəməyi öhdəsinə götürməsi, müqavilə öhdəliklərini yerinə yetirməməsi və hazırda İddiaçı Açıq Səhmdar Cəmiyyətinə hesablanmış 25 noyabr 2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 8655,26 manat məbləğində əsas, 696,75 manat məbləğində faiz, cəmi 9352,01 manat məbləğində borcunun qalması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 noyabr 2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 25 noyabr 2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 8655,26 manat məbləğində əsas borc, 696,75 manat məbləğində faiz borcu, cəmi 9352,01 manat məbləğində borc pul tutulmalıdır. İşdə olan 05 yanvar 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 113,93 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 113,93 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 noyabr 2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 8655,26 manat məbləğində əsas borc, 696,75 manat məbləğində faiz borcu və ödənilmiş 113,93 manat dövlət rüsumu, cəmi 9465 (doqquz min dörd yüz altmış beş) manat 94 (doxsan dörd) qəpik pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-575/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-575/2023
13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver