Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-659/2023 28.03.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 03 iyun 2019-cu il tarixli kredit və zaminlik müqaviləsindən görünür ki, bankla Cavabdeh1 arasında 3709,55 manat məbləğində kredit müqaviləsi bağlanılmış, həmin məbləğ Cavabdeh1 verilmiş Cavabdeh2 və Cavabdeh3 həmin sazişə uyğun olaraq zamin kimi üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2 banka 3399,63 manat əsas, 21,61 manat faiz borcu vardır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 54,22 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit və zaminlik razılaşmasına əsasən iddiaçı banka olan borc cavabdehlərdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 54,22 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3399,63 manat əsas, 21,61 manat faiz borc və 54,22 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Etibar Quliyev Азярбайжан Республикасы Аьжабяди Район Мящкямяси Bakı şəhəri Xəqani küçəsi 21-də Аьжабяди шящяри yerləşən İddiaçı ASC-yə Ц.Щажыбяйов 153 Тел. (021275)18-80; 11-28 Ağcabədi rayonunun Kəhrizli kəndində İş № 2(017)-659/2023 yaşayan Cavabdeh1 Ağcabədi rayonunun Kəhrizli kəndində yaşayan Cavabdeh2 Beyləqan rayonunun Birinci Aşıqlı kəndində yaşayan Cavabdeh3 Ağcabədi Rayon Məhkəməsi hakiminin 28 mart 2023-cü il tarixli qətnaməsi məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamə 01 vərəqə. Ağcabədi Rayon Məhkəməsinin hakimi: Etibar Quliyev İş № 2(017)-659/2023 MƏHKƏMƏİCLASİNİN PROTOKOLU AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ 28 mart 2023-cü il Ağcabədi şəhəri Hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun və dövlət rüsumunun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsinə açıq məhkəmə iclasında baxılır. İclas saat 12:00-da açıldı. Məhkəmə iclasına sədrlik edən iclası açıb baxılacaq işi elan edir. Sədrlik edən bildirir ki, Ağcabədi Rayon Məhkəməsinin icraatına İddiaçı ASCnin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun və dövlət rüsumunun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi daxil olmuşdur. İş üzrə cavabdeh tərəfindən iddia tələbinə etirazın olub-olmaması məsələsinin həll edilməsi üçün iddia ərizəsinin surəti və bildiriş rəsmi qaydada cavabdehə göndərilmişdir. Həmin ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalıdır. Sədrlik edən iş materiallarını nəzərdən keçirərək qətnaməni elan edir. Sədrik edən məhkəmə iclasını saat 12:10-da bağlı elan edir. Məhkəmə iclasının protokolu 28 mart 2023-cü il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: İclas katibi: İş № 2(017)-659/2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ QƏRARDAD (kiçik iddiaya dair mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında) 13 fevral 2023-cü il Ağcabədi şəhəri Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu, İddiaçı ASC-nin iddia ərizəsi üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-284-5-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM:
1. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcunun və dövlət rüsumunun ödənilməsi» tələbinə dair kiçik iddia ərizəsi məhkəmənin icraatına qəbul edilsin.
2. İş üzrə cavabdeh tərəfindən iddia tələbinə etirazın olub-olmaması məsələsinin həll edilməsi üçün iddia ərizəsinin surəti və bildiriş rəsmi qaydada cavabdehlərə göndərilsin.
3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılsın.
Ağcabədi Rayon Məhkəməsinin hakimi Etibar Quliyev