Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-665/2024 21.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12, İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 avtomobilin yanaraq yarasız hala düşməsinə görə yaranmış 9850 manat məbləğində maddi zərərin, Cavabdeh1 avtomobilin rənglənməsinə görə ödənilmiş 600 manat pulun və kompressora görə ödənilmiş 265 manat pulun, həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqi yardıma görə ödənilmiş 260 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 123 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddianı müdafiə etdi və izahatında göstərdi ki, cavabdeh Məlikov X8 şəhəri, Zəfər prospektində yerləşən avtotəmir sexinin sahibi, Cavabdeh1 isə həmin sexdə usta kimi fəaliyyət göstərir. VAZ-21723 markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında İddiaçı Züfiqar oğluna məxsusdur. 2023-cü ilin oktyabr ayında iddiaçı mülkiyyətində olan VAZ-21723 markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobili rənglənməsi üçün Cavabdeh1 ilə danışıb ona təhvil vermişdir. Razılaşma əsasında Cavabdeh1 avtomobili rəngləyib xx.xx.2023-cü il tarixdə iddiaçıya təhvil verməli idi. İddiaçı avtomobilin rənglənməsi üçün Cavabdeh1 600 manat pul vermiş, əlavə olaraq işin ləngiməməsi üçün 265 manat dəyərində kompressor alıb Cavabdeh1 təhvil vermişdir. Lakin xx.xx.2023-cü il tarixdə həmin sexdə yanğın olmuş və yanğın zamanı iddiaçıya məxsus VAZ-21723 markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobil yanaraq tamamilə yararsız hala düşmüş, nəticədə iddiaçıya 9850 manat maddi ziyan dəymişdir. Hadisədən sonra cavabdehdən avtomobilin rənglənməsi üçün verilmiş 600 manat, kompressora görə ödənilmiş 265 manat və avtomobilin yarasız hala düşməsinə görə yaranmış maddi zərər olan 9850 manat tələb olunmuş, lakin cavabdeh bu günə kimi həmin pulları verməmişdir. Ona görə də iddianın təmin edilməsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 VAZ-21723 markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilin yanaraq yararsız hala düşməsinə görə 9850 manat məbləğində dəymiş maddi zərərin, Cavabdeh1 avtomobilin rənglənməsinə görə ödənilmiş 600 manatın və kompressora görə ödənilmiş 265 manat pulun, həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqi yardıma görə ödənilmiş 260 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 123 manat pulun alınıb İddiaçı Züfiqar oğluna verilməsini xahiş etdi. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul etdi və verdiyi izahatında göstərdi ki, avtotəmir sexini icarə müqaviləsi əsasında icarəyə götürüb avtomobil üzrə usta işləyir. 2023-cü ilin oktyabr ayında iddiaçının mülkiyyətində olan VAZ-21723 markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobili rənglənməsi üçün qəbul etmişdir. Razılaşma əsasında tez bir zamanda avtomobili rəngləyib iddiaçıya təhvil verməli idi. İddiaçı avtomobilin rənglənməsi üçün ona 600 manat pul vermişdir. Lakin xx.xx.2023-cü il tarixdə işlədiyi avtotəmir sexində yanğın olmuş və yanğın zamanı iddiaçıya məxsus VAZ-21723 markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobil yanaraq tamamilə yararsız hala düşmüş, nəticədə iddiaçıya maddi ziyan dəymişdir. İddiaçı avtomobilə dəyən zərərə görə ondan 8950 manat pul tələb edir. Hesab edir ki, ziyanın məbləği çox hesablanmışdır. Cavabdeh1 xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X13 Yanğın Nəzarəti İdarəsinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli yanğın haqqında aktın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Ağcabədi rayonu, Zəfər prospektində yerləşən avtomobil təmir sexində və təmirə dayanmış minik avtomobillərində yanğın baş vermişdir. Yanğının səbəbi avtomobil təmir sexinin daxilində olan elektrik naqillərinin nasaz vəziyyətdə olması və bu səbəbdən də baş vermiş qısa-qapanma nəticəsində olmuşdur. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Ağcabədi şəhəri, Zəfər prospektində yerləşən, X5 məxsus, Cavabdeh1 icarəsinə verilmiş avtomobil təmiri sexində yanğın hadisəsi baş vermiş, nəticədə sexin çardağı, Cavabdeh1 məxsus təmir avadanlıqları və əşyaları, sexdə təmirə dayanmış İddiaçı məxsus Vaz 21723 markalı ** EE *** dövlət qeydiyyat nişanlı və X4 məxsus X6 etibarnamə ilə idarə etdiyi Vaz 21124 markalı ** FR *** dövlət qeydiyyat nişanlı minik avtomobilləri yanaraq yarasız vəziyyətə düşmüş və əmlaka maddi ziyan dəymişdir. Hadisə ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X13 Yanğın Nəzarəti İdarəsinin inspektoru tərəfindən yoxlama aparılmış və araşdırmanın davam etdirilməsi üçün toplanmış material Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinə göndərilmişdir. Hadisə yerinə keçirilmiş baxış protokolu, alınmış izahatlarla, yanğın haqqında aktla, ekspert rəyləri və toplanmış digər sənədlərlə müəyyən edilmişdir ki, Namazov X10 şəhəri, Zəfər prospektində yerləşən avtomobil təmiri sexinin icarəçisi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ 01-2001) 4.6-cı bəndinin və “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 2.3.3.2-ci bəndlərinin tələblərini pozaraq yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə saat 12 radələrində avtomobil təmiri sexi ilə üzbəüz dayandıqda sol tərəfdə sayca birinci sexin tavan hissəsində elektrik lampasının işlək, yəni yanılı vəziyyətdə saxlanıldığından elektrik qurğularında hansısa qəza halının yaranmasından yanğın hadisəsi baş vermişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 04 nömrəli rəyindən görünür ki, İddiaçı məxsus olan Vaz 21723 minik markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2023-cü il tarixdə Ağcabədi şəhəri, Zəfər prospektində yerləşən avtomobil təmir-boyama sexində baş verən yanğın nəticəsində maddi zərər dəymişdir. "xxxx" MMC avtomobilə dəymiş zərəri hesablamaq üçün avtomobilə baxış keçirmiş və müəyyən olunmuşdur ki, avtomobil yanaraq istismara tamamilə yararsız hala düşmüşdür. Avtomobilin bu günə olan bazar parakəndə satış qiyməti 9850 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2024-cü il tarixli, 9/54 nömrəli ekspert rəyinin surətindən görünür ki, respublikada yerləşən avtobazalarda mövcud olan qiymətlərə, internet saytlarında (www.turbo.az və www.avtomobil.az və sair) və eləcədə MEM-nin ekspert praktikasında toplanmış məlumatlara əsasən ekspertiza təyini haqqında qərarda və əlavə məlumatda göstərilən 01 ədəd 2013-cü il buraxılışlı, Vaz 21723 minik markalı ** EE *** dövlət qeydiyyat nişanlı, tünd göy metallik rəngli avtomobilin yanmamışdan əvvəl təyinatı üzrə istifadəyə tam yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 10000,0 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş AD 907830 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2013-cü il buraxılışlı, Vaz 21723 minik markalı ** EE *** dövlət qeydiyyat nişanlı, tünd göy metallik rəngli nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. İş materiallarına əlavə edilmiş cinayət xx.xx.2023-cü il tarixli 02 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, həmin icarə müqaviləsinə əsasən X1 şəhəri, Zəfər prospektində yerləşən özünə məxsus avtomobil təmiri sexini 01 il müddətə Cavabdeh1 icarəyə vermişdir. Beləliklə, məhkəmə iclasında İddiaçı mülkiyyətində olan Vaz 21723 minik markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh1 tərəfindən ziyan vurulması müəyyən edildi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüququ pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı iddiasının kompressora görə ödənilmiş 265 manat pulun qaytarılması hissəsində həmin halları təsdiq edən mötəbər sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı kompressorun markası, buraxılış ili, dəyəri, cavabdehə təhvil verməsi, yararlılığı və s. barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iş materialları ilə İddiaçı mülkiyyətində olan 2013cü il buraxılışlı, Vaz 21723 minik markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh1 tərəfindən 9850 manat dəyərində ziyan vurulması və avtomobilin rənglənməsi üçün 600 manat pulun alınması sübut edildiyinə görə iddia qismən təmin edilməli, Cavabdeh1 avtomobilə vurulmuş maddi zərərə görə 9850 manat və avtomobilin rənglənməsi üçün alınmış 600 manat, cəmi 10450 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə və digər Cavabdeh2 aid hissədə qanunsuz və əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, iş materialları ilə İddiaçı Cavabdeh2 arasında mülki hüquq münasibətinin və ya hər hansı öhdəliyin yaranması təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərcləri, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunun normasından və məzmunundan göründüyü kimi qanunvericilik nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərcləri ağlabatan məbləğdə müəyyən edilməsini qeyd etmişdir. Xərclərin ağlabatan məbləği anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa bir iş üzrə ya həddən artıq, ya da həddən az məbləğ kimi qəbul edilə bilər. Mübahisənin hüququn hansı sahəsinə aid olması, nümayəndənin (vəkilin) iş təcrübəsi, hüququn konkret sahəsindən və ya konkret institutdan olan mübahisələrin həlli ilə əlaqədar işlərin aparılmasında nümayəndənin (vəkilin) ixtisaslaşması, işlərin müxtəlif səviyyəli mürəkkəblik dərəcələri, hüquqi yardımın qısa müddət ərzində göstərilməsi, habelə hüquqi yardımın hansı bölgədə (ərazidə) göstərilməsi və. sairə hallar xərclərin məbləğinə təsir göstərir. Nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin ağlabatan məbləğinin müəyyən edilməsində sadalanan hallar, habelə həmin bölgədə (ərazidə) həmin kateqoriyadan olan işlər üzrə hüquqi yardımın göstərilməsinə görə ödənilən, təcrübədə formalaşmış məbləğ, məhkəmədə baxılan işin mürəkkəblik səviyyəsi, nümayəndənin, (vəkilin) iştirak etdiyi (deməli vaxt sərf etdiyi) məhkəmə hərəkətlərinin (iclaslarının) sayı və davam etmə müddəti, sərf olunan maddi vəsaitlərin həcmi, göstərilən hüquqi yardımın nəticəsi olaraq müəssisənin daha çox itkidən yaxasını qurtarması və s. aiddir. Məhkəmə hüquqi yardıma görə xərclərin ağlabatan məbləğini müəyyən edən zaman xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini xeyrinə qətnamə çıxarılanın təqdim etdiyi hesab və konkret hallar, yəni göstərilən yardımın həcmi, nümayəndələrin sayı, baxılan işin mürəkkəbliyi və s. hallarla şərtlənmişdir. Məhkəmə yuxarıda qeyd edilən qanun normaları və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən tələb edilən 260 manat hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi təmin edilə bilməz. Belə ki, hüquqi yardıma görə bağlanmış müqavilə, pulun ödənilməsini təsdiq edən, digər zəruri xərcləri özündə əks etdirən hər hansı bir sənəd işə əlavə edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının hüquqi yardıma görə 260 manat pulun cavabdehdən tutulmasına dair tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi 10450 manat məbləğində təmin edildiyi üçün Cavabdeh1 dövlət rüsumuna görə 121,35 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 avtomobilə vurulmuş maddi zərərə görə 9850 manat və avtomobilin rənglənməsinə görə ödənilmiş 600 manat, cəmi 10450 manat məbləğində pul, həmçinin dövlət rüsumuna görə ödənilmiş 121,35 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə və digər Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-665/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-665/2024
21.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver