Məhkəmə qərarları › İş №2(017)-69/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-69/2023

23.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-69/2023 23.01.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 2353 manat maddi ziyan, inzibati xəta törətdiyinə görə ödənilmiş 326 manat maddi ziyan, müqavilə üzrə ödənilməmiş 300 manat, cəmi 2979 manat və ödənilmiş 49,79 manat dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona məxsus **-FY-*** dövlət nömrə nişanlı, “Kia Ceed” minik markalı 2008-ci il buraxılışlı avtomobili mülki etibarnamə ilə idarə etmək üçün Ağcabədi rayon Kəhrizli kənd sakini X1 vermişdir. X2 da 06 iyul 2021ci il tarixdə cavabdehlə aralarında ilkin müqavilə bağlayaraq onun razılığı ilə həmin avtomobili 24980 manata cavabdehə satmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən cavabdeh müəyyən edilən pulu 810 gün müddətinədək, ilk 60 gün 40 manat, sonrakı 750 gün 30 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq avtomobilə 2353 manat ziyan vuraraq 25 oktyabr 2021-ci il tarixdə avtomobili X1 qaytarmışdır. Bundan başqa, cavabdehi müqavilə üzrə ödənilməmiş 300 manat borcu qalmışdır. Həmçinin cavabdeh inzibati xəta törətdiyinə görə ona 326 manat maddi ziyan vurmuş və həmin ziyan cavabdeh avtomobili qaytarandan sonra X2 tərəfindən 29 oktyabr 2021-ci il tarixdə ödəmişdir. Ona görə də Cavabdeh 2353 manat maddi ziyan, inzibati xəta törətdiyinə görə ödənilmiş 326 manat maddi ziyan, müqavilə üzrə ödənilməmiş 300 manat, cəmi 2979 manat pul və ödəmiş olduğu 49,79 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq iddianın təmin olunmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş 06 iyul 2021-ci il tarixli ilkin müqavilədən görünür ki, İddiaçı mülkiyyətində olan **-FY-*** dövlət nömrə nişanlı, “Kia Ceed” minik markalı 2008-ci il buraxılışlı avtomobili 24980 manata, 810 gün müddətinədək, ilk 60 gün 40 manat, sonrakı 750 gün 30 manat ödəmk şərti ilə Cavabdeh satmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 25 oktyabr 2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh **-FY-*** dövlət nömrə nişanlı, “Kia Ceed” minik markalı 2008-ci il buraxılışlı avtomobili X1 təhvil vermişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1-ci maddəsinin tələblərinə görə ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.3-cü maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında 06 iyul 2021-ci il tarixli ilkin müqavilə bağlanmış və həmin müqavilənin bağlanmasında İddiaçı əvəzindən X2 iştirak etmişdir. Göstərilən müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan **- FY-*** dövlət nömrə nişanlı, “Kia Ceed” minik markalı 2008-ci il buraxılışlı avtomobili 24980 manata, 810 gün müddətinədək, ilk 60 gün 40 manat, sonrakı 750 gün 30 manat ödəmk şərti ilə Cavabdeh satmışdır. Cavabdeh 25 oktyabr 2021-ci il tarixdə (qəbzlə) həmin avtomobili X1 təhvil vermişdir. Bundan sonra, İddiaçı Cavabdeh qarşı 2353 manat **-FY-*** dövlət nömrə nişanlı, “Kia Ceed” minik markalı avtomobilə dəymiş maddi ziyan, cavabdeh tərəfindən inzibati xəta törətdiyinə görə ödənilmiş 326 manat maddi ziyan və müqavilə üzrə ödənilməmiş 300 manat, cəmi 2979 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Lakin, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, Cavabdeh tərəfindən 25 oktyabr 2021-ci il tarixdə (qəbzlə) mübahisəli avtomobil X1 təhvil verildikdən bir neçə gün sonra, yəni 28 oktyabr 2021-ci il tarixdə avtomobilə dəymiş ziyanın məbləği barədə rəy alınmışdır. Halbuki avtomobil təhvil verilərkən və ya təhvil alınarkən tərəflər arasında heç bir qüsur aktı və ya digər bir sənəd tərtib edilməmişdir və həmçinin də avtomobilə cavabdeh tərəfindən ziyan vurulması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bundan başqa, iddiaçının cavabdehdən tələb etdiyi inzibati xəta törətdilməsinə görə ödənilmiş 326 manat maddi ziyan barədə də iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir və məhkəməyə təqdim edilmiş qəbzlərdə həmin inzibati cərimələrin cavabdeh tərəfindən ödənilməsi, yəni “ödəyici Cavabdeh” kimi qeyd edilmişdir. Bundan başqa, iddiaçı 10 gün müddətinə, hər gün 30 manat olmaqla 300 manat müqavilədə nəzərdə tutulmuş ödənişin cavabdeh tərəfindən ödənilməməsi göstərilsə də iddiaçı tərəfindən bu barədə də məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 2353 manat **-FY-*** dövlət nömrə nişanlı, “Kia Ceed” minik markalı avtomobilə dəymiş maddi ziyan, inzibati xəta törətdiyinə görə ödənilmiş 326 manat maddi ziyan, müqavilə üzrə ödənilməmiş 300 manat, cəmi 2979 manat pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İşdə olan 22 iyun 2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı 2353 manat **-FY-*** dövlət nömrə nişanlı, “Kia Ceed” minik markalı avtomobilə dəymiş maddi ziyan, inzibati xəta törətdiyinə görə ödənilmiş 326 manat maddi ziyan, müqavilə üzrə ödənilməmiş 300 manat, cəmi 2979 (iki min doqquz yüz yetmiş doqquz) manat pul tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən bir ay müddətində Ağvabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar