Məhkəmə qərarları › İş №2(017)-728/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-728/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-728/2023 18.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Bayramov Hüseyn Vaqif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti iddia ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 1569,33 manat əsas, 115,89 manat faiz, 1305,68 manat cərimə, cəmi 2990,90 manat məbləğində borcun və ödənilmiş 50 manat dövlət rüsumunun tutulması "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh ilə arasında 16 sentyabr 2019-cu il tarixli, 0056/19/PB saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh illik 1 %-lə 60 ay müddətinə 1569,33 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu hər ay bərabər məbləğdə ödəməli olduğu halda, kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış, bununlada müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh 1569,33 manat əsas, 115,89 manat faiz, 1305,68 manat cərimə, cəmi 2990,90 manat məbləğində borcu vardır. Ona görə də Cavabdeh 1569,33 manat əsas, 115,89 manat faiz, 1305,68 manat cərimə, cəmi 2990,90 manat məbləğində borcu və ödənilmiş 50 manat dövlət rüsumunun tutularaq "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşdə olan və məhkəmə iclasında elan olunmuş 16 sentyabr 2019-cu il tarixli, 0056/19/PB saylı kredit müqaviləsindən görünür ki, "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1 faizlə 1569,33 manat məbləğində kredit verilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 26 yanvar 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 16 sentyabr 2019-cu il tarixli, 0056/19/PB saylı kredit müqaviləsi üzrə 1569,33 manat əsas, 115,89 manat faiz, 1305,68 manat cərimə, cəmi 2990,90 manat məbləğində borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırması zamanı "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 16 sentyabr 2019-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə sonuncunun 60 ay müddətinə, illik 1 faizlə ödənilmək şərti ilə 1569,33 manat məbləğində kredit alması, kreditdən istifadəyə görə faiz ödəməyi öhdəsinə götürməsi, müqavilə öhdəliklərini yerinə yetirməməsi və hazırda "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinə həmin müqavilə üzrə 1569,33 manat əsas, 115,89 manat faiz, 1305,68 manat cərimə, cəmi 2990,90 manat məbləğində borcunun qalması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan 1305,68 manat məbləğində dəbbə pulunun tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 130 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək, Cavabdeh 1569,33 manat əsas, 115,89 manat faiz, 130 manat cərimə, cəmi 1815,22 manat borc pul alınaraq "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 01 fevral 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 50 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1569,33 manat əsas, 115,89 manat faiz, 130 manat cərimə və ödənilmiş 50 manat dövlət rüsumu, cəmi 1865 (bir min səkkiz yüz altmış beş) manat 22 (iyirmi iki) qəpik pul tutularaq iddiaçı "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar