Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-736/2023 19.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmənin iclas katibi X2 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, Cavabdeh ilə 12 aprel 2021-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənib ailə qurmuşlar. Onların birgə nikahlarından 15 yanvar 2022-ci il tarixdə Kərəm adlı bir oğlan uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri bir-birinə uyğun gəlmədiyi üçün 2022-ci ildə məhkəmə qaydasında ayrılaraq ayrı yaşayırlar. Ağcabədi rayon Məhkəməsinin 29 noyabr 2022- ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə birgə nikahlarından 15 yanvar 2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh 60 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh vaxtlıvaxtında alimenti ödəyir. Lakin tutulan alimentin miqdarı uşağın saxlanmasına kifayət etmir. Cavabdeh 44 günlük Vətən müharibəsi iştirakçısı olmaqla hər ay 80 manat məbləğində müavinət alır. Əlavə fərdi əmək fəaliyyəti ilə məşğul olur. Lakin cavabdeh alimentdən başqa uşağına heç bir köməklik etmir. Ona görə Cavabdeh tutulan alimentin miqdarının sabit pul məbləğində artırılaraq hər ay 250 manat məbləğində müəyyən olunmasına dair qətnamə çıxarımasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə göndərərək iddianı qismən qəbul etdiyini, Vətən müharibəsi qazisi olmaqla İİİ qrup Qarabağ əlili olduğunu, təzəlikcə 300 manat təqaüd təyin olunduğunu, səhəti ilə bağlı heç bir yerdə işləyə bilmədiyi üçün hər ay 100 manat aliment ödəyə bilməsini və hal-hazırda Bakı şəhərində müalicə aldığı üçün məhkəmə iclasına gələ bilməyəcəyini bildirib, məhkəmədən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 15 yanvar 2022-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 10 iyun 1997-ci il tarixdə anadan olmuş, hazırda Ağcabədi rayonunun Minəxorlu kəndində yaşayır. İş materiallarında olan Ağcabədi rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(017)-1532/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın onun yanında saxlanması və aliment tələbinə dair iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 12 aprel 2021-ci il tarixdə Ağcabədi rayon Qeydiyyat şöbəsində bağlanmış, 43 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, 15 yanvar 2022-ci il tarixdə doğulmuş X3 anası İddiaçı yanında saxlanılmış və 15 yanvar 2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay Cavabdeh Möhsm oğlundan 60 manat məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 05 dekabr 2022-ci il tarixli məlumatdan görünür ki, xx xxxxxx 1989-cu il təvəllüdlü Cavabdeh əmək qabiliyyətsizdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 702 saylı Hərbi hissə tərəfindən verilmiş 04 avqust 2021-ci il tarixli, 1802 saylı travma haqqında arayışdan görünür ki, 05 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində «Keçirilmiş qapalı kəllə beyi travması, baş beyin silkələnsməsindən sonrakı veqatativ dammar distoniyası, Barotravma, sağ tərəfli xroniki tubotit, iki tərəfli xroniki koxlear nevrit, sağ tərəfli qarışıq tip. Ağır eşitmə, sol tərəfli neyronsensor, ağır eşitmə pıçıltı nitqini sağ qulaqda 2 metr, sol qulaqda 4.5 metr məsafədən eşitməsi ilə. Partlayış travması. Sağ bud çanaq oynağı nahiyəsinin kor qəlpə yaralanmasndan sonrakı bərkimiş dəri çapığı, qılça sümüyünün yad cismi metal qəlpə» xəsartini almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin 2020, 2021 və 2022ci illərdə verilmiş sərəncamlar əsasında Cəsur döyüşçü, Fizulinin, Cəbrayılın, Xocavəndin, Şuşanın azad olunmasına görə və Vətən müharibəsi iştirakçısı meddalları ilə təltif olunmuşdur. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, uşağın saxlanması üçün alimentin sabit pul məbləğində tutulması mümkündür. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmədə araşdırması zamanı müəyyən olundu ki, Ağcabədi rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(017)-1532/2022 saylı qətnaməsinə əsasən Cavabdeh tərəfindən bir uşağın saxlanması üçün hər ay İddiaçı 60 manat sabit pul məbləğində aliment ödənilir. İddaçı İddiaçı uşağı saxlamağa kifayət qədər maddi imkanı yoxdur. Bir uşağın saxlanılması üçün əvvəl müəyyən olunmuş 60 manat aliment hazırda azlıq edir. «Yaşayış minimumu haqqında» Qanuna əsasən 2023-cü ildə uşaqların yaşayış minimumu 220 manat məbləğdə müəyyən olunmuşdur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, uşağın mənafeyini və cavabdehin maddi vəziyyətini nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə alimentin miqdarının artırılması ilə bağlı İddiaçı iddia tələbi qismən təmin edilməli, 15 yanvar 2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 130 manat sabit pul məbləğində müəyyən edilməsi qanunamüvafiqdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.20-ci bəndinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobil AES-də qəza əticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin olunsun. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilsin və yetkinlik yaşına çatmayan 15 yanvar 2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü Ağcabədi rayon Məhkəməsinin 29 noyabr 2022ci il tarixli, 2(017)-1532/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. 15 yanvar 2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü Cavabdeh qazancından hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh müharibə veteranı olduğu üçün dövlət rüsumunu ödəməkdən azad olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-736/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-736/2023
19.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver