Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-806/2023 03.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında 14 iyun 2022-ci il tarixli, RGTK 5795431A153 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh illik 20 faizlə 60 ay müddətinə bankdan 4.746 manat 18 qəpik məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu hər ay bərabər məbləğdə ödəməli olduğu halda, kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış, bununlada müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. 06 fevral 2023-cü il tarixə Cavabdeh Banka 14 iyun 2022-ci il tarixli, RGTK 5795431A153 saylı kredit müqaviləsi üzrə 4.746 manat 18 qəpik məbləğində əsas kredit borcu, 652 manat 29 qəpik məbləğində faiz borcu, cəmi 5.398 manat 47 qəpik məbləğində borcu vardır. Ona görə də Cavabdeh bank arasında bağlanmış 14 iyun 2022-ci il tarixli, RGTK 5795431A153 saylı kredit müqaviləsi üzrə 4.746 manat 18 qəpik məbləğində əsas kredit borcu, 652 manat 29 qəpik məbləğində faiz borcu olmaqla, cəmi 5.398 manat 47 qəpik məbləğində borcun, həmçinin ödənilmiş 73 manat 98 qəpik dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə göndərərək iddianın tam təmin olunmasını və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdi və izahat verərək göstərdi ki, həqiqətən də o, İddiaçı ASC-ti ilə aralarında 14 iyun 2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ödəmək şərtilə 4.746 manat 18 qəpik məbləğində kredit götürmüşdür. Lakin həmin kredit müqaviləsi üzrə tam ödənişlər edə bilməmişdir. Çünki krediti götürən vaxt o, təqaüd alırdı. İndii onun təqaüdü kəsilmiş və ona görədə kreditdən ödəniş edə bilməmişdir. Kredit borcunu hissə-hissə ödəyəcəyinə söz verir. İş materiallarında olan 14 iyun 2022-ci il tarixli, RGTK 5795431A153 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 60 ay müddətinə illik 20 faizlə 4.746 manat 18 qəpik məbləğində kredit verilmişdir. İş materiallarında olan 09 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 14 iyun 2022-ci il tarixli, RGTK 5795431A153 saylı kredit müqaviləsi üzrə Banka 4.746 manat 18 qəpik məbləğində əsas kredit borcu, 652 manat 29 qəpik məbləğində faiz borcu olmaqla, cəmi 5.398 manat 47 qəpik məbləğində borcu vardır. İş materiallarında olan bidirişlərdən görünür ki, cavabdeh borcun qaytarılması barədə xəbərdar olunmuşdur. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti problemli kreditlərin hüquqi təqibi departamentinin məhkəmələrlə iş şöbəsinin rəisi, etibarnamə üzrə nümayəndə Elsevər Əkbərov tərəfindən məhkəməyə göndərilmiş 25 aprel 2023-cü il tarixli ərizədən görünür ki, onların iştirakı olmadan işə baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 343.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 14 iyun 2022-ci il tarixdə bağlanmış RGTK 5795431A153 saylı kredit müqaviləsi üzrə sonuncunun 60 ay müddətinədək illik 200 faizlə ödənilmək şərti ilə 4.746 manat 18 qəpik kredit alması, kreditdən istifadəyə görə faiz ödəməyi öhdəsinə götürməsi, müqavilə öhdəliklərini yerinə yetirməməsi və hazırda İddiaçı Açıq Səhmdar Cəmiyyətinə hesablanmış 14 iyun 2022-ci il tarixli, RGTK 5795431A153 saylı kredit müqaviləsi üzrə 4.746 manat 18 qəpik məbləğində əsas kredit borcu, 652 manat 29 qəpik məbləğində faiz borcu olmaqla, cəmi 5.398 manat 47 qəpik məbləğində borcunun qalması müəyyən edildi. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilərək Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 14 iyun 2022-ci il tarixli, RGTK 5795431A153 saylı kredit müqaviləsi üzrə 4.746 manat 18 qəpik məbləğində əsas kredit borcu, 652 manat 29 qəpik məbləğində faiz borcu olmaqla, cəmi 5.398 manat 47 qəpik məbləğində borc pul və ödənilmiş 73 manat 98 qəpik dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə arasında bağlanmış 14 iyun 2022-ci il tarixli, RGTK 5795431A153 saylı kredit müqaviləsi üzrə 4.746 manat 18 qəpik məbləğində əsas kredit borcu, 652 manat 29 qəpik məbləğində faiz borcu olmaqla, cəmi 5.398 manat 47 qəpik məbləğində borc pul və 73 manat 98 qəpik dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-806/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-806/2023
03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver