Məhkəmə qərarları › İş №2(017)-836/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-836/2025

05.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-836/2025 05.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3900 manat məbləğində borcun, İXP6422662 nömrəli inzibati xəta haqqında protokol əsasında ödənilməmiş qalan 640 manat məbləğində cərimə pulunun və hüquqi yardıma görə ödənilmiş 100 manatın alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ona məxsus “VAZ21074 minik” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüş, avtomobildən istifadə naticəsində ona 3900 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixdə cavabdeh öz xətti və imzası ilə 3900 manat borcunun olmasına dair qəbz yazmış və həmin borcunu 10 yanvar 2025-ci il tarixdə ödəyəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh avtomobili idarə etdiyi müddətdə yol hərəkəti qaydalarını pozmuş və nəticədə avtomobilə cərimə əsasında həbs qoyulmuşdur. Beləliklə cavabdeh ona 4540 manat məbləğində ziyan vurmuşdur. O, dəfələrlə cavabdehdən borcunu tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək ona vurduğu ziyanı ödəməkdən boyun qaçırmışdır. Ona görə də cavabdehdən 3900 manat məbləğində borcun, İXP6422662 nömrəli inzibati xəta haqqında protokol əsasında ödənilməmiş qalan 640 manat məbləğində cərimə pulunun və hüquqi yardıma görə ödənilmiş 100 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdi və məhkəməyə ərizə təqdim edərək göstərdi ki, icarəyə götürdüyü iddiaçıya məxsus “VAZ21074 minik” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili avtomobildən istifadə naticəsində 3900 manat borcu yaranmışdır. Həmçinin avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozduğuna görə İXP6422662 nömrəli inzibati xəta haqqında protokol əsasında ödənilməmiş qalan 640 manat məbləğində cərimə pulu yaranmışdır. O, ümumilikdə iddiaçıya 4640 manat borcunun olmasını etiraf edərək iddianın təmin edilməsinə etirazının olmamasını bildirdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, və xx.xx.2024-cü il tarixli İcarə müqaviləsinə əsasən müəyyən olunur ki, “VAZ-21074” minik markalı **-BK- *** dövlət qeydiyyat nişanlı avtomobil İcarəyə verən İddiaçı tərəfindən İcarəçi Cavabdeh icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP6422662 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, yol hərəkəti qaydalarının pozulmasına görə “VAZ-21074” minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə cərimə yazılmışdır İş materiallarında olan xx.xx.2024-cü il tarixli, borcun alınmasına dair qəbzdən görünür ki, Cavabdeh öz xətti və imzası ilə qəbz yazaraq 10 yanvar 2025-ci il tarixə qaytarmaq şərti ilə iddiaçıdan 3900 manat borc pul almışdır. İş materiallarında olan xx.xx.2025-cü il tarixli, 03 nömrəli hüquqi yardımımın göstərilməsinə dair müqavilədən görünür ki, iddiaçı tərəfinən hüquqi yardıma görə 100 manat rüsum ödənilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində qeyd edilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, delikt hüquq institutu sözügedən iddia tələbinin qanuni əsası qismində çıxış etməməlidir. Belə ki, MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Delitk hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, Tərəflər arasında etibarlı icarə münasibətləri mövcuddur. Həmin münasibət xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, və xx.xx.2024-cü il tarixli İcarə müqavilələri ilə rəsmiləşdirilmişdir. Sözügedən müqavilədə tərəflərin hüquq və vəzifələri (öhdəliklər), məsuliyyətin əsasları, şərtləri və hədləri müəyyənləşdirilmişdir. Bu səbəbdən, mübahisənin qanuni əsasını müqavilənin yuxarıda qeyd olunan bəndləri üzrə şərtlər təşkil edir. Tərəflər arasında müqavilə münasibətləri mövcud olduğundan və İcarə müqaviləsi ilə hazırki iddia tələbinin xüsusatları tənzimləndiyindən delikt hüquq institunun qanuni əsas qismində tətbiq olunması istisna olunur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “VAZ-21074” minik markalı **-BK- *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən Cavabdeh icarəyə verilmişdir. Tərəflər arasında xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, və xx.xx.2024-cü il tarixli İcarə müqavilələri bağlanılmışdır. Təhvil-təslim aktına əsasən müqavilə predmeti olan “VAZ-21074” minik markalı **- BK-*** dövlət qeydiyyat nişanlı avtomobil tam saz vəziyyətdə İcarəçi Cavabdeh təhvil verilmişdir. Aktın həqiqiliyi tərəflərin İcarə müqaviləsi ilə tərəflərin hüquq və öhdəlikləri müəyyənləşdirilmişdir. İcarəçi müqavilə üzrə öhdəliklərinə əməl etməmişdir. İcarə münasibətləri üzrə müqavilə öhdəliklərinə Cavabdeh tərəfindən əməl edilməmiş, avtomobilin icarə haqqı cavabdeh tərəfindən ödənilməmiş, həmçinin cavabdeh tərəfindən yol hərəkəti qaydaları pozulması nəticəsində avtomobilə cərimə gəlmişdir. Nəticədə, Cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuş və “VAZ- 21074” minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin icarəyə verilməsi və cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə yazılmış cərimələrin nəticəsində İddiaçı 4540 (dörd min beş qırx) manat zərər vurulmuşdur. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, aktiv prosessual fəaliyyət təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-in 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə məsrəflərinə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş hüquqi yardıma görə 100 (yüz) manat pul cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4540 (dörd min beş qırx) manat pul və hüquqi yardıma görə ödənilmiş 100 (yüz) manat pul ümumilkdə 4640 manat pul tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh avtomobilin icarəyə verilməsi nəticəsində yaranmış borca görə 4540 (dörd min beş qırx) manat pul və hüquqi yardıma görə ödənilmiş 100 (yüz) manat ümumilkdə 4640 (dörd min altı yüz qırx) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elekton kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar