Məhkəmə qərarları › İş №2(017)-848/2023

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-848/2023

25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-848/2023 25.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı öhdəlikdən kənar ödənilmiş pul məbləğinin tutulması tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı öhdəlikdən kənar ödənilmiş pul məbləğinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində cavabdehin ünvanı ünvan 1 göndərilmişdir. Lakin, iş materialları tədqiq edilərkən cavabdehin Laçın rayonunun Kamallı kəndində qeydiyyatda olduğu müəyyən edilmişdir. Belə ki, işdə olan «Elektron Məhkəmə» informasiya sistemi vasitəsi ilə əldə olunmuş məlumatlardan görünür ki, Cavabdeh Laçın rayonunun Kamallı kəndində qeydiyyatdadır. Buradan da göründüyü kimi mülki iş aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılmaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasən hakim özü mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən işin həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəməyə verməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı öhdəlikdən kənar ödənilmiş pul məbləğinin tutulması tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 44, 45, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı öhdəlikdən kənar ödənilmiş pul məbləğinin tutulması tələbinə mülki iş baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun alındığı və ya təqdim olunduğu gündən 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar