Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-852/2024 12.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcla əlaqədar pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Ağcabədi şəhəri, E.Sadıqov küçəsi ev 65-də yaşayan abonent kodu **********05123 olan, Cavabdeh elektrik enerjisindən istifadəyə görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 2199 (iki min yüz doxsan doqquz) manat 99 (doxsan doqquz) qəpik borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlərlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr gətirərək 2199 (iki min yüz doxsan doqquz) manat 99 (doxsan doqquz) qəpik borcu ödəməkdən yayınmışdır. Ona görə də, Cavabdeh elektrik enerjisinin istehlakına görə 2199 (iki min yüz doxsan doqquz) manat 99 (doxsan doqquz) qəpik borcun və 42 manat məbləğində dövlət rüsumunun alınıb "xxxx" ASC-nin xeyrinə ödənilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşdə olan Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin abunə haqqında bildirişindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" ASC-yə 2199 (iki min yüz doxsan doqquz) manat 99 (doxsan doqquz) qəpik borcu vardır. İşdə olan "xxxx" ASC-nin Enerji Satış Departamentinin 07 noyabr 2023-cü il tarixli pretenziyadan görünür ki, Ağcabədi şəhəri, E.Sadıqov küçəsi ev 65-də yaşayan (**********05123) kodlu abonent adı ilə «Azərişıq” ASC-də qeydiyyata alınmış) Cavabdeh elektrik enerjisindən istifadəyə görə 07 noyabr 2023-cü il tarixə "xxxx" ASC-yə olan borcu 2199 (iki min yüz doxsan doqquz) manat 99 (doxsan doqquz) qəpik təşkil edir. İşdə olan Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli 641439 nömrəli müqavilədən görünür ki, bu müqavilə «Azərişıq” ASC-nin enerjitəchizatı müəssisəsi ilə Ağcabədi şəhəri, E.Sadıqov küçəsi 65 saylı ev sakini **********05123 kodlu abonent adı ilə qeydiyyata alınmış Cavabdeh arasında elektrik enerjisinin alqı-satqı ilə əlaqədar bağlanmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materialları araşdırılarkən müəyyən olundu ki, Ağcabədi rayonunun Aşağı Avşar kəndində yaşayan, abonent kodu **********05123 olan, Cavabdeh elektrik enerjisindən istifadəyə görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 2199 manat 99 qəpik borcu yaranmış, lakin həmin borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlərlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh 2199 (iki min yüz doxsan doqquz) manat 99 (doxsan doqquz) qəpik borcu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə əlavə edilmiş 06 mart 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 42 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 42 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh elektrik enerjisinin istehlakına görə 2199 manat 99 qəpik borc və ödənilmiş 42 manat dövlət rüsumu, cəmi 2241 manat 99 qəpik pul alınaraq iddiaçı «Azərişıq” ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh elektrik enerjisinin istehlakına görə 2199 manat 99 qəpik borc və ödənilmiş 42 manat dövlət rüsumu, cəmi 2241 manat 99 qəpik məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-852/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-852/2024
12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver