Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-874/2023 28.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında 08 fevral 2022-ci il tarixli, RGTK4779868A153 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh illik 20 faizlə 83 ay müddətinə bankdan 6.508 manat 48 qəpik məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu hər ay bərabər məbləğdə ödəməli olduğu halda, kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış, bununlada müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. 20 fevral 2023-cü il tarixə Cavabdeh Banka 08 fevral 2022-ci il tarixli, RGTK4779868A153 saylı kredit müqaviləsi üzrə 6.305 manat 84 qəpik məbləğində əsas kredit borcu, 573 manat 17 qəpik məbləğində faiz borcu, cəmi 6.879 manat 01 qəpik məbləğində borcu vardır. Ona görə də Cavabdeh bank arasında bağlanmış 08 fevral 2022-ci il tarixli, RGTK4779868A153 saylı kredit müqaviləsi üzrə 6.305 manat 84 qəpik məbləğində əsas kredit borcu, 573 manat 17 qəpik məbləğində faiz borcu olmaqla, cəmi 6.879 manat 01 qəpik məbləğində borcun, həmçinin ödənilmiş 88 manat 79 qəpik dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə göndərərək iddianın tam təmin olunmasını və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdi və izahat verərək göstərdi ki, həqiqətən də o, İddiaçı ASC-ti ilə aralarında 08 fevral 2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ödəmək şərtilə 6.508 manat 48 qəpik məbləğində kredit götürmüşdür. Lakin həmin kredit müqaviləsi üzrə tam ödənişlər edə bilməmişdir. Çünki krediti götürən vaxt işləyirdi. Oğlu hərbi xidmətə və oradanda müharibəyə getdi və yaralı gəldi. O, özüdə xəstədir. Hazırda səhətti ilə bağlı heç bir yerdə işləmir. Kredit borcunu hissə-hissə ödəməsinə söz verir. İş materiallarında olan 08 fevral 2022-ci il tarixli, RGTK 4779868A153 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 83 ay müddətinə illik 20 faizlə 6.508 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 22 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 08 fevral 2022-ci il tarixli, RGTK 4779868A153 saylı kredit müqaviləsi üzrə Banka 6.305 manat 84 qəpik məbləğində əsas kredit borcu, 573 manat 17 qəpik məbləğində faiz borcu, cəmi 6.879 manat 01 qəpik məbləğində borcu vardır. İş materiallarında olan bidirişlərdən görünür ki, cavabdeh borcun qaytarılması barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 343.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 08 fevral 202-ci il tarixdə bağlanmış RGTK 4779868A153 saylı kredit müqaviləsi üzrə sonuncunun 83 ay müddətinədək illik 20 faizlə ödənilmək şərti ilə 6.508 manat 48 qəpik kredit alması, kreditdən istifadəyə görə faiz ödəməyi öhdəsinə götürməsi, müqavilə öhdəliklərini yerinə yetirməməsi və hazırda İddiaçı Açıq Səhmdar Cəmiyyətinə hesablanmış 08 fevral 2022-ci il tarixli, RGTK 4779868A153 saylı kredit müqaviləsi üzrə 6.305 manat 84 qəpik məbləğində əsas kredit borcu, 573 manat 17 qəpik məbləğində faiz borcu olmaqla, cəmi 6.879 manat 01 qəpik məbləğində borcunun qalması müəyyən edildi. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilərək Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 08 fevral 2022-ci il tarixli, RGTK 4779868A153 saylı kredit müqaviləsi üzrə 6.305 manat 84 qəpik məbləğində əsas kredit borcu, 573 manat 17 qəpik məbləğində faiz borcu olmaqla, cəmi 6.879 manat 01 qəpik məbləğində borc pul və ödənilmiş 88 manat 79 qəpik dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə arasında bağlanmış 08 fevral 2022-ci il tarixli, RGTK 4779868A153 saylı kredit müqaviləsi üzrə 6.305 manat 84 qəpik məbləğində əsas kredit borcu, 573 manat 17 qəpik məbləğində faiz borcu olmaqla, cəmi 6.879 manat 01 qəpik məbləğində borc pul və 88 manat 79 qəpik dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-874/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-874/2023
28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver