Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-9/2024 07.03.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi Bələdiyyəsinin qərarı ilə Ağcabədi şəhəri Üzeyir Hacıbəyov kolxozu ərazisindən kənd təsərrüfatı təyinatlı 17 ha torpaq sahəsi 15 il müddətinə İddiaçı icarəsinə verilmişdir. Buna dair Ağcabədi Bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanmış, eyni zamanda onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarış verilmiş, daşınmaz əmlak dövlət reyestrində 75 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmışdır. 18 may 2022-ci il tarixdə Cavabdeh özünə məxsus iribuynuzlu mal-qarasını icarədə və istifadədə olan həmin torpaq sahəsinə otarmaq məqsədilə buraxmışdır. Nəticədə İddiaçı 3547,5 manat ziyan dəymişdir. Həmin ziyan barədə "xxxx" MMC-nin qiymətləndirmə və ekspert rəyləri alınmışdır. Ona görə də 3547,50 manat məbləğində maddi zərərin, 365 manat məbləğində qiymətləndirmə rəyi üçün ödənilmiş pulun, dövlət rüsumuna görə ödənilmiş 62 manat pulun, vəkilə ərizənin tərtib edilməsi üçün ödənilmiş 100 manat pulun cavabdehdən alınıb iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, mübahisəli torpaq sahəsi Ağcabədi Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli sərəncamına əsasən 15 il müddətinə onun icarəsinə verilmişdir. 2016-cı ildə icarə müddəti başa çatmışdır. Buna baxmayaraq icarə müqaviləsinin davam etdirilməsi və ya ləğv edilməsi barədə hər hansı bir rəsmi məlumat ona çatdırılmamışdır. Bu səbəbdən də həmin ərazidə mal-qarasını otarmışdır. Buna baxmayaraq faktiki olaraq onun istifadəsində və icarəsində olan mübahisəli torpaq sahəsi Ağcabədi Bələdiyyəsinin qərarı ilə 15 il müddətinə İddiaçı icarəsinə verilmişdir. Buna dair Ağcabədi Bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanmış, eyni zamanda onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021ci il qeydiyyat tarixli Çıxarış verilmişdir. Ağcabədi Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış icarə müqaviləsi qanunsuz və əsasız olmuşdur. Bu səbəbdən İddiaçı verilmiş torpaq hərrac və ya müsabiqənin nəticələrinə dair şəhadətnamənin, çıxarışın və icarə müqaviləsinin ləğv edilməsi, onun adına bağlanmış xx.xx.2000-ci il tarixli icarə müqavilənin bağlanmış müddətə uzadılmış hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Ona görə də iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Çıxarışın surətindən görünür ki, Ağcabədi regional “Asan xidmət” mərkəzinin 3M-428 nömrəli xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən Ağcabədi Bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı Ağcabədi şəhəri, Ü.Hacıbəyov kolxoz ərazisində yerləşən 17,0 ha torpaq sahəsi 15 il müddətinə İddiaçı icarəyə verilmişdir. İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021ci il qeydiyyat tarixli Çıxarış verilmiş, daşınmaz əmlak dövlət reyestrində 75 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı 15 il müddətinə icarəyə verilmiş, 17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Ağcabədi DAİM-nin Bitkiçilik Sektorunun əməkdaşının və başqalarının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı həmin sahədə təbii öt örtüyünün təqribən hündürlüyü 60-65 sm olduğu müşahidə olunmuş, həmin ərazinin təxminən 7,5-8,0 hektarının iri buynuzlu heyvanlar tərəfindən otarıldığı və heyvanların ayaqlayaraq istifadəsiz vəziyyətə saldığı müəyyən edilmişdir. Sahənin fotoşəkilləri telefon vasitəsilə çəkilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 24 may 2022-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, İddiaçı icarəsində olan kənd təsərrüfatının inkişafı təyinatlı 17 ha torpaq sahəsinin 7,5 ha hissəsinin təbii yaşıl yem ehtiyatının 2022-ci təsərrüfat ilinin yazında mal-qara otarılması səbəbindən istifadə edə bilmədiyinə görə dəymiş ziyanın naturada həcmi müəyyən edilərək qiymətləndirilmişdir. Adı gedən təbii ot örtüklü sahədə otun sıxlığı normaldır, bitkilərin hündürlüyü 60-65 sm təşkil edir. Ərazidə bir hektar orta sıxlıqlı, orta hündürlüyü 60-65 sm olan, təbii ot örtüklü biçin sahəsinin bir hektarından ot mövsümünün birinci biçin dövrü orta hesabla, bir bağın çəkisi 16-20 kq olmaqla 220 quru ot kipi əldə edilməsi ehtimal olunur. Bu halda tam otarılmış sahədən əldən çıxmış ot kütləsi bağ hesabı ilə (7,5 ha x 220 bağ) =1650 ədəd ot bağının əldən çıxması real hesab edilir. Torpaq sahəsinin yerləşdiyi ərazidə təbii ot örtüyü olan sahələrdən əldə olunmuş quru ot bağlarının bir ədədinin analoji bazarda rəy verilən dövrə formalaşmış orta bazar qiyməti ilə dəyəri 2,50 manat civarındadır. Nəzərə alınsa ki, bir ot bağının texnika ilə presləmə dəyəri 0,35 manat təşkil edir, bu halda bir bağdan əldə olunan xalis gəliri (2,50-0,35)=2,15 manat olduğunu qəbul etmək olar. Otarılan yonca sahəsi 7,5 hektardan birinci biçin dövründə 1650 ədəd quru ot bağı əldə olunması ehtimal olunduğundan dəymiş ziyanın məbləği (1650 bağ x 2,15 manat) = 3547,50 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 23 may 2022-ci il tarixli müqavilədən və 23 may 2022ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı qiymətləndirmə rəyinin dəyərini təşkil edən 365 manat məbləğində xidmət haqqını "xxxx" MMC-nin bank hesabına ödəmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X6 İnkişaf Mərkəzinin 29 dekabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 2022-ci ilin 1-ci ot biçimi dövründə 1 ədəd təbii ot kipinin (presinin) bazar qiyməti 2,50 manat olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2024-cü il tarixli 3-16-16/2-7/1706-9/9576 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X6 İnkişaf X1 mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı icarəsində olan Ağcabədi şəhəri Üzeyir Hacıbəyov kolxozu ərazisində yerləşən kənd təsərrüfatının inkişafı təyinatlı 17 ha torpaq sahəsinin 7,5 hissəsində 20 may 2022-ci il tarixdə Ü.Hacıbəyov adlanan ərazidə 7,5 hektar torpaq sahəsinə baxış keçirilmişdir: -17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təbii ot örtüyü təqribən 60-65 sm hündürlükdə olmaqla çalım üçün tam yararlı olub, lakin həmin ərazinin təqribən 7,5-8,0 hektarı iri buynuzlu heyvanlarla otarılmaqla və heyvanların ayaqlaması nəticəsində istifadəsiz hala salınması müəyyən olunmuşdur. 7,5 ha təbii ot sahəsindən orta hesabla 2022-ci il təsərrüfatı ilinin birinci dövrü üçün 1 hektardan 220-230 ədəd ot kipinin (presininquru ot bağı) əldə edilməsi mümkün olardı. X6 İnkişaf X1 baş məsləhətçisi tərəfindən tərtib edilmiş 29 dekabr 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən 2022-ci ilin 1-ci ot biçimi dövründə 1 ədəd təbii ot kipinin (presinin) bazar qiyməti 2,50 manat olduğu müəyyən edilmişdir. Beləliklə, dəymiş ziyan 1 hektar üçün 225 ədəd x 2,5 manat = 562,5 manat. Cəmi sahə üçün isə 562,5 manat x 7,5 hektar = 4218,75 manat müəyyən edilir. Kipin (presin) bağlanma xərcinin 0,30 manat olması nəzərə alınmadan 1 ədəd kipin (presin) qiyməti 2,20 manat, 1 hektar üçün qiyməti 495,00 manat, ümumilikdə 7,5 hektar üçün isə 3712,50 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2024-cü il tarixli 3-16-16/2-7/1706-9/9576 nömrəli ekspert xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Xocavənd Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdehlər Ağcabədi Bələdiyyəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X4 Torpaq Müsabiqə və hərrac komissiyasına və İddiaçı qarşı “torpaq müsabiqə və hərracın nəticələrinin etibarsız hesab edilməsi, cavabdehə verilmiş torpaq müsabiqə və hərracın nəticələrinə dair şəhadətnamənin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi və icarə müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının surətindən görünür ki, iddiaçı Cavabdeh Ağcabədi Bələdiyyəsinə (İddiaçı iş üzrə İİİ şəxs qismində cəlb edilməklə) qarşı Ağcabədi Bələdiyyəsində keçirilmiş 27 may 2021-ci il tarixli və 25 fevral 2021-ci il tarixli iclaslarda qəbul edilmiş qərarlar üzrə tərtib edilmiş protokolların qanunsuz sayılması, Ağcabədi Bələdiyyəsinin sədri Solmaz Rəhimova barədə xüsusi qərardad çıxarılması və prokurora xəbər verilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlardan müəyyən edilir ki, Ağcabədi regional “Asan xidmət” mərkəzinin 3M-428 nömrəli xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən Ağcabədi Bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı Ağcabədi şəhəri, Ü.Hacıbəyov kolxoz ərazisində yerləşən 17,0 ha torpaq sahəsi 15 il müddətinə İddiaçı icarəyə verilmiş, sonuncunun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarış verilmiş, daşınmaz əmlak dövlət reyestrində 75 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı 15 il müddətinə icarəyə verilmiş, 17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Ağcabədi DAİM-nin Bitkiçilik Sektorunun əməkdaşının və başqalarının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı həmin sahədə təbii öt örtüyünün təqribən hündürlüyü 60-65 sm olduğu müşahidə olunmuş, həmin ərazinin təxminən 7,5-8,0 hektarının cavabdehə məxsus iri buynuzlu heyvanlar tərəfindən otarıldığı və heyvanların ayaqlayaraq istifadəsiz vəziyyətə saldığı müəyyən edilmişdir. Sahənin fotoşəkilləri telefon vasitəsilə çəkilmişdir. İddiaçı icarəsində olan kənd təsərrüfatının inkişafı təyinatlı 17 ha torpaq sahəsinin 7,5 ha hissəsinin təbii yaşıl yem ehtiyatının 2022-ci təsərrüfat ilinin yazında mal-qara otarılması səbəbindən istifadə edə bilmədiyinə görə dəymiş ziyanın naturada həcmi müəyyən edilərək qiymətləndirilmişdir. Adı gedən təbii ot örtüklü sahədə otun sıxlığı normaldır, bitkilərin hündürlüyü 60-65 sm təşkil edir. Ərazidə bir hektar orta sıxlıqlı, orta hündürlüyü 60-65 sm olan, təbii ot örtüklü biçin sahəsinin bir hektarından ot mövsümünün birinci biçin dövrü orta hesabla, bir bağın çəkisi 16-20 kq olmaqla 220 quru ot kipi əldə edilməsi ehtimal olunur. Bu halda tam otarılmış sahədən əldən çıxmış ot kütləsi bağ hesabı ilə (7,5 ha x 220 bağ) =1650 ədəd ot bağının əldən çıxması real hesab edilir. Torpaq sahəsinin yerləşdiyi ərazidə təbii ot örtüyü olan sahələrdən əldə olunmuş quru ot bağlarının bir ədədinin analoji bazarda rəy verilən dövrə formalaşmış orta bazar qiyməti ilə dəyəri 2,50 manat civarındadır. Nəzərə alınsa ki, bir ot bağının texnika ilə presləmə dəyəri 0,35 manat təşkil edir, bu halda bir bağdan əldə olunan xalis gəliri (2,50-0,35)=2,15 manat olduğunu qəbul etmək olar. Otarılan yonca sahəsi 7,5 hektardan birinci biçin dövründə 1650 ədəd quru ot bağı əldə olunması ehtimal olunduğundan dəymiş ziyanın məbləği (1650 bağ x 2,15 manat) = 3547,50 manat təşkil edir. İddiaçı qiymətləndirmə rəyinin dəyərini təşkil edən 365 manat məbləğində xidmət haqqını "xxxx" MMC-nin bank hesabına ödəmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X6 İnkişaf Mərkəzinin 29 dekabr 2023-cü il tarixli mütəxəssis rəyi ilə 2022-ci ilin 1-ci ot biçimi dövründə 1 ədəd təbii ot kipinin (presinin) bazar qiyməti 2,50 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2024-cü il tarixli 3-16-16/2-7/1706-9/9576 nömrəli ekspert rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı icarəsində olan Ağcabədi şəhəri Üzeyir Hacıbəyov kolxozu ərazisində yerləşən kənd təsərrüfatının inkişafı təyinatlı 17 ha torpaq sahəsinin 7,5 hissəsində 20 may 2022-ci il tarixdə Ü.Hacıbəyov adlanan ərazidə 7,5 hektar torpaq sahəsinə baxış keçirilmiş, 17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təbii ot örtüyü təqribən 60-65 sm hündürlükdə olmaqla çalım üçün tam yararlı olub, lakin həmin ərazinin təqribən 7,5-8,0 hektarı iri buynuzlu heyvanlarla otarılmaqla və heyvanların ayaqlaması nəticəsində istifadəsiz hala salınması müəyyən olunmuşdur. 7,5 ha təbii ot sahəsindən orta hesabla 2022-ci il təsərrüfatı ilinin birinci dövrü üçün 1 hektardan 220-230 ədəd ot kipinin (presinin-quru ot bağı) əldə edilməsi mümkün olardı. X6 İnkişaf X1 baş məsləhətçisi tərəfindən tərtib edilmiş 29 dekabr 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən 2022-ci ilin 1-ci ot biçimi dövründə 1 ədəd təbii ot kipinin (presinin) bazar qiyməti 2,50 manat olduğu müəyyən edilmişdir. Beləliklə, dəymiş ziyan 1 hektar üçün 225 ədəd x 2,5 manat = 562,5 manat. Cəmi sahə üçün isə 562,5 manat x 7,5 hektar = 4218,75 manat müəyyən edilir. Kipin (presin) bağlanma xərcinin 0,30 manat olması nəzərə alınmadan 1 ədəd kipin (presin) qiyməti 2,20 manat, 1 hektar üçün qiyməti 495,00 manat, ümumilikdə 7,5 hektar üçün isə 3712,50 manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2024-cü il tarixli 3-16-16/2-7/1706- 9/9576 nömrəli ekspert xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı hüquqi əsas kimi aşağıdakı maddi hüquq normalarını əsas göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu qanun normalarının mənasından görünür ki, delikt məsuliyyətinin yaranması üçün şəxsin əməlində deliktin (mülki hüquq pozuntusunun) aşağıdakı elementlərdən ibarət tərkibi yaranmalıdır: 1). Zərər vurulmalıdır. 2). Zərər şəxsin hüquqa zidd hərəkətləri nəticəsində vurulmalıdır. 3).Göstərilən zərərlə şəxsin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. 4). Şəxsin zərərin vurulmasında təqsiri olmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsində göstərilir ki, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktiki sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəlləsinin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 62 manat dövlət rüsumu ödənilmişdir. Qanunun normasından və məzmunundan göründüyü kimi qanunvericilik nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərcləri ağlabatan məbləğdə müəyyən edilərək xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini xeyrinə qətnamə çıxarılan təqdim etdiyi hesab və konkret hallar, yəni göstərilən yardımın həcmi, nümayəndələrin sayı, baxılan işin mürəkkəbliyi və s. hallarla şərtlənmişdir. Məhkəmə yuxarıda qeyd edilən qanun normaları və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən tələb edilən maddi zərərin qaytarılması istiqamətində məhkəmə və digər səlahiyyətli orqanlara müraciət olunduğu halda nümayəndələrin, dövlət rüsumlarının ödənilməsi ilə bağlı və digər zəruri xərclər şəklində dəymiş zərərə görə 100 manat məbləğində cərimə təmin edilə bilməz. Belə ki, hüquqi yardıma görə tərəflər arasında müqavilə bağlanmasını təsdiq edən, məhz bu işlə bağlı digər zəruri xərcləri özündə əks etdirən hər hansı bir sənəd işə əlavə edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının 100 manat hesablanmış nümayəndə xərcinin cavabdehdən tutulmasına dair tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Maddi qanunvericilik aktlarının bu normalarına istinad edən məhkəmə hesab edir ki, Cavabdeh zərər vurulmasına gətirib çıxaran mülki hüquq pozuntusu törətdiyi üçün ona qarşı zərər tələbinə dair qaldırılan iddia maddi və prosessual normalara uyğun olaraq verilmişdir və məhkəmə tərəfindən baxılaraq mahiyyəti üzrə həll edilməlidir. Beləliklə, məhkəmə iş üzrə əldə edilmiş sübutlara yuxarıda qeyd olunan maddi hüquq normalarını tətbiq edərək yekun olaraq qənaətə gəlir ki, iddiaçının iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh maddi ziyana görə 3547,50 manat məbləğində pul, qiymətləndirmə rəyinin dəyərini təşkil edən 365 manat məbləğində xidmət haqqı və dövlət rüsumuna görə ödənilmiş 62 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində ekspertiza xərci cavabdehdən alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 nömrəli hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərə görə 3547,50 manat məbləğində pul, qiymətləndirmə rəyinin dəyərini təşkil edən 365 manat məbləğində xidmət haqqı və ödənilmiş 62 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 nömrəli hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-9/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-9/2024
07.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver