Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-9/2025 20.08.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1, Cavabdehiştrakı ilə, İddiaçı Ağcabədi Rayon Bələdiyyəsinin Cavabdeh qarşı Ağcabədi şəhəri, E.İsmayılov küçəsindəki küçə yolunun gediş-gəliş avtomobil yolunda cavabdeh tərəfindən yaradılmış maneələrin aradan götürülməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Ağcabədi rayon Bələdiyyəsi Cavabdeh qarşı Ağcabədi bələdiyyəsinin mülkiyyətinə aid olan Ağcabədi Şəhəri E.İsmayılov küçəsindəki küçə yolunun gediş-gəliş avtomobil yolunda cavabdeh tərəfindən yaradılmış maneələrin aradan götürülməsi və həmin maneələrin götürülməsi Cavabdeh vəsaiti hesabına həyata keçirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh mülki işin baxılmamış saxlanmasına etiraz etməyərək, işin mahiyyəti üzrə həll olunmasını tələb etmədilər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia ərizəsinin baxılmamış saxlanmasını və sənədlərin geri qaytarılmasını tələb etdiyi üçün ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Ağcabədi Rayon Bələdiyyəsinin Cavabdeh qarşı Ağcabədi şəhəri, E.İsmayılov küçəsindəki küçə yolunun gediş-gəliş avtomobil yolunda cavabdeh tərəfindən yaradılmış maneələrin aradan götürülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçı Ağcabədi Rayon Bələdiyyəsinə qaytarılsın. Qərardaddan 10 gün müddətinə Ağcabədi rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-9/2025
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-9/2025
20.08.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver