Məhkəmə qərarları › İş №2(017)-922/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-922/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-922/2023 13.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlu, İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 44,7 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı Aran regional filialının Ağcabədi şöbəsi ilə Cavabdeh arasında bağlanmış 04 mart 2020-ci il tarixli telekommunikasiya xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən cavabdehin abunəçisi olduğu ********* nömrəli telefonun üzərində abunə haqqına görə 5,7 manat, internet haqqına görə 39 manat, ümumilikdə 44,7 manat rabitə borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilsə də, cavabdeh borcun ödənilməsindən yayınmışdır. Ona görə də, Cavabdeh 44,7 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 04 mart 2020-ci il tarixli telekommunikasiya xidmətlərinin göstərilməsinə dair müqavilədən görünür ki, bu müqavilə abunəçiyə müqavilədə göstərilən qaydada seçdiyi telekommunikasiya xidmətlərinin göstərilməsi və abunəçi tərəfindən bu xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi ilə əlaqədar (telekommunikasiya operatoru) İddiaçı ilə (abunəçi) Cavabdeh arasında bağlanmışdır. İşdə olan 29 noyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın adında olmuş ********* nömrəli telefonun abunə haqqına görə 5,7 manat, internet haqqına görə 39 manat, ümumilikdə 44,7 manat rabitə borcu borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı Aran regional filialının Ağcabədi şöbəsi ilə Cavabdeh arasında bağlanmış 04 mart 2020-ci il tarixli telekommunikasiya xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən cavabdehin abunəçisi olduğu ********* nömrəli telefonun üzərində abunə haqqına görə 5,7 manat, internet haqqına görə 39 manat, ümumilikdə 44,7 manat rabitə borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilsə də, cavabdeh borcun ödənilməsindən yayınmışdır. Ona görə də, Cavabdeh 44,7 manat əsas borcu tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 44,7 manat əsas borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh internet haqqına görə abunə haqqına görə 5,7 manat, internet haqqına görə 39 manat, ümumilikdə 44,7 manat borc alınıb İddiaçı xeyrinə ödənilməlidir. İşdə olan 27 fevral 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 44,7 manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, cəmi 74 (yetmiş dörd) manat, 70 (yetmiş) qəpik pul alınıb İddiaçınə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar