Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-924/2023 13.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05 sentyabr 2022-ci il tarixli, YSL000179 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 385 manat əsas borcun, 57,75 manat cərimə, cəmi 442,75 manat borcun və 30.40 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, fiziki şəxs «X1» ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2022-ci il tarixli, YSL000179 saylı müddətli nisyə alqısatqı müqaviləsinə əsasən cavabdeh aldığı nisyə mala görə 385 manat pulu ödəniş cədvəlinə əsasən 6 ay müddətinə, hər ay 64,17 manat olmaqla, iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə ümumiyyətlə ödəniş etməmiş və qalıq qalmış 385 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədmişdir. İddiaçı MMC ilə «X1» arasında bağlanmış Faktorinq müqaviləsi və həmin faktoriq müqaviləsinə əlavə olunan Sazişə əsasən «X1»ın Cavabdeh qarşı olan 385 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC xx.xx.2020-ci il tarixdə təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Ona görə də Cavabdeh 05 sentyabr 2022-ci il tarixli, YSL000179 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 385 manat əsas borcun, 57,75 manat cərimə, cəmi 442,75 manat borcun və 30.40 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 05 sentyabr 2022-ci il tarixli, YSL000179 saylı nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, satılmış mala görə 6 ay müddətinə hər ay 64,17 manat olmaqla, 385 manat alınması ilə əlaqədar fiziki şəxs «X1» ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. İşdə olan 27 may 2022-ci il tarixli faktorinq müqaviləsinin surətindən görünür ki, bu müqavilə İddiaçı QSC ilə «X1» arasında bağlanmış və həmin faktoriq müqaviləsinə əlavə olunan sazişə əsasən «X1»ın Cavabdeh qarşı olan 442,75 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İşdə olan 20 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın ümumilikdə 385 manat əsas borc, 57,75 manat cərimə, cəmi 442,75 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, fiziki şəxs «X1» ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2022-ci il tarixli, YSL000179 saylı müddətli nisyə alqısatqı müqaviləsinə əsasən cavabdeh aldığı nisyə mala görə 385 manat pulu ödəniş cədvəlinə əsasən 6 ay müddətinə, hər ay 64,17 manat olmaqla, «X1»a ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə ümumiyyətlə ödəniş etməmiş və qalıq qalmış 385 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədmişdir. İddiaçı MMC ilə «X1» arasında bağlanmış Faktorinq müqaviləsi və həmin faktoriq müqaviləsinə əlavə olunan Sazişə əsasən «X1»ın Cavabdeh qarşı olan 385 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC xx.xx.2020-ci il tarixdə təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Ona görə də Cavabdeh 05 sentyabr 2022-ci il tarixli, YSL000179 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 385 manat əsas borcun, 57,75 manat cərimə, cəmi 442,75 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı QSC Cavabdeh 05 sentyabr 2022-ci il tarixli, YSL000179 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 385 manat əsas borcun, 57,75 manat cərimə, cəmi 442,75 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 05 sentyabr 2022-ci il tarixli, YSL000179 saylı müddətli nisyə alqısatqı müqaviləsi üzrə 385 manat əsas borcun, 57,75 manat cərimə, cəmi 442,75 manat borc pul alınaraq İddiaçı QSC-yə ödənilməlidir. İşdə olan 27 fevral 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən 30.40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 05 sentyabr 2022-ci il tarixli, YSL000179 saylı müddətli nisyə alqısatqı müqaviləsi üzrə 385 manat əsas borcun, 57,75 manat cərimə və ödənilmiş 30.40 manat dövlət rüsumu, cəmi 473 (dörd yüz yetmiş üç) manat 15 (on beş) qəpik borc alınaraq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-924/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-924/2023
13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver