Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-925/2023 05.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 katibliyi, İddiaçı və cavabeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, Cavabdeh ilə faktiki olaraq evlənib ailə qurmuş, nikahlarını isə 17 sentyabr 2015-ciil tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 07 iyul 2001-ci il tarixdə Aysul, 08 mart 2003-cü il tarixdə Turanə, 07 may 2007-ci il tarixdə Tunar və 17 iyul 2015-ci il tarixdə isə Sübhan adlı dörd uşaqları olmuşdur. Uşaqlardan ikisi Aysul və Turanə yetkinlik yaşına çatmışlar. Cavabdehlə xasiyyətləri bir-birinə uyğun gəlmədiyi üçün ayrılaraq ayrı yaşayırlar. Ağcabədi rayon Məhkəməsinin 13 aqust 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə birgə nikahlarından 07 may 2007-ci il tarixdə anadan olmuş X1 və 17 iyul 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa Cavabdeh 150 manat olmaqla,cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh vaxtlı-vaxtında alimenti ödəyir. Lakin tutulan alimentin miqdarı uşaqların saxlanmasına kifayət etmir. Cavabdeh fərdi əmək fəaliyyəti ilə məşğul olur. Lakin cavabdeh alimentdən başqa uşağına heç bir köməklik etmir. Ona görə Cavabdeh tutulan alimentin miqdarının sabit pul məbləğində artırılaraq hər ay hər uşağa 300 manat, cəmi 600 manat məbləğində müəyyən olunmasına dair qətnamə çıxarımasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək uşaqlarından ikisi Aysul və Turanənin institutda oxuduqlarını, aylıq xərclərinin 900 manatdan çox olmasını, oğlu Sübhanın xəstəlikdən əziyyət çəkdiyini, mütamadi olaraq müalicə aldığını, hər iki uşağın hazırlığa getmələrini və dörd uşağın tələbatını ödəməkdə çətinlik çəkdiyini, cavabehin isə alimentdən başqa heç bir maddi köməklik etmədiyini, həmçinin cavabdehin bir neçə obyektinin olduğunu, kifayət qədər qazancı olduğunu bildirib, iddianın tam təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X7 iddia tələbini qismən qəbul etdi və izahat verərək göstərdi ki, o, Şəlalə ilə faktiki olaraq evlənib ailə qurmuş, nikahlarını isə 2015-ci ilin sentyabr ayında rəsmiləşdirmişlər. Onların birgə nikahlarından dörd uşaqları olmuşdur. Şəlalə ilə xasiyyətləri bir-birinə uyğun gəlmədiyi üçün ayrılaraq ayrı yaşayırlar. Uşaqlardan ikisi yetkinlik yaşına çatmışlar. O, iki uşaq üçün məhkəmə qətnaməsinə əsasən hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat aliment ödəyir. Hazırda o, başqa qadınla ailə qurmuşdur. Lakin həmin qadından uşağı yoxdur. Maddi imkanı aşağı olduğu üçün bundan artıq aliment ödəməyə imkanı yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 07 iyul 2001-ci il tarixdə, X3 08 mart 2003-cü il tarixdə, X5 07 may 2007-ci il tarixdə və X6 17 iyul 2015-ci il tarixdə anadan olmuşlar. İş materiallarında olan Ağcabədi rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(017)-1317/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, tərəflərin faktiki nikahlarından 07 may 2007-ciil tarixdə anadan olmuş X1 və 17 iyul 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmalarından ötrü Cavabdeh qazancından hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, uşağın saxlanması üçün alimentin sabit pul məbləğində tutulması mümkündür. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmədə araşdırması zamanı müəyyən olundu ki, Ağcabədi rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(017)-1317/2021 saylı qətnaməsinə əsasən Cavabdeh tərəfindən iki uşağın saxlanması üçün hər ay İddiaçı cəmi 300 manat sabit pul məbləğində aliment ödənilir. İddaçı İddiaçı uşağı saxlamağa kifayət qədər maddi imkanı yoxdur. İki uşağın saxlanılması üçün əvvəl müəyyən olunmuş cəmi 300 manat aliment hazırda azlıq edir. «Yaşayış minimumu haqqında» Qanuna əsasən 2023-cü ildə uşaqların yaşayış minimumu 220 manat məbləğdə müəyyən olunmuşdur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, uşağın mənafeyini və cavabdehin maddi vəziyyətini nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə alimentin miqdarının artırılması ilə bağlı İddiaçı Hydar qızının iddia tələbi qismən təmin edilməli, 07 may 2007-ciil tarixdə anadan olmuş X1 və 17 iyul 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmalarından ötrü Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində müəyyən edilməsi qanunamüvafiqdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.20-ci bəndinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobil AES-də qəza əticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azaddırlar. İş materiallarından görünür ki, tərəflər Şuşa rayonundan məcburi köçkündülər. Ona görə də onların dövlət rüsumu ödəməkdən azad olunmaları nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin olunsun. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilsin və yetkinlik yaşına çatmayan 07 may 2007-ciil tarixdə anadan olmuş X1 və 17 iyul 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmalarından ötrü Ağcabədi rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(017)-1317/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. 07 may 2007-ciil tarixdə anadan olmuş X1 və 17 iyul 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmalarından ötrü Cavabdeh qazancından hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Tərəflər Şuşa rayonundan məcburi köçkün olduqları üçün onların dövlət rüsumu ödəməkdən azad olunmaları nəzərə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-925/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-925/2023
05.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver