Məhkəmə qərarları › İş №2(017)-940/2024

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-940/2024

20.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-940/2024 20.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı2 iştrakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, Paşayeva (Əliyeva) Aytən Rasim qızının, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan torpaq sahəsindən məcburi çıxarılma, torpaq sahəsindən istifadəyə yönəlmiş bütün maneələrin aradan qaldırılması və müdaxilənin cavabdehlərə qadağan edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 200 manat xidmət haqqının tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, Paşayeva (Əliyeva) Aytən Rasim qızı, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan torpaq sahəsindən məcburi çıxarılma, torpaq sahəsindən istifadəyə yönəlmiş bütün maneələrin aradan qaldırılması və müdaxilənin cavabdehlərə qadağan edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 200 manat xidmət haqqının tələbinə dair iddia ərizəsi ilə Ağcabədi rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı1 poçt vasitəsilə məhkəməyə teleqram göndərərək, cavabdehlərlə məhkəmədən kəna öz aralarında razılığa gəliklərini, iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 digər iddiaçı əri İddiaçı1 teleqramda göstərdiklərinə uyğun izahat verərək, iddianın baxılmamış saxlanmasını, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin və həmçinin Ağcabədi rayon Məhkəməsinin hüsabına köçürdüyü 100 manat dövlət rüsumunun özünə geri qaytarılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı2 və digər İddiaçı1 iddia ərizəsinin baxılmamış saxlanmasını və sənədlərin geri qaytarılmasını tələb etdiyi üçün ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul edilməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı2 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı2 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı1, İddiaçı2, Paşayeva (Əliyeva) Aytən Rasim qızının, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan torpaq sahəsindən məcburi çıxarılma, torpaq sahəsindən istifadəyə yönəlmiş bütün maneələrin aradan qaldırılması və müdaxilənin cavabdehlərə qadağan edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 200 manat xidmət haqqının tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə İddiaçı2 qaytarılsın. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı2 qaytarılsın. Qərardaddan 10 gün müddətinə Ağcabədi rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar