Məhkəmə qərarları › İş №2(017)-941/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-941/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-941/2023 11.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə bağlanmış ərizənin (müqavilənin) ləğv edilməsini, cavabdehdən həmin ərizə (müqavilə) üzrə 4624,09 manat məbləğində əsas kredit borcu, 476,89 manat məbləğində faiz borcu, 147,21 manat məbləğində cərimə borcu, ümumilikdə cəmi 5248,19 manat məbləğində borcun, həmçinin ödənilmiş 72,48 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qapalı səhmdar cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış ərizəyə (müqaviləyə) əsasən, bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən cavabdehə aylıq faiz dərəcəsi 1,8333 olmaqla 24 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 nömrəli əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Bank üzərinə götürdüyü öhdəliyi tam icra etmişdir. İddiaçı QSC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulmuş, kreditin əsas məbləği və ona hesablanmış faizlərin ödənilməsi kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirilmişdir. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq öhdəliyi icra etməmiş və onun xx.xx.2023-cü il tarixə bağlanmış kredit müqaviləsi üzrə 375,91 manat ödəniş etmiş, 4624,09 manat məbləğində əsas kredit borcu, 476,89 manat məbləğində faiz borcu, 147,21 manat məbləğində cərimə borcu, ümumilikdə cəmi 5248,19 manat məbləğində borcu ödənilməmiş qalmaqdadır. Ona görə də xx.xx.2022-ci il tarixdə bağlanmış ərizənin (müqavilənin) ləğv edilməsini, cavabdehdən həmin ərizə (müqavilə) üzrə 4624,09 manat məbləğində əsas kredit borcu, 476,89 manat məbləğində faiz borcu, 147,21 manat məbləğində cərimə borcu, ümumilikdə cəmi 5248,19 manat məbləğində borcun, həmçinin ödənilmiş 72,48 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək iştirakı olmadan işə baxıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli ərizədən (müqavilədən) görünür ki, bankla Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizəyə (müqaviləyə) əsasən Cavabdeh illik faiz dərəcəsi 22 faiz olmaqla, 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə Banka olan əsas borc qalığı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4624,09 manat məbləğində əsas kredit borcu, 476,89 manat məbləğində faiz borcu, 147,21 manat məbləğində cərimə borcu, ümumilikdə cəmi 5248,19 manat məbləğində borc təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının 4624,09 manat məbləğində əsas kredit borcu üzrə 147,21 manat məbləğində cərimə borcunun hesablaması ədalətli deyil. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467). Bu səbəbdən məhkəmə 147,21 manat məbləğində cərimənin 10 manat məbləğində müəyyən edilməsini tərəflərin əmlak mənafeyi baxımından ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Həmin məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcələsinin 462.1-ci maddəsinə əsasən dəbbə (cərimə, penya) pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə təsdiq olundu ki, Cavabdeh ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmışdır. Bank üzərinə düşən öhdəliyi tam yerinə yetirmiş, Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə illik 22 faizlə 24 ay müddətinə bankdan 5000 manat məbləğində kredit verilmişdir. İddiaçı QSC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulmuş, kreditin əsas məbləği və ona hesablanmış faizlərin ödənilməsi kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli ərizə (müqavilə) ləğv edilməli, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4624,09 manat məbləğində kredit borcu, 476,89 manat məbləğində faiz borcu, 10 manat məbləğində cərimə borcu, ümumilikdə cəmi 5110,98 manat məbləğində borc və 72,48 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizə (müqavilə) ləğv edilsin. Həmin kredit müqaviləsi üzrə 4624,09 manat məbləğində əsas kredit borcu, 476,89 manat məbləğində faiz borcu, 10 manat məbləğində cərimə borcu, ümumilikdə cəmi 5110,98 manat məbləğində borc və 72,48 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar