Məhkəmə qərarları › İş №2(017)-942/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-942/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-942/2023 17.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Bayramov Hüseyn Vaqif oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Müseyib oğluna qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında 30 oktyabr 2019-cu il tarixli, 025A********** saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 aylıq 0,0833 %-lə 60 ay müddətinə 3293,79 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu hər ay bərabər məbləğdə ödəməli olduğu halda, kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış, bununlada müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Müseyib oğlu arasında 30 oktyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zaminlər kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. 09 fevral 2023-cü il tarixə cavabdehlərin banka 2350,23 manat əsas borc, 21,46 manat faiz borcu, 912,54 manat cərimə, cəmi 3284,23 manat məbləğində borcu vardır. Ona görə də cavabdeh X1 ilə bank arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli, 025A********** saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Müseyib oğlundan müştərək qaydada 2350,23 manat əsas borc, 21,46 manat faiz borcu, 912,54 manat cərimə, cəmi 3284,23 manat məbləğində borcun və ödənilmiş 52,84 manat dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Müseyib oğlu məhkəməyə gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 30 oktyabr 2019-cu il tarixli, 025A********** saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 60 ay müddətinə aylıq 0,0833 faizlə 3293,79 manat məbləğində kredit verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 30 oktyabr 2019-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən götürdüyü 3293,79 manat kreditlə əlaqədar olaraq kredit alan iddiaçı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Cavabdeh2 və Cavabdeh3 Müseyib oğlu zamin kimi kredit alanla birlikdə iddiaçı qarşısında məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. İşdə olan və məhkəmə iclasında elan edilmiş 09 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 2350,23 manat əsas borc, 21,46 manat faiz borcu, 912,54 manat cərimə, cəmi 3284,23 təşkil edir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə 30 oktyabr 2019-cu il tarixli, 025A********** saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 aylıq 0,0833 %-lə 60 ay müddətinə 3293,79 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu hər ay bərabər məbləğdə ödəməli olduğu halda, kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış, bununlada müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Müseyib oğlu arasında 30 oktyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zaminlər kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. 09 fevral 2023-cü il tarixə cavabdehlərin banka 2350,23 manat əsas borc, 21,46 manat faiz borcu, 912,54 manat cərimə, cəmi 3284,23 manat məbləğində borcu yaranmışdır. Qeyd olunanlardan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Müseyib oğlundan müştərək qaydada 2350,23 manat əsas borc, 21,46 manat faiz borcu, 912,54 manat cərimə, cəmi 3284,23 manat tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Müseyib oğlundan tələb olunan 912,54 manat cərimənin tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, cərimə (dəbbə pulu) 90 manadək azaldılmalıdır. İş materiallarına əlavə edilmiş 22 fevral 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 52,84 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən ödənilmiş 52,84 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək 30 oktyabr 2019-cu il tarixli, 025A********** saylı kredit müqaviləsi və 30 oktyabr 2019-cu il tarixli zaminlik müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Müseyib oğlundan 2350,23 manat əsas borc, 21,46 manat faiz borcu, 90 manat cərimə və ödənilmiş 52,84 manat dövlət rüsumu, cəmi 2514,53 manat pul müştərək qaydada alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli və iddianın qalan hissəsi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasdən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Müseyib oğlundan 2350,23 manat əsas borc, 21,46 manat faiz borcu, 90 manat cərimə və ödənilmiş 52,84 manat dövlət rüsumu, cəmi 2514 (iki min beş yüz on dörd) manat 53 (əlli üç) qəpik pul müştərək qaydada alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar