Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-952/2024 10.12.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı1 nümayəndəsi və İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cinayət əməli nəticəsində avtomobilə və sağlamlığa vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cinayət əməli nəticəsində avtomobilə və sağlamlığa vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtoqəza nəticəsində “VAZ 21214” minik markalı ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu 3220 manat məbləğində maddi zərərin əvəzinin alınaraq İddiaçı2, sağlamlığa vurduğu zərərin əvəzi olaraq 22051,49 manat məbləğində zərərin əvəzinin alınaraq İddiaçı1 verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh 02 iyun 2023-cü il tarixdə, saat 14:30 radələrində sürücülük hüququ ilə idarə etdiyi özünə məxsus “Mercedes Benz E-350” minik markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilini Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisində Ağdam rayon, Quzanlı qəsəbəsi istiqamətinə doğru 60 km/saat sürətlə asfalt yolda hərəkət etdirən zaman “Yol hərəkəti haqqında” 03 iyul 1998-ci il tarixli, 517-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub, əks istiqamətli hərəkət zolaqlarını ayıran üfüqi nişanlanma xəttini kəsib keçərək onun etibarnamə ilə idarə etdiyi və oğlu İddiaçı2 mülkiyyətində olan “VAZ-21214” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı, avtomobilin ehtiyatsızlıqdan qarşısına çıxaraq qabaq tərəfi ilə qarşı hərəkət zolağında toqquşmuşdur. Nəticədə İddiaçı1 döş sümüyünün cismində yerdəyişməyən sınıq, sol 2-4-5-6 qabırğaların yerdəyişən, 4-cü qabırğanın qəlpəli yerdəyişən sınıqları, sağ 2-3-4-cü qabırğaların yerdəyişən sınıqları, hər iki plevral boşluqda hemotororaks, hər iki ağciyərin alt paylarında travmaya bağlı kontuzaya sahələri, subseqmentar atelektazlar, hər iki tərəfli hemotoraks xəsarətləri ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid müxtəlif bədən nahiyələrinə xəsarətlə müşayiət olunan xəsarətlər almağına səbəb olmuşdur. Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsinə görə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hadisə nəticəsində İddiaçı2 məxsus avtomobil tamamilə yararsız hala düşmüş və istifadə edilməsi mümkünsüz vəziyyətə gəlmiş, nəticədə avtomobilə 3220 (üç min iki yüz iyirmi) manat ziyan dəymişdir. Belə ki, baş vermiş yol-nəqliyyat hadisəsindən sonra avtomobilə “Ağcabədi rayon Avtoserviz və Ticarət müəssisəsi” tərəfindən texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, avtomobil hadisə nəticəsində güclü deformasiyaya uğramış, hətta təmirdən sonra zavod standartlarına cavab verməyəcək və tamamilə istismara yararsız vəziyyətdədir. Avtomobilin hal-hazırda bazar pərakəndə satış qiymətinin 3220 manat olması müəyyən edilmişdir. Bundan başqa yuxarıda qeyd edilən xəsarətlərlə əlaqədar İddiaçı1 sağlamlığına da 22051,49 manat mühüm zərər dəymişdir. Belə ki, avtoqəza hadisəsindən sonra İddiaçı1 aldığı ağır xəsarətlə əlaqədar əvvəlcə 2 gün Ağcabədi rayon MX-da saxlanmış, daha sonra Bərdə rayonunda müayinə olunmaq üçün göndərilmişəm və 7 qabırğasının sınması, sinə sümüyünü çatlaması müəyyən edildikdən sona təcili əməliyyat üçün Bakı şəhərinə əməliyyata yazılmışdır. Bərdədə müayinə olunmağa görə özəl klinika olan “Qarabağ” klinikasına müayinəyə görə 240 manat pul xərcləndi, həmin dövrdə də sistem və dərmanlara, korset və s tibbi dərman, ləvazimatlar və digər xərclərə görə 1000 manatdan artıq pul xərcləndi. Müayinədən sonra isə Bakı şəhərində olan özəl klinika “LEYLA” Medical Centerə müraciət etmiş və həmin klinikanın təcili yardım avtomobili ilə Bakı şəhərinə gedərək xx.xx.2023-cü il tarixdə əməliyyat olunmuşdur. Həmin əməliyyat bütün xərclər daxil olmaqla ümumilikdə “LEYLA” Medical Centerə təcili yardım avtomobili ilə aparılmağı, əməliyyat olunmağı və xəstəxanada qalma günlərinə görə 4111,49 (dörd min yüz on bir manat qırx qəpik) manat pul vəsaiti xərclənmişdir. Əməliyyatdan sonrakı dövrdə də hər dəfə evdə müayinə olunmağı üçün həkim gəlmiş, 3 ay ərzində daima həkimlərin nəzarətində olmaqla dərmanlarla müalicə olunmuşdur. Bütün bunlara görə də mən təxminən 10000 manat pul xərclənmişdir. Qəzadan sonra müalicə xərcləri üçün qardaşı Musayev Qabildən 18000 borc almış, həmin pul 3 ay ərzində tam olaraq onun müalicəsinə xərclənmişdir. Bundan başqa qeyd edir ki, onun hadisədən əvvəl də ürəyində problem var idi, hadisədən sonra aldığı ağır xəsarətdən sonra ürəyi ciddi şəkildə zədələnmiş və bu səbəbdən də 27 oktyabr 2023-cü ildə Bakı şəhərində yerləşəm “Mərkəzi Klinika”da ürəyinə 2 ədəd stend qoyulmuşdur. Həmin klinikaya bu məqsədlə 600 manat MK-ya pul ödəmiş, həmçinin Bakı şəhərinə stend qoyulması üçün getməyə, sonradan bir neçə dəfə müayinəyə getməyə, həmçinin dərman vasitələrinin alınmasına ümumilikdə 5000 (beş min) manat pul xərcləmişdir. Onu həkimə həmişə ailə üzvləri aparıblar, orada günlərlə qaldıqlarına görə məcbur olub aylıq ödəniş ödəyib kirayə evlərdə qalmışlar. Bu məqsədlə də 2 aylıq kirayə üçün 600 manat pul ödənmişdir. Hazırda da hər ay Bakı şəhərinə Mərkəzi Klinikaya müayinə üçün gedir və bu məqsədlə də hər ay yol xərci və dərmanlara 500 manat pul xərcləyir. Onun müalicəsi bütün ömrü boyu davam edəcək və daima ürək dərmanlarını qəbul etməlidir. Bu günkü günə kimi onun sağlamlığına ümumilikdə 22051,49 manat (iyirmi iki min 51 manat, 49 qəpik) manat maddi zərər dəymişdir. Lakin Cavabdeh törətmiş olduğu hadisə ilə bağlı ona məxsus avtomobili tam yararsız hala düşməsinin və sağlamlığının itirilməsinin səbəbkarı olsa da hazıra kimi nə avtomobilə nə də sağlamlığa vurduğu maddi ziyanın əvəzini ödəməmişdir. Bunun üçün heç bir addım atmamışdır. Avtomobil hazırda da yarasız vəziyyətdə Ağcabədi rayon PŞnin dayanağında qalmaqdadır. Cavabdehdən vurduğu maddi zərərin əvəzini ödəməsini tələb etmişlər, lakin cavabdeh hazıra kimi bir manat da olsa həmin zərərdən heç nə ödəməmişdir. Göründüyü kimi Cavabdeh onlara vurduğu maddi zərərin əvəzini könüllü olaraq ödəmək fikri yoxdur. Ona görə də Cavabdeh avtoqəza nəticəsində “VAZ-21214” minik markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu 3220 (üç min iki yüz iyirmi) manat maddi zərərin əvəzinin alınaraq İddiaçı2, sağlamlığa vurduğu ziyanın əvəzi olaraq 22051,49 manat (iyirmi iki min əlli bir manat, 49 qəpik) pulun alınaraq İddiaçı1 Ərşaq oğluna verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və İddiaçı2 iddia tələbini müdafiə edib iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, avtomobilə vurulmuş zərərə görə "xxxx" ASC-dən 2800 manat ona, sağlamlığa vurulmuş zərərə görə 1500 manat isə İddiaçı1 sığorta ödənişi verilmişdir. Həmin pullar onlar tərəfindən alınmışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş hökmün surətindən görünür ki, Rəhimov X2 Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, Cavabdeh 02 iyun 2023-cü il tarixdə saat 14:30-da sürücülük hüququ ilə idarə etdiyi özünə məxsus “Mercedes Benz E-350” minik markalı, **- KT-*** dövlət qeydiyyat nişanlı avtomobilini Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisində Ağdam rayonu Quzanlı qəsəbəsi istiqamətinə doğru 60 km/saat sürətlə asfalt yolda hərəkət etdirən zaman «Yol hərəkəti haqqında» 03 iyul 1998-ci il tarixli, 517-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub, əks istiqamətli hərəkət zolaqlarını ayıran üfüqi nişanlanma xəttini kəsib keçərək onunla əks istiqamətdə hərəkətdə olan İddiaçı1 etibarnamə ilə idarə etdiyi “VAZ- 21214” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyatsızlıqdan qarşısına çıxaraq qabaq tərəfi ilə qarşı hərəkət zolağında toqquşmuş, nəticədə sürücü İddiaçı1 döş sümüyünün cismində yerdəyişməyən sınıq, sol 2-4-5-6 qabırğaların yerdəyişən, 4-cü qabırğanın qəlpəli yerdəyişən sınıqları, sağ 2-3-4-cü qabırğaların yerdəyişən sınıqları, hər iki plevral boşluqda hemotororaks, hər iki ağciyərin alt paylarında travmaya bağlı kontuzaya sahələri, subseqmentar atelektazlar, hər iki tərəfli hemotoraks xəsarətləri ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yol-hərəkəti qaydalarını pozmuşdur. İş materiallarına əlavə edilmiş AE 082700 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21214” minik markalı ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı2dur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı1 həmin tarixlərdə müalicə və müayinə üçün ümumilikdə 5163,49 manat ödənişlər etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC İddiaçı1 1500 manat sığorta ödənişi etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC İddiaçı2 2800 manat sığorta ödənişi etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 sentyabr 2024-cü il tarixli, 9/5934 nömrəli ekspert rəyindən görünür ki, 2013-cü il buraxılışlı, “VAZ 21214” minik markalı ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3330 manat müəyyən edilir. O cümlədən: dəyşilməli olan hissələrin qiyməti 1580 manat; təmir-bərpa xərclərinin qiyməti 1750 manat. İş materiallarında göstərilən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş 2013-cü il buraxılışlı, “VAZ 21214” minik markalı ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə tam yararlı (normal) vəziyyətdə 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 9000 manat müəyyən olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 sentyabr 2024-cü il tarixli, 9/5934 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bu qanun normalarının mənasından görünür ki, delikt məsuliyyətinin yaranması üçün şəxsin əməlində deliktin (mülki hüquq pozuntusunun) aşağıdakı elementlərdən ibarət tərkibi yaranmalıdır: 1). Zərər vurulmalıdır. 2). Zərər şəxsin hüquqa zidd hərəkətləri nəticəsində vurulmalıdır. 3).Göstərilən zərərlə şəxsin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. 4). Şəxsin zərərin vurulmasında təqsiri olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında aparılmış araşdırma nəticəsində müəyyən olundu ki, Cavabdeh 02 iyun 2023-cü il tarixdə saat 14:30-da sürücülük hüququ ilə idarə etdiyi özünə məxsus “Mercedes Benz E-350” minik markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilini Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisində Ağdam rayonu Quzanlı qəsəbəsi istiqamətinə doğru 60 km/saat sürətlə asfalt yolda hərəkət etdirən zaman «Yol hərəkəti haqqında» 03 iyul 1998-ci il tarixli, 517-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub, əks istiqamətli hərəkət zolaqlarını ayıran üfüqi nişanlanma xəttini kəsib keçərək onunla əks istiqamətdə hərəkətdə olan İddiaçı1 etibarnamə ilə idarə etdiyi “VAZ-21214” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyatsızlıqdan qarşısına çıxaraq qabaq tərəfi ilə qarşı hərəkət zolağında toqquşmuş, nəticədə sürücü İddiaçı1 döş sümüyünün cismində yerdəyişməyən sınıq, sol 2-4-5-6 qabırğaların yerdəyişən, 4-cü qabırğanın qəlpəli yerdəyişən sınıqları, sağ 2-3-4-cü qabırğaların yerdəyişən sınıqları, hər iki plevral boşluqda hemotororaks, hər iki ağciyərin alt paylarında travmaya bağlı kontuzaya sahələri, subseqmentar atelektazlar, hər iki tərəfli hemotoraks xəsarətləri ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yolhərəkəti qaydalarını pozmuşdur. Həmin hərəkətlərinə görə Rəhimov X2 Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “VAZ 21214” minik markalı ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı2dur. İddiaçı1 aldığı xəsarətlərə görə müalicə və müayinə üçün ümumilikdə 5163,49 manat ödənişlər etmişdir. 2013-cü il buraxılışlı, “VAZ 21214” minik markalı ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3330 manat müəyyən edilir. O cümlədən: dəyşilməli olan hissələrin qiyməti 1580 manat; təmir-bərpa xərclərinin qiyməti 1750 manat. İş materiallarında göstərilən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində zədələnmiş 2013-cü il buraxılışlı, “VAZ 21214” minik markalı ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə tam yararlı (normal) vəziyyətdə 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 9000 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. "xxxx" ASC tərəfindən sağlamlığa vurulmuş zərərə görə İddiaçı1 1500 manat sığorta ödənişi etmişdir. "xxxx" ASC tərəfindən isə İddiaçı2 əmlaka vurulmuş zərərə görə 2800 manat sığorta ödənişi etmişdir. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cinayət əməli nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiaları qismən təmin edilməli, Cavabdeh alınaraq müayinə və müalicə xərclərinə görə ümumilikdə 3663,49 manat məbləğində pul İddiaçı1, avtomobilə vurulmuş zərərə görə isə 420 manat İddiaçı2 verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu aşağıdakı kimi müəyyən edilmişdir: 8.1.2. iddia qiyməti 1.000 manatdan 30 manat + 1.000 manatdan yuxarı olan 10.000 manatadək olduqda iddia qiymətinin 1 faizi Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AESdə qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi 4083,49 manat məbləğində təmin edildiyi üçün Cavabdeh dövlət rüsumuna görə 60,83 manat məbləğində pul alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Cavabdeh 50 manat məbləğində ekspertiza xərci alınaraq, Az. MEM, VÖİN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az 41 NABZ******************** SWİFT BİK JTREAZ 22 nömrəli hesaba köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh alınaraq sağlamlığa vurulmuş zərərə görə çəkilmiş xərclərin əvəzini təşkil edən 3663,49 manat məbləğində pul İddiaçı1, avtomobilə vurulmuş zərərə görə isə 420 manat məbləğində pul İddiaçı2 verilsin. Cavabdeh dövlət rüsumuna görə 60,83 manat məbləğində pul alınaraq Dövlət büdcəsinə ödənilsin. Cavabdeh 50 manat məbləğində ekspertiza xərci alınaraq, Az. MEM, VÖİN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az 41 NABZ******************** SWİFT BİK JTREAZ 22 nömrəli hesaba köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-952/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-952/2024
10.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver