Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-957/2024 17.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 1100 manat pulun və ödənilmiş 31 manat dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəməyə iclası zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Ağcabədi rayonu mal bazarından Ağcabədi rayonu Xocavənd kəndində qeydiyyatda olan və yaşayan X1 öz aralarında şifahi razılaşaraq 1100 manata bir baş iribuynuzlu heyvan almış, yaşadığı fərdi yaşayış evin həyətində tikilən mal tövləsinə salanda heyvanda narahatçılıq görmüş və xx.xx.2024-cü il tarixdə aldığı heyvana baxması üçün baytar həkim Abbasqulu Quliyevi gətirmişdir. Lakin həkim yardım etməsina baxmayaraq heyvan tələf olmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət etmiş, lakin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi izah olunmuşdur. Heyvanı aldığı üç gün olardı ki, heyvan tələf olmuşdur ki, bunun da səbəbkarı cavabdeh olmuşdur. Ona görə də ona maddi ziyan dəymişdir. Göstərdiklərini nəzərə alaraq Cavabdeh 1100 manat maddi ziyanın və ödənilmiş 31 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə iclası zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı göstərdikləri həqiqəti əks etdirmir. Belə ki, o, heyvan alışı və satışı ilə məşğul olur. Biləsuvar rayon mal bazraından aldığı bir baş iri buynuzlu heyvanı altı gün sonra Ağcabədi rayon mal bazrında İddiaçı Kərəm oğlu adlı şəxsə öz aralarında şifahi razılaşaraq 1100 manat məbləğinə satmışdır. Təxminən bir həftə müddət keçdikdən sonra Cavabdeh ona heyvanın tələf olduğunu bildirmiş və pulunu geri tələb etmişdir. O, da bununla razılaşmamış, Əlvana heyvanı ölməmiş qaytarsaydın pulunu qaytarardım deyə bildirmişdir. O, heyvanı İddiaçı satanda heyvan sağlam olub heç bir xəstəliyi olmayıbdır. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 09 aprel 2024-cü il tarixli aktdan görünür ki, Ağcabədi rayon Qaravəlli kəndi özəl baytar həkim Quliyev Abbasqulu və digər şəxslərin iştrakı ilə İddiaçı Ağcabədi rayon mal bazarından aldığı bir baş iri buynuzlu heyvanın yemdən imtna etdiyi və baytar həkiminin yardımına baxmayaraq xx.xx.2024-cü il tarixdə heyvan tələf olduğu aktlaşdırılmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 04 aprel 2024-cü il tarixli, Ağcabədi rayon Polis şöbəsi tərəfindən verilmiş, izahatların surətindən görünür ki, tərəflər arasında 1100 manat dəyərində bir baş iribuynuzlu heyvanın alqı-satqısı olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş 08 aprel 2024-cü il tarixli, Ağcabədi rayon Polis şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Ağcabədi rayon Qaravəlli kənd sakini İddiaçı 03 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin “102” xidməti zəng mərkəzi sisteminə müraciət etmiş, Ağcabədi rayon Polis şöbəsində araşdırılma aparılmış və mülki xarakterli olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi izah edilmişdir. İşdə olan iki ədəd foto şəkildən görünür ki, bir baş iribuynuzlu heyvan tələf olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş 09 aprel 2024-cü il tarixli, qəbzdən görünür ki, Quliyev X2 rayon Məhkəməsinin hesabına 31 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə araşdırması zamanı iddiaçının və cavabdehin izahatlarından, tədqiq edilən iş materiallarından müəyyən olunmuşdur ki, İddiaçı 31 mart 2024-cü il tarixdə Ağcabədi rayon mal bazarında Cavabdeh öz aralarında şifahi razılaşaraq 1100 manat dəyərində bir baş iribuynuzlu heyvan almış və üç gün müddət keçdikdən sonra heyvan qızdıraraq tələf olmuşdur və bunun da səbəbkarının cavabdehin olmasını əsas götürərək Cavabdeh 1100 manat maddi ziyan tələb edir. İddiaçı bir baş iribuynuzlu heyvanın tələf olmasında Cavabdeh səbəbkar olmasını göstərsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, İddiaçı cavabdehdən pulunu heyvan tələf olduqdan sonra tələb etmişdir. Bu halda heyvanın bir neçə gün sonra iddiaçının yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən mal tövləsində tələf olmasında cavabdehin heç bir təqsiri ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı Cavabdeh təqsiri üzündən, bir baş iribuynuzlu heyvanın tələf olmasını göstərsə də, öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 1100 manat pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İşdə olan 09 aprel 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 31 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı 1100 manat (bir min yüz) manat pul tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən bir ay müddətində Ağvabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-957/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-957/2024
17.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver