Məhkəmə qərarları › İş №2(017)-958/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-958/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-958/2023 11.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" qapalı səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" qapalı səhmdar cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5115 manat əsas borc, 710,15 manat faiz borcu olmaqla, cəmi 5825,15 manat məbləğində borcun, həmçinin ödənilmiş 79 manat dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh1 ilə "xxxx" QSC arasında xx.xx.2022-ci il tarixli, MR0015976-2022 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 illik 25 faizlə 36 ay müddətinə bankdan 5115 manat məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 2.1, 2.2-ci bəndləri). Kreditin qaytarılması müddətində kreditin əsas məbləği və ona hesablanmış faizlər razılaşdırılmış qrafik üzrə banka ödənməli idi. Bank üzərinə götürdüyü öhdəliyi tam icra etmişdir. Lakin borcalan Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Ona bu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyi icra etməmiş və 5115 manat əsas kredit borcu, 710,15 manat faiz borcu olmaqla, cəmi 5825,15 manat məbləğində borc ödənilməmiş qalmaqdadır. Həmçinin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq "xxxx" QSC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5115 manat əsas borc, 710,15 manat faiz borcu olmaqla cəmi 5825,15 manat məbləğində borcun, həmçinin ödənilmiş 79 manat dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, MR0015976-2022 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ilə "xxxx" QSC arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 "xxxx" QSC-dən illik 25 faizlə 36 ay müddətinə 5115 manat borc almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi üzrə cavabdehlik öhdəliyini zamin Cavabdeh2 öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, MR0015976-2022 nömrəli kredit müqaviləsi üzrə banka olan əsas borcu 5115 manat, faiz borc 710,15 manat olmaqla, cəmi 5825,15 manat məbləğində borcu vardır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467). Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinin əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar Azərbaycan Respublikası Məcəlləsinin 472.2-ci maddəsinə əsasən Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə təsdiq olundu ki, Cavabdeh1 ilə "xxxx" QSC arasında kredit müqaviləsi bağlanmışdır. Bank üzərinə düşən öhdəliyi tam yerinə yetirmiş, Cavabdeh1 36 ay müddətinə qaytarmaq şərti ilə, illik 25 faiz olmaqla 5115 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərinə uyğun olaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, müəyyən edilmiş qrafik üzrə kredit borcunu banka ödəməmişdir. Həmçinin zamin Cavabdeh2 ilə "xxxx" QSC arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi üzrə cavabdehlik öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə hesab edir ki, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 5115 manat məbləğində əsas borc, 710,15 manat məbləğində hesablanmış faiz borcu olmaqla, cəmi 5825,15 manat məbləğində borcun, habelə ödənilmiş 79 manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin məbləği 5825,15 manat olduğu, bu tələb tam təmin edildiyi üçün (5115 manat məbləğində əsas borc + 710,15 manat məbləğində faiz borcu) ödənilmiş iddia tələbinin məbləğinə uyğun olaraq ödənilmiş 79 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 5115 manat əsas borc, 710,15 manat hesablanmış faiz borcu olmaqla, cəmi 5825,15 manat məbləğində borcun, habelə ödənilmiş 79 manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar