Məhkəmə qərarları › İş №2(018)-1018/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1018/2024

08.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1018/2024 08.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan 06 may 2012-ci il təvəllüdlü X3 və 06 dekabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmalardan ötrü xeyrinə hər ay 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı teleqram ilə məhkəməyə müraciət edərək, iddianı müdafiə etdiyini, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirib iddiasının təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Astara rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah qeydi pozulmuş və birgə nikahdan olan 06 may 2012-ci il təvəllüdlü X3 və 06 dekabr 2015-ci il təvəllüdlü X4 onun yanında saxlanılmış, eyni zamanda cavabdehdən birgə nigahdan olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, 260 manat aliment alınıb ona verilməsi qət edilmişdir. Bu da hazırki çətin iqtisadi şəraitdə uşağın aylıq normal həyat şəraitlərini təmin etmir. Məhkəmə qətnaməsi çıxarılan vaxtdan keçən müddət ərzində uşaq indi böyüyüb, xərclər də artıb. O, vaxtdan iqtisadi şərait dəyişdikcə insanların o, cümlədən, uşağın yaşayış minimumu da dəyişib. Məhkəmə alimentin məbləğini qanuna uyğun müəyyən edərək uşaqların yaşaması üçün minimum sosial ehtiyacların ödənilməsini təmin etməlidir. Bu isə öz növbəsində uşaqların yüksək mənəvi əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsinə rəvac verir. Uşaqların layiqli, fiqəvan yaşayış səviyyəsinin, təlim tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyydə təşkili onların yüksək sosial mənəvi mühit də bölməsinin təminatıdır. Cavabdeh birgə nikahdan 06 may 2012-ci il təvəllüdlü X3 və 06 dekabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmalardan ötrü xeyrinə hər ay 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, maddi imkanı zəif olduğundan hazırda alimenti ancaq ödəyə bilir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə Cavabdeh dinləyib,iş materiallarını tam, hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(018)- 1398/2022 saylı qətnaməsinə əsasən, 06 may 2012-ci il təvəllüdlü X3 və 06 dekabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Astara rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(018)-82/2021 nömrəli qətnaməsi ilə qət edilmiş hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməsi və həmin pul vəsaiti qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan 04 aprel 2024-cü il tarixli arayışdan görünür ki, X3 xx.xx.2012-ci ildə anadan olmuş, anası İddiaçı, atası Cavabdeh qeyd edilmişdir. İş materiallarında olan 04 aprel 2024-cü il tarixli arayışdan görünür ki, X2 xx.xx.2015-ci ildə anadan olmuş, anası İddiaçı, atası Cavabdeh qeyd edilmişdir. İş materiallarında olan AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətinin sürətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdə anadan olub. İş materiallarında olan Astara RİHB-nın Kijəbə qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 693 nömrəli arayışdan görünür ki, İddiaçı Astara rayon, Ojəkəran kəndində yaşayır. İş materiallarında olan ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirilə bilməməsi haqqında xx.xx.2024-cü il tarixli MŞL-00594 nömrəli arayışdan görünür ki, iddiaçı və cavabdeh mediasiya prosesində iştirak etmiş və mediasiya prosesindən keçmişdirlər. İş materialında olan mədaxil qəbzindən görünür ki, məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfinfən dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2024cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddiaçının uşağların saxlanılmasında çətinlik çəkdiyi və mövcud iqtisadi şərait nəzərə alınaraq, iddia qismən təmin edilməli, olunmuş alimentin miqdarı dəyişdirilərək, Astara Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli 2(018)-1398/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 160 (yüz altmış) manat olmaqla, iki uşağa görə 320 (üç yüz) sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli 2(018)-1398/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 160 (yüz altmış) manat olmaqla, iki uşağa görə 320 (üç yüz) sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar