Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1033/2024 21.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X21 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı-cavabdeh İddiaçı, vəkili X12, cavabdeh-iddiaçı Cavabdeh, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair ilkin iddia ərizəsinə və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı mülkiyyətdə olan torpaq sahəsində tikilmiş fərdi yaşayış evə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair maneələrin aradan qaldırılmasına, evdən və torpaq sahəsindən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair ilkin iddia ərizəsi ilə Astara rayon Məhkəməsinə müraciıət etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət edərək, İddiaçı qarşı “mülkiyyətdə olan torpaq sahəsində tikilmiş fərdi yaşayış evə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair maneələrin aradan qaldırılmasına, evdən və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Astara rayon Məhkəməsinə müraciıət etmişdir. İddiaçı-cavabdeh İddiaçı bildirdi ki, qeyd olunan evi ona aid torpaq sahəsində 1984-cü ildə tikmiş, 1986-cı ildə sənədlərini almışdır. Hal-hazırda yaşadığı evə rəsmi sənədlər almaq istəsə də, Cavabdeh tərəfindən ona qanunsuz maneələr yaradıldığıdan çıxarış ala bilmir. Odur ki, iddianı müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İddiaçı-cavabdeh İddiaçı vəkili X19 iddianı müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İddiaçı-cavabdeh İddiaçı iddia ərizəsində göstərmişdir ki, Astara rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 91 saylı qərarına əsasən mülkiyyətinə Astara rayonun Maşxan kəndində 0.14 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahesi JN-006 A, KOD 80110028 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə təsdiqlənmişdir. Bundan əlavə həmin kənddə Astara RİH-nin Təngərüd İƏD üzrə nümayəndəliyinin təsərrüfat başına kitabından veriliş xx.xx.2021-ci il tarixli, 759 saylı çıxarışla mülkiyyətinə verilmiş 0,07 hektar həyətyanı torpaq sahəsində 1984-cü il tarixdə inşa edilmiş fərdi yaşayış evinə dair vahid daşınmaz əmlak obyektinin Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın dövlət reystri xidmətinin Lənkəran ərazi idarəsində adına rəsmləşdirilməsinə görə adı çəkilən quruma müraciət etmişdir. Lakin Cavabdeh buna maneəçilik törətdiyi üçün daşınmaz əmlakı adıma rəsmləşdirə bilmir. Belə olan halda onun həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququ pozulmuşdur. Onlar cavabdehlə mübahisəni məhkəmədən kənar həll etməyə çalışsalar da, buna nail ola bilməmişlər. Cavabdeh tərəfindən pozulmuş mülkiyyət hüquqları məhkəmə tərəfindən qorunmalı və müdafiə olunmalıdır. Cavabdeh və onun ailə üzvləri tərəfindən Astara rayon Aqrar İslahat komissiyasının 15 dekabr 1997-ci il tarixli 91 saylı qərarı ilə JN-006 A, Kod 80110028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Astara rayonun Maşxan kəndində yerləşən, mülkiyyətlərinə verilmiş 0,14 hektar torpaq sahəsinin, habelə Astara RİH-nin Təngərüd İƏD üzrə İcra nümayəndəliyinin təsərrüfat başına kitabından veriliş xx.xx.2021-ci il tarixli, 759 saylı çıxarışla mülkiyyətinə verilmiş 0,07 hektar həyətyanı torpaq sahəsində 1984-cü il tarixdə inşa edilmiş fərdi yaşayış evinin Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin Lənkəran ərazi idarəsində adlarına rəsmləşdirilməsinə maneçilik edilməməsi, habelə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, Astara rayon XDS-nin icraiyyə komitəsinin 25 iyul 1980-cı il tarixli 13 nömrəli protokoldan çıxarışa əsasən ona ev tikilməsinə icazə verilmişdir. Həmin ev 0,18 hektar torpaq sahəsində yerləşir və bu barədə yəni torpaq sahəsinə dair "torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə verilmişdir. İstifadələrində olan torpaq sahəsi JN 007A, KOD 80110028 olan şəhadətnaməyə görə ailə üzvləri Cavabdeh, X10, X8, X5 olmaqla Astara rayon İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 91 saylı qərarı ilə Astara rayonun Maşxan kəndindən 0,18 hektar torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Şəhadətnamədə olan torpaq sahəsi planı və ölçüsü sənədinə görə fərdi yaşayış evi ona və ailəsinə mənsub torpaq sahəsində yerləşir. Həmin evin sənədləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Publik Hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin Astara rayon şöbəsinə müraciət edilmiş və cavabdeh İddiaçı tərəfindən mövcud olan maneəninin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edilməsi izah edilmişdir. Xəstə olduğuna görə bu barədə Astara rayon Məhkəməsinə müraciət edə bilməmiş, Bakı şəhərində müalicədə olan vaxtda İddiaçı maneələrin aradan qaldırılması tələbi barədə Astara rayon Məhkəməsinə müraciət etdiyini ona məlumat vermişlər. Bunlara əsasən bu qarşılıqlı iddia ilə Astara rayon Məhkəməsinə mürciət edir. İddiaçı iddiasının qanunsuzluğunu Şirvan Apelyasiya Məhkəməsinin 9 avqust 2023-cü il tarixli, 2(106) -105/2023 saylı qətnaməsidə təsdiq edir. Belə ki, həmin qətnamədən görünür ki, İddiaçı yaşadığı və istifadəsində otağının (səh: 8/10, 9/10) ekspert rəyinə əsasən JN-007 A, Kod 80110028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə əsasən iddiaçı Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinə düşsə də, iddiaçı cavabdehin həmin otaqda yaşamasını qəbul edərək, mübahisələndirmir. Əvvəllər İddiaçı həmin bir otaqdan ibarət evdə yaşamasına razı olmuş və hal-hazırda həmin otaqda yaşamasına razı deyil, onun orada yaşaması ona və ailəsinə narahatçılıq yaradır, həmin otaqdan və torpaq sahəsindən çıxılmasını tələb edir. İddiaçı həmin otaqda yaşaması və torpaq sahəmdən istifadə etməsi ona və ailəsinə problemlər yaradır, hal-hazırda ailəsi ilə birlikdə yaşadıqları evi onun qanunsuz hərəkətləri nəticəsində qeydiyyat sala bilmir. Mülkiyyətlərində olan JN007A, KOD 80110028 olan şəhadətnaməyə görə ailə üzvləri Cavabdeh, X10, X8, X5 olmaqla Astara rayon İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 91 saylı qərarı ilə Astara rayonun Maşxan kəndində verilmiş 0,18 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Publik Hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmalkın dövlət reyestrindən çıxarışın verilməsinə Astara rayonun Maşxan kənd sakini İddiaçı tərəfindən maneənin aradan qaldırılmasına, mənzildən və torpaq sahəsindən çıxarılmasına, dövlət rüsumu 100 (bir yüz) manatın ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh məhkəmə iclasında iştirak edən zaman göstərmişdir ki, Astara rayon XDS-nin icraiyyə komitəsinin 25 iyul 1980-ci il tarixli 13 nömrəli protokoldan çıxarışa görə ona Astara rayonun Maşxan kəndində ev tikilməsinə icazə verilmişdir. Həmin evin yerləşdiyi torpaq sahəsinə dair "torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə verilmişdir. İstifadələrində olan torpaq sahəsi JN-007A, KOD 80110028 olan şəhadətnaməyə görə ailə üzvləri Cavabdeh, X10, X8, X5 olmaqla Astara rayon İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 91 saylı qərarı ilə Astara rayonun Maşxan kəndində 0.18 hektar torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Şəhadətnamədə olan torpaq sahəsinin planı və ölçüsü sənədində fərdi yaşayış evinin ona və ailəsinə mənsub torpaq sahəsində tikildiyi göstərilmişdir. İddiaçı iddiasını qanunsuzluğunu Şirvan Apellyasiya Məhkəməsinin 9 avqust 2023-cü il tarixli, 2(106) -105/2023 saylı qətnaməsi də təsdiq edir. Belə ki, həmin qətnamədə qeyd edilir ki, İddiaçı yaşadığı və istifadəsində olan otağının ekspert rəyinə əsasən, JN- 007 A, Kod 80110028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə əsasən iddiaçı Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinə düşsə də iddiaçı cavabdehin həmin otaqda yaşamasını qəbul edərək, mübahisələndirmir. Əvvəllər İddiaçı həmin bir otaqdan ibarət evdə yaşamasına razı olmuş və hal-hazırda həmin otaqda yaşamasına razı deyil, onun orada yaşaması ona və ailəsinə narahatçılıq yaradır, həmin mənzildən və torpaq sahəsindən çıxmasını tələb edir. İddiaçı həmin otaqda yaşaması ona da problemlər yaradır, hal-hazırda ailəsi ilə birlikdə yaşadıqları evi qeydiyyata sala bilmir. Bunlara əsasən ilk İddiaçı iddiasının təmin edilməməsini, qarşılqılı iddiasının təmin edilməsini, ona xahiş edir. Cavabdeh-iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil bildirdi ki, Astara rayon XDS-nin icraiyyə komitəsinin çıxarışa görə Cavabdeh Astara rayonun Maşxan kəndində ev tikilməsinə icazə verilmiş, Cavabdeh atasının razılığı ilə İddiaçı həmin yaşayış evinin bir otağından istifadə etməsini qəbul etmiş, lakin hazırda razı deyil. Odur ki, iddianı qəbul etməyərək rədd edilməsini, qarşılıqlı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X6 bildirdi ki, Cavabdeh və İddiaçı onun qardaşlarıdır. Mübahisə olunan evi atasının ona verdiyi torpaq sahəsində İddiaçı 1984-cü ildə tikmişdir. Məhkəmə iddiaçı-cavabdeh İddiaçı, İddiaçı vəkili X15, cavabdeh-iddiaçı Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili Vəkil, şahid X2 dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən ilkin iddia təmin edilməli, qarşılıqlı iddia qismən təmin edilməməlidir. İş materiallarında olan Astara rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 269 saylı arayışından görünür ki, Astara rayonunun Təngərüd kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin 1986-1990-cı illərin təsərrüfatbaşına kitabına əsasən, Maşxan kəndi üzrə 09 saylı kitabın 486 nömrəli şəxsi hesabında İddiaçı təsərrüfatının xüsusi mülkiyyətində fərdi yaşayış evinin dörddə bir hissəsi (20 kv.m) və 0,07 ha torpaq sahəsi qeyd edilmişdir. İş materiallarında olan Astara rayon İHB-nin Təngərüd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Astara rayonu Maşxan kənd sakini İddiaçın adında 2021-ci ilin təsərrüfatbaşına kitabına əsasən Maşxan kəndi üzrə 01 saylı kitabın 07 nömrəli şəxsi hesabında xüsusi mülkiyyətində 20 kv.m evi və 0,07 ha torpaq sahəsi qeydə alınmışdır. İş materiallarında olan “JN- 007A, KOD 80110028” nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 91 saylı qərarı ilə 0.18 ha torpaq sahəsi Cavabdeh və ailə üzvləri X10, X8, X9 və X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Astara rayon İHB-nin Təngərüd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Astara rayonu Maşxan kəndində yaşayır. İş materiallarında olan Astara rayon İHB-nin Təngərüd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh Astara rayonu Maşxan kəndində yaşayır. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü ildə Astara şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1958-ci ildə Astara şəhərində anadan olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ******* saylı vəkil orderindən görünür ki, Vəkil Cavabdeh hüquqi yardım göstərir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 7E-6893 nömrəli etibarnamə sənədindən görünür ki, Cavabdeh etibarnamədə göstərilən hüquqlarının həyata keçirilməsini 05 il müddətinə Vəkil etibar etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ******* saylı vəkil orderindən görünür ki, X3 Elyar Nəsrulla oğluna hüquqi yardım göstərir. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edilməsi üçün 100 (yüz manat) dövlət rüsumu ödəmişdir. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 (yüz manat) dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmədə ilkin iddia üzrə iddiaçı-cavabdeh tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etdi. Məhkəmədə qarşılıqlı iddia üzrə iddiaçı-cavabdeh tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları qismən sübut etdi. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ilkin iddia təmin edilməli, Astara rayonun Maşxan kəndində yerləşən, İddiaçı mülkiyyətlərinə verilmiş 0,14 hektar torpaq sahəsinin, habelə Astara Rayon İcra Hakimiyyəti başçısının Təngərüd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin təsərrüfat başına kitabında xx.xx.2021-ci il tarixli, 759 saylı çıxarışla mülkiyyətlərinə verilmiş 0,07 hektar həyətyanı torpaq sahəsində 1984-cü il tarixdə inşa edilmiş fərdi yaşayış evinin Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran ərazi idarəsində rəsmləşdirilməsinə Cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılmalı, Cavabdeh ödənilmiş 100 (yüz) manat məbləğdə dövlət rüsumu alınıb İddiaçı verilməli, qarşılıqlı iddia qismən təmin edilməli, “JN-007A, KOD 80110028” nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə görə ailə üzvləri Cavabdeh, X10, X8, X1 mülkiyyətlərinə verilmiş Astara rayon İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 91 saylı qərarı ilə Astara rayonun Maşxan kəndində 0,18 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Publik Hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsindən Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsinə İddiaçı tərəfindən törədilən maneələr aradan qaldırılmalı, İddiaçı ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu alınıb Cavabdeh verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İlkin iddia təmin edilsin. Astara rayonun Maşxan kəndində yerləşən, İddiaçı mülkiyyətlərinə verilmiş 0,14 hektar torpaq sahəsinin, habelə Astara Rayon İcra Hakimiyyəti başçısının Təngərüd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin təsərrüfat başına kitabında xx.xx.2021-ci il tarixli, 759 saylı çıxarışla mülkiyyətlərinə verilmiş 0,07 hektar həyətyanı torpaq sahəsində 1984-cü il tarixdə inşa edilmiş fərdi yaşayış evinin Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran ərazi idarəsində rəsmləşdirilməsinə Cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılsın. Cavabdeh ödənilmiş 100 (yüz) manat məbləğdə dövlət rüsumu alınıb İddiaçı verilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. “JN-007A, KOD 80110028” nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə görə ailə üzvləri Cavabdeh, X10, X8, X1 mülkiyyətlərinə verilmiş Astara rayon İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 91 saylı qərarı ilə Astara rayonun Maşxan kəndində 0,18 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Publik Hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsindən Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsinə İddiaçı tərəfindən törədilən maneələr aradan qaldırılsın. İddiaçı ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu alınıb Cavabdeh verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-1033/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1033/2024
21.11.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver