Məhkəmə qərarları › İş №2(018)-1038/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1038/2023

25.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1038/2023 25.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı, vəkili X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları 15 iyul 2020-ci il təvəllüdlü X4 və 19 aprel 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Astara Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat məbləğində sabit pul məbləğində aliment hissəsi dəyişdirilərək hər ay 15 iyul 2020-ci il təvəllüdlü X4 və 19 aprel 2019-cu il təvəllüdlü X3 görə Cavabdeh qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, iddiasının təmin olunması barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Astara Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq 15 iyul 2020-ci il təvəllüdlü X6 və 19 aprel 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməsi qət edilmişdir. Hazırki dövrdə həmin pulla uşağı saxlamaq qeyri-mümkündür. Habelə Cavabdeh 19 avqust 2022-ci il tarixdən N nömrəli hərbi hissənin atrı yerləşən xüsusi təyinatlı dəstəsinin 3-cü xüsusi təyinatlı bölməsinin 1-ci xüsusi əməliyyat qrupunun 1-ci yarımqrupunun komandiri vəzifəsində xidmət edir. Bunun üçün də hər ay əmək haqqı alır. Mən isə heç bir yerdə işləmir.Yuxarıda qeyd etdiklərimi və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75 və 78-ci maddələrini rəhbər tutaraq Cavabdeh ilə birgə nikahımızdan 15 iyul 2020-ci il təvəllüdlü X4 və 19 aprel 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Astara Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat məbləğində sabit pul məbləğində aliment hissəsi dəyişdirilərək hər ay 15 iyul 2020-ci il təvəllüdlü X4 və 19 aprel 2019-cu il təvəllüdlü X3 görə Cavabdeh qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə Cavabdeh teleqram ilə məhk\məyə müraciət edərək digər ailəsindən övladı olduğunu, kirayədə qaldığını bildirib, ona qarşı verilmiş iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İş materiallarında olan Astara Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2(018)-1107/2022 nömrəli qətnaməsinə əsasən birgə nikahdan doğulmuş 15 iyul 2020-ci il təvəllüdlü X6 və 19 aprel 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Astara rayonu Səncərədi kəndində qeydiyyatdadır. İş materiallarında olan Ağdam hərbi prokurorunun böyük köməkçisi Həsən Baxşəliyevin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh xx.xx.2022-ci il tarixdən N hərbi hissənin ayrı yerləşən xüsusi təyinatlı dəstəsinin 3-cü xüsusi təyinatlı bölməsinin 1-ci xüsusi əməliyyat qrupunun 1-ci yarım qrupunun komandirivəsifəsində xidmət etdiyini bildirmişdir. Belə ki məhkəmə iclasında müəyyən edildi ki, Astara Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2(018)-1107/2022 nömrəli qətnaməsinə əsasən birgə nikahdan doğulmuş 15 iyul 2020-ci il təvəllüdlü X6 və 19 aprel 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Hazırda İddiaçı cavabdeh X2 15 iyul 2020-ci il təvəllüdlü X4 və 19 aprel 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2.2-ci maddəsinə əsasən valideynlərdən 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2023cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddiaçının uşağların saxlanılmasında çətinlik çəkdiyi və cavabdehin rəsmi iş yerinin olmasını nəzərə alınaraq, iddia təmin edilməli, Astara Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2(018)-1107/2022 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, 15 iyul 2020-ci il təvəllüdlü X4 və 19 aprel 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Astara Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2(018)-1107/2022 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, 15 iyul 2020-ci il təvəllüdlü X4 və 19 aprel 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar