Məhkəmə qərarları › İş №2(018)-1046/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1046/2023

12.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1046/2023 12.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X15 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı, nümayəndəsi X5 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay hər uşağa 220 manat olmaqla cəmi 660 manat sabit pul məbləğində aliment alınaraq birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3,xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək,iddiasının təmin olunması barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Astara rayon məhkəməsinin 18 dekabr 2019-cü il tarixli 2(018)-820/2019 nömrəli qətnaməsinə əsasən birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq xeyrinə verilməsi qət edilmişdir. Cavabdeh kifayət qədər qazancı və gəliri olmasına baxmayaraq bu günə kimi uşaqlarının saxlanılması üçün aliment pulu ödəməmişdir. Cavabdehin aliment hesabın halhazıra kimi 36 il 11 ay aliment borcu vardır buda məbləğeə 14100 manat təşkil edir. Beləliklə məhkəmə tərəfindən alimentin miqdan müəyyən edildikdən sonra ailədə dəyişiklik olmuşdur. Uşaqlar böyümüş, uşaqların gündəlik xərcləri və tələbatları artmışdır. Həmdə qiymətlər artmışdır. Məhz bu səbəbdən alimentin antırlması zəruriyyəti yaranmışdır. Mediasiyanm tətbiqi ilə əlaqədar aidiyyəti üzrə 1 saylı Mediasiya təşkilatına müraciət etmişəm. Mediasiyanm tətbiqi barədə təklifi cavabdehə 18,05.2023-cü il tarixdə poçt ilə göndərmişəm. İlkin mediasiya sesivası xx.xx.2023-cü il tarixə saat 15:00 təyin edilmişdir. İlkin mediasiya sesiyasmda cavabdehin nümayəndəsi X6 iştirak etmişdir. Mediasiya xərcini 55 manatı mən ödəmişəm. Astara rayon məhkəməsinin xx.xx.2019-cü il tarixli 2(018)-820/2019 saylı qətnaməsilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh hər ay hər uşağa 220 manat olmaqla cəmi 660 manat sabit pul məbləğində aliment alınaraq birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmədə İddiaçı nümayəndəsi X10 iddianı müdafiə edərək, iddialarının təmin olunması barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, Astara Rayon Məhkəməsinin 18 dekabr 2019-cü il tarixli 2(018)-820/2019 nömrəli qətnaməsinə əsasən birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq xeyrinə verilməsi qət edilmişdir. Həmin alimenti gücnən ödəyə bilir. Beləki ikinci ailə qurub və həmin nikahdan iki övladı var.Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı, nümayəndəsi X8 və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İş materiallarında olan Astara Rayon Məhkəməsinin 18 dekabr 2019-cü il tarixli 2(018)-820/2019 nömrəli qətnaməsinə əsasən birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 18 dekabr 2019-cü il tarixli 2(018)- 820/2019 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan AA ******* şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Astara rayonu Burzubənd kəndində qeydiyyatdadır. Belə ki məhkəmə iclasında müəyyən edildi ki, Astara Rayon Məhkəməsinin 18 dekabr 2019-cü il tarixli 2(018)-820/2019 nömrəli qətnaməsinə əsasən birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq xeyrinə verilməsi qət edilmişdir. Hazırda İddiaçı Cavabdeh hər ay hər uşağa 220 manat olmaqla cəmi 660 manat sabit pul məbləğində aliment alınaraq birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2023cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddiaçının uşağların saxlanılmasında çətinlik çəkdiyi və mövcud iqtisadi şərait nəzərə alınaraq, iddia qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(018)-820/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 130 (yüz otuz) manat olmaqla, üç uşağa görə cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(018)-820/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 130 (yüz otuz) manat olmaqla, üç uşağa görə cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar