Məhkəmə qərarları › İş №2(018)-1056/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1056/2025

30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1056/2025 30.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X2 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pulun qanunla müəyyən edilmiş qaydada alınıb ona verilməsini xahiş edir. Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə iclasında üzrlü sbəbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, onun iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Ağdam rayonu, Mərzili kəndində qeydiyyatdadır. Hazırda Ağdam rayonu, Quzanlı qəsəbəsində məskunlaşıb. Cavabdeh tanıyır və aralarında münasibət yaxşı olub. Cavabdeh xx.xx.2022-ci ildə ondan 1500 (bir min beş yüz) manat məbləğində borc pul alıb. Cavabdeh həmin borcu 2022-ci ilin noyabr ayında qaytarmaq barədə öhdəlik götürüb. Cavabdeh borc alarkən yazılı qəbz təqdim edib. Lakin cavabdeh götürdüyü öhdəliyi icra etmir. Dəfələrlə borcu qaytaracağına söz versə də, bu vədini yerinə yetirməyib. Cavabdeh borclu olduğunu etiraf edir, lakin artıq uzun müddət keçməsinə baxmayaraq, pul geri qaytarılmayıb. Bu səbəbdən hesab edir ki, cavabdeh onu aldadıb və borcu qaytarmaq niyyətində deyil. Başqa çıxış yolu qalmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlib. Odur ki, Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pulun qanunla müəyyən edilmiş qaydada alınıb ona verilməsini xahiş edir. Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmədə Cavabdeh iddianı qəbul edərək bildirdi ki, İddiaçı 1500 manat borc pul alıb, lakin maddi imkanı yaxşı olmadığı üçün borcunu qaytara bilməmişdir. Borcunu hissə-hissə ödəyə bilər. Məhkəmə Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******** nömrəli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 1500 (min beş yüz) manat borc pul almışdır. İş materiallarında olan AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsindənməlum olur ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Ağdam rayonunun Mərzili kəndində anadan olmuşduranadan olmuşdur. İş materiallarında olan AA278205 seriya və nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı keçmiş məcburi köçkündür. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qnunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmədə müəyyən edildi ki, İddiaçı Cavabdeh qəbz əsasında 1500 (min beş yüz) manat borc pul vermiş, lakin Cavabdeh borcu vəd verdiyi vaxtda iddiaçıya qaytarmamışdır. Göstərilənləri və cavabdehin iddianı qəbul etməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1500 (min beş yüz) manat məbləğində borc məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Cavabdeh 1500 (min beş yüz) manat məbləğində borc pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar