Məhkəmə qərarları › İş №2(018)-1124/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1124/2023

04.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1124/2023 04.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı və cavabdeh X6 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X9 ilə birgə nikahlarından olan 10 dekabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatana qədər saxlanılması üçün Astara Rayon Məhkəməsinin 16 iyul 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay 110 manat aliment hissəsi artırılaraq 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin müəyyən edilməsi, habelə ümumilikdə ödənilmiş 100 (yüz) manat rüsumun cavabdeh X4 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Astara Rayon Məhkəməsinin 16 iyul 2020-ci il tarixli qətnaməsinə əsasən X4 hər ay 110 manat sabit pul məbləğində aliment tutularaq 10 dekabr 2017ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı qızma ödənilməsi qət edilmişdir. Hazırki dövrdə həmin pulla uşağı saxlamaq qeyri-mümkündür.O, isə heç bir yerdə işləmir.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.“Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd etdiklərini və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75 və 78-ci maddələrini rəhbər tutaraq, cavabdeh X9 ilə birgə nikahlarından olan 10 dekabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatana qədər saxlanılması üçün Astara Rayon Məhkəməsinin 16 iyul 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay 110 manat aliment hissəsi artırılaraq 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin müəyyən edilməsi, habelə ümumilikdə ödənilmiş 100 (yüz) manat rüsumun cavabdeh X4 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə cavabdeh X6 nümayəndəsi X5 bildirdi ki, iddianı qəbul etmirlər. Təmsil etdiyi X9 danışa bilmir və 150 manat pensiya alır. 110 manat alimenti gücnən ödəyə bilirlər. İddiaçı tərəf uşağa baxmır. Uşağın bütün paltarlarını onlar alırlar. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və cavabdeh X6 nümayəndəsi X2 dinləyib,iş materiallarını tam, hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli 2(018)-624/2020 saylı qətnaməsinə əsasən birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün 16,.06.2020-ci il tarixdən başlayaraqcavabdeh X4 hər ay 110 (yüz on) manat pul məbləğində aliment alınaraq İddiaçı qızna verilməsi qət edilmişdir. İş materiallarında olan AA ******* şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdə anadan olub. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2023cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən dövlət rüsumu üçün cəmi ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının uşağların saxlanılmasında çətinlik çəkdiyi və mövcud iqtisadi şərait nəzərə alınaraq, iddia qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(018)-624/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün cavabdeh X4 hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməli və cavabdeh X4 dövlət rüsumu üçün ödənilmiş, cəmi 100 (yüz) manat pul vəsaiti tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(018)-624/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün cavabdeh X4 hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Cavabdeh X4 dövlət rüsumu üçün ödənilmiş, cəmi 100 (yüz) manat pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar