Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1129/2023 26.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Astara rayon notariat ofisinə qarşı «Mirasın qəbul edilməsi üçün buraxılmış müddətin uzadılması tələbi barədə» iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Astara rayon notariat ofisinə qarşı «Mirasın qəbul edilməsi üçün buraxılmış müddətin uzadılması tələbi barədə» iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Astara rayon notariat ofisinin 05 iyul 2023-cü il tarixli notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə qərarın ləğv edilməsi, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin üzürlü səbəbdən buraxılmasına görə uzadılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, xx xxxxxxx 1969-cu il tarixdə Astara rayon Vaqo kəndində anadan olmaqla, valideyinlərinə məxsus Astara rayon Vaqo kəndində yerləşən evdə yaşamışdır. X1 04 yanvar 2023-cü il tarixdə ürək çatışmamazlığından ölmüşdür. O, 04 iyul 2023-cü il tarixdə cavabdeh Astara rayon notariat ofisinə X1nın miras əmlakına dair qanun üzrə vərəsəlik şəhadətnaməsi alınması ilə əlaqədar müraciət etmişdir. Astara rayon notariat ofisinin notarisunun 05 iyul 2023-cü il tarixli qərarına əsasən notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Bununla da onun hüquqları pozulmuşdur. Belə ki, onun başı bacısının yasına qarışmasına və özünün xəstə olmasına görə mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddəti buraxılmışdır. Ona görə də iddianın təmin edilməsini xahiş etdi. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh Astara rayon notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh Astara rayon notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında dindirilən şahid X8 məhkəmə iclasında göstərdi ki, İddiaçı tanıyır. Onun qonşudur. Onun X1 04 yanvar 2023-cü il tarixdə ürək çatışmamazlığından ölmüşdür. Bundan sonra X1na məxsus olan əmlakı İddiaçı idarə etmişdir. O bacısının yası ilə məçğul olmasına, son vaxtlar xəstə olmasına görə Astara rayon notariat ofisinə gec ərizə vermişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı xx xxxxxxx 1969-cu il tarixdə anadan olmaqla, Astara rayonu Siyəkü kəndində yaşayır. Mülki işə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə” nin surətindən məlum olur ki, İddiaçı xx xxxxxxx 1969-cu il tarixdə Astara rayon Vaqo kəndində anadan olmaqla, onun atası kimi X6, anası kimi isə X7 qeyd edilmişdir. Mülki işə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamə” nin surətindən məlum olur ki, X5 04 yanvar 2023-cü il tarixdə ürək çatışmamazlığından ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 04 yanvar 2023-cü il tarixdə ürək çatışmamazlığından ölmüş X1ndan miras qalmış, mirasın qəbul edilməsi üçün qanunda nəzərədə tutulmuş vaxtda notariat orqanına müraciət etməmişdir. Hazırda İddiaçı cavabdeh Astara rayon notariat ofisinə qarşı mirasın qəbul edilməsi vaxtının uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1ndan miras qalmış əmlakı vərəsəsi tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsini üzürlü hesab edilməsi və həmin müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası təmamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbni üzrlü sayarsa, uzada bilər.Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən edir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi gördüyünü müəyyən etmək olur. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, X2 miras qalmış əmlakları miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsi üzürlü hesab edilsin və həmin müddət uzadılmalıdır Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq Məhkəmə qət etdi: İddia təmin edilsin. X2 miras qalmış əmlakların miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsi üzürlü hesab edilsin və həmin müddət uzadılsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-1129/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1129/2023
26.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver