Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1134/2023 10.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Astara Rayonu Ərçivan Bələdiyyəsinin sədri X2 iştirakı ilə, İddiaçı cavabdeh Astara rayonu Ərçivan Bələdiyyəsinə qarşı pul tələbi və vurulmuş ziyanın qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Astara rayonu Ərçivan Bələdiyyəsindən ona məxsus 1275 (bir min iki yüz yetmiş beş) manat pulu və vurulmuş ziyana görə 1000( bir min) manat pulun və ödənilmiş 42 manat 75 qəpik dövlət rüsumunun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X6 iddianı müdafiə edərək, iddialarının təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, o, İddiaçı Astara rayonu Ərçivan qəsəbəsində yaşayır. 2018-ci ilin mart ayında Astara rayonu Ərçivan Bələdiyyəsinə müraciət edərək bibisinin çəpərinin daxilində olan 0,06 ha torpaq sahəsini almaqdan ötrü onunla torpaq alqı-satqı müqaviləsinin bağlanmasını xahiş etmiş.Bununla əlaqədar olaraq ona bildirdilər ki, torpaq alqı-satqı müqaviləsi bağlamaqdan ötrü Ərçivan Bələdiyyəsinin hesabına torpağın qiyməti olaraq 1200 (bir min iki yüz) manat və texniki xidmət üçün 75 manat pul köçürtmək lazımdır. O, da Astara rayonu Ərçivan Bələdiyyəsinin hesabına 16 mart 2018-ci il tarixdə 800 (səkkiz yüz) manat, 15 mart 2018-ci ildə 75 manat və 23 oktyabr 2018-ci il tarixdə 400(dörd yüz) manat pul köçürtmüşdür. X7 2018-ci ildə onun pulunu alsa da, üstündən 5 il keçməsinə baxmayaraq onun ilə torpağın alqı-satqı müqaviləsini bağlamır. Bununla əlaqədar olaraq o, dəfələrlə Ərçivan Bələdiyyəsinə müraciət etmiş olsa da, Ərçivan Bələdiyyəsi onun pulunu qaytarmır.Ərçivan Bələdiyyəsi 5 il onun pulumu saxladığına görə ona ziyan vurmuşdur. Bu səbəbdən də ona 1000 ( bir min) manat ziyan pulunu da qaytarmalıdır.Yuxarıda qeyd etdiklərimi rəhbər tutaraq, Cavabdehndən ona məxsus 1275 (bir min iki yüz yetmiş beş) manat pulu və vurulmuş ziyana görə 1000( bir min) manat pulun və ödənilmiş 42 manat 75 qəpik dövlət rüsumunun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə cavabdeh Astara Rayonu Ərçivan Bələdiyyəsinin sədri X8 iddianı qəbul etməyərək bildirdi ki, hazırda iddiaçı həmin torpaqdan faktiki istifadə edir. İddiaçı pulu başqa bələdiyyə sədrinin dövründə ödəyib. Onun kimi bir çox insan var ki, pul ödəyiblər və əllərində çekləri var. Hazırda onların büdcələrində pulları yuoxdur. İddianın rədd edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi X3 və Astara Rayonu Ərçivan Bələdiyyəsinin sədri X5 dinləyib, mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materialında olan qəbzlərdən görünür ki, İddiaçı Astara Rayonu Ərçivan Bələdiyyəsinin hesabına 15 mart 2018-ci ildə 75 manat, 16 mart 2018-ci il tarixdə 800 (səkkiz yüz) manat və 23 oktyabr 2018-ci il tarixdə 400 (dörd yüz) manat pul köçürmüşdür. İş materiallarında olan ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı iddia ərizəsinə görə 43 (qırx üç) manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Astara rayonu, Ərçivan kəndində anadan olmuşdur. İş materiallarında olan Astara rayonu Ərçivan Bələdiyyəsinin 192 nömrəli, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı fərdi yaşayış evi tikmək üçün 0,06 ha torpaq sahəsi almaqdan ötrü, bələdiyyənin büdcəsinə qabaqcadan 1200 manat pul köçürmüşdür. “İnsan Hüquqları və X4 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 42 (qırx iki) manat 75 qəpik dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Məhkəmədə müəyyən edildi ki, İddiaçı qızı fərdi yaşayış evi tikmək üçün 0,06 ha torpaq sahəsi almaqdan ötrü, Astara Rayonu Ərçivan Bələdiyyəsinin hesabına 15 mart 2018-ci ildə 75 manat, 16 mart 2018-ci il tarixdə 800 (səkkiz yüz) manat və 23 oktyabr 2018-ci il tarixdə 400 (dörd yüz) manat pul köçürmüş, lakin hazırki vaxta qədər Astara Rayonu Ərçivan Bələdiyyəsi tərəfindən ona torpaq sahəsinin satılması ilə bağlı alqı-satqı müqaviləsi bağlanmamışdır və ödənilmiş pul vəsaiti qaytarılmamışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Astara rayonu Ərçivan Bələdiyyəsindən 1275 (min iki yüz yetmiş beş) manat və dövlət rüsumu üçün ödənilmiş 42 (qırx iki) manat 75 qəpik məbləğdə pul vəsaiti tutulub İddiaçı ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Astara rayonu Ərçivan Bələdiyyəsindən 1275 (min iki yüz yetmiş beş) manat və dövlət rüsumu üçün ödənilmiş 42 (qırx iki) manat 75 qəpik məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-1134/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1134/2023
10.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver