Məhkəmə qərarları › İş №2(018)-1150/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1150/2023

26.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1150/2023 26.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş zərərə görə 1200 (min iki yüz ) manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı teleqram ilə məhkəməyə müraciət edərək, üzürlü səbəbdən məhkəmə prosesində iştirak edə bilməyəyini bildirib, onun iştirakı olmadan işə baxıb iddiasının təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstəmişdi ki, Cavabdeh Nurağa oğlu 01 fevral 2023-cü il tarixdə Xaçmaz Rayon Ərazisində “SCHMTZ CARGOBUL” yarımqoşulu ** ZC *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etdiyi zaman onun idarə etdiyi “Mesedes Benz 230 minik” markalı ** OK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa tərəfdən çırpılaraq yol-nəqliyyat hadisəsi baş vermişdir, nəticədə o, xəsarət almasa da idarə etdiyi avtomaşına ziyan vurmuşdur. Həmin gün o, hadisə barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət etmiş. Müraciətinə baxılaraq Cavabdeh Nurağa oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi inzibati protokol yazılması barədə ona cavab məktubu gəlmişdir. O, hadisədən sonra Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etsə də heç bir nəticəsi olmamışdı və oradan ona cavab məktubu gəlmişdi ki, Cavabdeh Nurağa oğlunun idarə etdiyi “SCHMTZ CARGOBUL” yarımqoşulunun mülki məsuliyyəti üçüncü şəxslər qarşısında Şirkət tərəfindən icbari qaydada sığorta olunmadığından həmin şəxsə sığorta ödənişinin həyata keçirilməsi üçün hüquqi əsaslar mövcud deyil. Ona görə də o, ziyan tələbinə dair məhkəməyə müraciət edir. Cavabdeh Nurağa oğlundan yol nəqliyyat hadisəsi nəticəsində “Mesedes Benz 230 minik” markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu zərərə görə 1200 (min iki yüz) manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iştirak edən zaman İddiaçı izahatını dinləyib, iş materiallarını və ekspert rəyini tam, hərtərəfli və obyektiv tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Xaçmaz rayon DYPB-nin 02 fevral 2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, X1 “Mesedes Benz 230 minik” markalı ** OK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı etibar etmişdir. Etibarnamə xx.xx.2023-cü il taridək qüvvədədir. İş materiallarında olan xx.xx.2023-ci il tarixli etibarnamədən görünür ki, "xxxx" MMC-nin istifadəsinə daxil olmuş Ümercedes Benz.Actros 1844LS Yük” markalı (QS AC N 877336), SCHMİTZ.CARGOBUL.Yarımqoşqu (QS ** LC ***/** ZC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi hüququnu Cavabdeh etibar etmişdir. Etibarnamə xx.xx.2024-cü il taridək qüvvədədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7621 nömrəli ekspert rəyindən görünür ki, “Mesedes Benz 230 minik” markalı ** OK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 1095 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edildiki, Cavabdeh Nurağa oğlu 01 fevral 2023-cü il tarixdə Xaçmaz Rayon Ərazisində “SCHMTZ CARGOBUL” yarımqoşulu ** ZC *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etdiyi zaman İddiaçı idarə etdiyi “Mesedes Benz 230 minik” markalı ** OK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa tərəfdən çırpılaraq yol-nəqliyyat hadisəsi törətmiş və “Mesedes Benz 230 minik” markalı ** OK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1095 (min doxsan beş) manat maddi ziyan vurmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə və ekspert rəyinə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə qismən təmin edilərək, Cavabdeh dəymiş ziyana görə 1095 (min doxsan beş) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE**********002088501 hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 1095 (min doxsan beş) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE**********002088501 hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar