Məhkəmə qərarları › İş №2(018)-1169/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1169/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1169/2024 06.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Vuqar oğlundan borclu olduğu 4150 (dörd min yüz əlli) manat pulun, ödənilmiş 63 (altmış üç) manat dövlət rüsumun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddiasını müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı X4 iddia ərizəsində göstərmişdi ki, o, Astara rayon Maşxan kəndində yaşayır. Cavabdeh Vuqar oğlunu tanıyır, həmkəndlisidir. Cavabdeh Vuqar ona müraciət edərək pula ehtiyacı olduğunu bildirdi. O da onu özünə yaxın bildiyindən ona 4150 manat pul vermişdir. Razılaşdığı vaxt çatanda cavabdeh borclu qaldığı pulu hal-hazır ki dövrə qədər qaytarmamış, müxtəlif bəhanələrlə ondan yenidən vaxt istəmiş və bu minvalla hal-hazırki dövrə qədər onu aldatmışdir. Bununlada ona maddi ziyan vurmuşdur. Cavabdeh ona borclu olmağı barədə yazılı qəbz vermiş və qəbzdə ona borclu olduğunu etiraf etməsinə baxmayaraq hal hazırkı dövrə qədər onun pulunu ödəmir, lakin hər dəfə ona yalan vədlər verir. Cavabdeh Vuqar oğlundan borclu olduğu 4150 (dörd min yüz əlli) manat pulun, ödənilmiş 63 manat dövlət rüsumun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iş üzrə Cavabdeh bildirdi ki, iddia tələbini qismən qəbul edir. Əlyazma kağızındakı yazılar onun tərəfindən yazılıb və müxtəlif vaxtlarda İddiaçı 2500 (iki min beş yüz) manat və 1600 (min altı yüz əlli) manat borc almış, lakin maddi imkanı zəif olduğundan indiyək qaytara bilməmişdir. Qeyd edilən borc məbləğinin hər ay müəyyən məbləğlər şəklində qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə İddiaçı, Cavabdeh dinləyib, mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Beləki, iş materialında olan əlyazma kağızında qeyd edilənlərdən görünür ki, Cavabdeh İddiaçı 4150 (dörd min yüz əlli) manat pul borc aldığını və pulu tam şəkildə geri qaytaracağına söz vermiş və həmin əlyazma kağızını imzalamışdır. İş materialında olan AA2668915 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Astara RİHB-nın Astara rayonu Təngərüd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 652 nömrəli arayışından görünür ki, İddiaçı Astara rayon Maşxan kəndində yaşayır. İş materialında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 63 (altmış üç) manat dövlət rüsumu ödənilmişdir. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh İddiaçı 4150 (dörd min yüz əlli) manat məbləğdə borcu vardır və həmin borcu qaytarmamışdır. Göstərilənləri və cavabdehin iddianı qismən qəbul etməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4150 (dörd min yüz əlli) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 63 (altmış üç) manat məbləğdə pul vəsaiti tutulub X3 verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 4150 (dörd min yüz əlli) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 63 (altmış üç) manat məbləğdə pul vəsaiti tutulub X3 verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar