Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1169/2025 12.12.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həsənzadə Rəfiqə Azər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “verilmiş pulun geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “verilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 42500 (qırx iki min beş yüz) manat məbləğində pulun və ödənilmiş 217,5 (iki yüz on yeddi manat, əlli qəpik) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o 2022-ci ilin noyabr ayında Cavabdeh məxsus Abşeron rayonunun Masazır kəndində 0,0147 hektar torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 127,6 kvadratmetr olan, iki mərtəbəli, dörd otaqdan ibarət fərdi yaşayış evini almaq üçün cavabdehə məxsus olan bank kartına ilkin olaraq 2900 (iki min doqquz yüz) manat, 100 (yüz) manat pul köçürtmüşdür. Daha sonra isə Cavabdeh 39500 (otuz doqquz min beş yüz) manat pul vermişdir. Lakin adı çəkilən fərdi yaşayış evinin alqı-satqısı mümükün olmamışdır. Cavabdeh ona verdiyi pulları qısa müddət ərzində qaytarmasına söz vermiş və ona olan borcunu etiraf edərək notarial qaydada müqavilə də bağlamışdır. Lakin cavabdehlə razılaşdıqları müddət ərzində o, pulu ona qaytarmayaraq müxtəlif bəhanələr gətirərək ondan aldığı pulu bu günə qədər qaytarmamışdır. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı ona qarşı "Borc müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsinə dair 2(018)-1169/2025 saylı mülki iş vardır. İş üzrə İddiaçı iddia ərizəsi ilə müraciət edərək ondan 42 500 (qırx iki min beş yüz) manat məbləğində pulun və ödənilmiş 217,5 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, xx.xx.2024-cü il tarixdə iddiaçı tərəf məhkəməyə gəlmədiyindən 2(018)-889/2025-010 nömrəli qərardadla iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, 2022-ci ilin noyabr ayında ondan ona məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evini almaq üçün ilkin olaraq bank kartına 2900 (iki min doqquz yüz) manat, daha sonra isə 100 (yüz) manat pulu ödəmişdir. Lakin evin alqı-satqısı mümkün olmadığından o, guya ona qısa müddət ərzində pulun qaytarılmasına söz vermiş və ona olan borcu tərəfindən etiraf edilmiş, notarial qaydada müqavilə bağlanmışdır. Lakin razılaşdığı müddətdə o, guya pulu ona qaytarmayaraq müxtəlif bəhanələr gətirərək ondan aldığı pulu bu günədək qaytarmamışdır. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, İddiaçı iddia tələbi əsassız və qanunsuzdur. Həmçinin o, iddia ərizəsində həqiqətdə baş vermiş hadisələri təhrif etmiş, işin faktiki hallarını məhkəməyə düzgün bildirməmişdir. Bu səbəbdən hesab edir ki, iddia tələbi rədd edilməlidir. İlk öncə diqqətiə çatdırmaq istəyir ki, İddiaçı iddia ərizəsində həqiqətə uyğun olmayan, təhrif edilmiş, yalnız öz yalan mülahizəsinə əsaslanmış, heç bir mötəbər sübut və dəlillə təsdiq edilməyən hallara istinad etməklə iddiasının təmin edilməsini məhkəmədən tələb edir. Belə ki, o Azərbaycan Respublikası Silahlı Qüvvələrində (Müdafiə Nazirliyinin) "mayor" hərbi rütbəsində xidmət etdiyi dövrdə "xxxx" ASC-nin vasitəçiliyi ilə X18 aldığı güzəştli şərtlərlə ipoteka kreditinə əsasən, ünvan 1ində yerləşən 0.0147 ha torpaq sahəsində yerləşən 127,6 kv metr sahəsində olan iki mərtəbəli evi almış və həmin ev ipoteka girovu olaraq qeydə alınmışdır. Diqqətə çatdırmaq istəyir ki, Vətən müharibəsində iştirak etmişdir. 2022-ci ildə İddiaçıla evin ilkin beh müqaviləsi bağlandıqdan sonra İddiaçı ipotekanın aylıq ödənişlərini ödəməyi üzərinə öhdəlik götürmüşdür. 2022-ci il noyabr ayından sonra İddiaçı tərəfindən hər hansı ödəniş icra olunmaması üçün "xxxx" ASC tərəfindən 4%-lik ipoteka 25% ilə əvəz olunmuşdur. Buna görə 10 800 (on min səkkiz yüz) manat dəyərində əlavə ödəniş etmişdir. Bildirmək istəyir ki, İddiaçı onunla qonşu olmuşdur, evinin satılmağından xəbər tutduqdan sonra ondan evi almaqla əlaqədar razılığa gəlmişdir. Onun təklifi ilə razılaşaraq bildirmişdir ki, evini 94 218.34 (doxsan dörd min iki yüz on səkkiz manat otuz dörd qəpik) manata almağa razıdır və ona 35 000 (otuz beş min) manat pulu beh kimi ödəməyə hazırdır, qalan məbləği isə 1 ay ərzində ödəyəcək. O, onun bu qarşılıqlı təklifi ilə ilkin olaraq razılaşmış, buna görə 28 noyabr 2022-ci il tarixdə Sumqayıt şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X3 ofisində aralarında “İlkin Müqavilə” bağlanaraq notarial qaydada təsdiq edilmiş və iddiaçı tərəfindən notariusun depozit hesabına 35 000 (otuz beş min) manat pul ödənilmişdir. Həmin müqavilənin məzmununa görə o, ipoteka borcu bağlandıqdan sonra əmlakı ipotekadan azad edərək əsas alqı-satqı müqaviləsini bağlamağı və alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür, alıcı olan İddiaçı isə satış məbləğinin qalan 59 218.34 (əlli doqquz min iki yüz on səkkiz manat otuz dörd qəpik) manat hissəsini müqavilə predmeti olan daşınmaz əmlakın təmin etdiyi onun (satıcı Cavabdeh) ipoteka krediti üzrə borcun əvəzinə İpoteka saxlayana İP 470 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəli üzrə xx.xx.2022-ci il tarxindən etibarən ödəməyi öhdəsinə götürmüşdür. Lakin bildirir ki, o ipoteka kreditini almaq üçün X21 müraciət edərkən kadr zabiti olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrdə uzun müddət (15 ildən artıq) xidmət etdiyi üçün ona güzəştli şərtlərlə, yəni 4%-lə ipoteka krediti verilmişdir. Hazırki iş üzrə iddiaçı olan İddiaçı güzəştli şərtlərlə ipoteka kreditini almaq üçün şəxslərin dairəsinə aid olmadığından ona X18 məlumat verilmişdir ki, o öz adından ipoteka krediti barədə müqaviləni İddiaçı adına rəsmiləşdirə bilməz. Bu səbəbləri o, İddiaçı öncədən bildirmişdir. İddiaçı qalıq pulu ödəyə bilmədiyi üçün yaxın hərbiçi qohumu adına evin ipotekada girov qoyulmasına görə məndən 6 ay vaxt istəmişdir. Buna görə həmin 6 ay müddətində aylıq ödənişlər onun tərəfindən ödənilməli idi. Ödənişlər icra olunmadığından onunla İddiaçı arasında bağlanmış “ilkin müqavilə”ni icra etmək mümkün olmamışdır. O, bu haqda İddiaçı məlumat verərək təklif etmişdir ki, ev digər şəxsə satıldıqdan sonra ilkin müqavilə üzrə ondan aldığı 35 000 (otuz beş min) manat pulu ona geri qaytaracaqdır. Məlumat üçün bildirir ki, İddiaçı aldığı 35 000 (otuz beş min) manat və şəxsi ona verdiyi 4 500 (dörd min beş yüz) manat cəmi 39 500 (otuz doqquz min beş yüz) manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, 8 mart 2023-cü il tarixdə İddiaçı şikayətinə əsasən, o Sumqayıt şəhər Polis İdarəsi tərəfindən çağrılmışdır. Həmin gün Polis İdarəsinin İstintaq şöbəsində bu məsələ tam araşdırılaraq İddiaçı tapşırıq verilmişdir ki, ya ödənişi edib evi özü alsın ya da üçüncü şəxsə satılsın və həmin vəsaitdən öz pulunu əldə etsin. Lakin onun tərəfindən və İddiaçı iştirakı ilə evi digər şəxsə satmaq qərarına gəlmişlər. Nəzərə çatdırır ki, evi dəyərindən aşağı qiymətə, 85 000 (səksən beş min) manata satmışlar. Lakin, evin alqı-satqısı zamanı onunla İddiaçı arasında bağlanmış “İlkin müqavilə” qüvvədə olduğu üçün digər şəxslərə alqı-satqı müqaviləsinin bağlanması mümkün olmadığından (evi alan şəxs “ilkin müqavilə”dən xəbərdar olduğu və güvənmədiyinə görə) o, onun “mövcud borcun etirafı haqqında müqavilə” bağlamaqla bağlı təklifini qəbul etmiş və 28 aprel 2023-cü il tarixdə, saat 11:40-da Bakı şəhəri, 52 saylı notariat ofisinin xüsusi notariusu X4 ofisində İddiaçı 39 500 (otuz doqquz min beş yüz) manat borcunun olduğunu bəyan və etiraf edərək “mövcud borcun etirafı haqqında müqavilə”ni imzalamışdır, müqavilə həmin vaxt notarial qaydada təsdiq edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, İddiaçı özü də iddia ərizəsində qeyd etdiyi kimi, “mövcud borcun etirafı haqqında müqavilə”də göstərilən və İddiaçı evin alqı-satqısına görə aldığı və etiraf etdiyi 39 500 otuz doqquz min beş yüz) manat puldan 35 000 (otuz beş min) manat pul məhz elə 28 noyabr 2022-ci il tarixli “İlkin müqqavilə”də göstərilən və İddiaçı ona ödədiyi puldur. Lakin İddiaçı bu müqaviləni imzalamağına baxmayaraq bildirmişdir ki, ona borclu olduğu pulu ödəmədiyi təqdirdə onunla bağladığı “İlkin müqavilə”yə xitam verməyəcəkdir. Bu səbəbdən notarius X9 öz otağında onlara (evi alan şəxs, o və İddiaçı) aydınlıq verərək bildirmişdir ki, öncəliklə beh müqaviləsi bağlanmalıdır və evi alan şəxsin pulun ödənilməsində qorxulacaq bir əsas olmadığından əmin etmişdir. Bundan sonra evi alan şəxs ona 40 000 (qırx min) manat vermişdir. O həmin puldan 35 000 (otuz beş min) manatı İddiaçı hesabına mədaxil etmiş, 4 500 (dörd min beş yüz) manatı isə, özünə nağd şəkildə vermişdir. Buna görə də Sumqayıt şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X3 ofisində saat 15:01-də orada 28 aprel 2023-cü il tarixli “İlkin müqavilənin ləğvinə dair” Müqavilə imzalamışdır. Həmin müqaviləyə əsasən, onunla İddiaçı arasında Sumqayıt şəhəri 1 saylı notariat ofisində xx.xx.2022-ci il tarixində 3M-1297 reyestrlə təsdiq edilmiş ilkin müqavilənin ləğvi barədə razılıq əldə edilmişdir. Həmin “İlkin müqavilənin ləğvinə dair müqavilə”nin şərtlərinə görə ona ilkin müqavilə üzrə ödənilmiş 35 000 manat 00 qəpik (otuz beş min manat sıfır qəpik) pul məbləğini notariusun depozit hesabı vasitəsi ilə İddiaçı tərəfindən qaytarılmış (etiraza əlavə etdiyim qəbzdə göstərilib ki, 28 aprel 2023-cü il tarixdə, saat 14:51-də o pulu notariusun depozit hesabına mədaxil etmişdir), İddiaçı isə həmin pul məbləğini depozit hesabdan qəbul etmişdir. Əlavə olaraq qeyd edir ki, müqavilənin 3-cü bəndinə görə onun və İddiaçı arasında bir-birinə qarşı heç bir tələb və şikayətlərinin olmadığı bəyan edilmişdir. Həmçinin müqavilə üzrə xərcləri onun tərfindən ödənilmişdir (Yuxarıda qeyd etdiyi tərəfindən məhkəməyə göstərdiyi işin faktiki hallarını təsdiq edən 3 müqavilənin və mədaxil qəbzinin surətini etiraza əlavə edir). İddiaçı iddia ərizəsində göstərdiyi, təhrif edilmiş məlumatdan da görünür ki, onun göstərdiyi hallar məntiqə sığmır. Belə ki, necə ola bilər ki, evin alqı-satqısına görə o, ona ilkin müqaviləyə görə 35 000 (otuz beş min) manat pul ödəmiş olsun, daha sonra o, ona həmin müqavilənin xitamı ilə əlaqədar həmin məbləğdə pulu qaytarsın, lakin elə həmin günü yenidən ona borcu olduğunu etiraf edir? Əgər o ondan ilkin müqavilədə qeyd olunan məbləğdəki puldan əlavə pul almış olsaydı, bu ilkin müavilədə öz əksini tapmış olardı. Həmçinin, məhz onların “ilkin müavilənin ləğvinə dair müqavilə” ilə onlar arasında evin alqı-satqısı ilə bağlı ilkin müqaviləyə xitam vermişlər, bəyan etmişlər ki, bir birilərinə qarşı hər hansı bir tələbləri və şikayətləri olmayacaq. Əlavə olaraq bildirir ki, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl Sumqayıt Polis İdarəsinə müraciət emişdir, lakin polis tərəfindən ikisinin də işin faktiki hallarına dair izahatlarlar alındıqdan və ibtidai araşdırma aparıldıqdan sonra müəyyən edilmişdir ki, İddiaçı onun barəsində etdiyi şikayətlər əsassızdır. Bu haqda şikayətçiyə və ona qanunamüvafiq qaydada məlumat verilmişdir. Bununla da müəyyən edilir ki, iddiaçı yalnız öz şəxsi mülahizəsinə əsaslanan bu iddia tələbi ilə əsassız varlanmağa cəhd edir. Hazırki iş üzrə isə, iddiaçı tərəfindən ümumiyyətlə təqdim edilən iddia ərizəsi və ərizənin məzmununda olan iddia tələbi hər hansı bir mötəbər, təkzibedilməz sübut və təsdiqedici sənədlərə əsaslanmır. Əlavə olaraq, bildirir ki, İddiaçılə yuxarıda qeyd olunan ona məxsus fərdi evin alqı-satqısı ilə bağlı müqavilələrdən başqa aralarında başqa hər hansı bir predmetlə, obyektlə bağlı heç vaxt heç bir şifahi, yazılı əqd, müqavilə olmayıb. Möhtərəm hakim, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini, işin faktiki hallarını, iddianın əsasının heç bir mötəbər sübut və dəlillərə əsaslanmadığını nəzərə alıb, İddiaçı ona qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr” tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilənləri təsdiq edərək, cavabdehin borclu olduğu pulu ödəmək qabiliyyəti olmadığı üçün, ona məxsus ev də, ilkin müqavilə ilə yüklü olduğu üçün və həmin evi sata bilmədiyi üçün, desədə ki, evi satıb sənə pulu verəcəm ona inanmadığı üçün, cavabdehlə borcun etirafı haqqında müqavilə bağlamış, yalnız bundan sonra ilkin müqavilənin ləğv edilməsi barədə razılıq vermiş və notariusun depozit hesabına daxil olan pulu aldıqdan dərhal sonra cavabdehə vermişdir ki, evi satqdıqdan sonra borclu olduğu və etiraf etdiyi pulu ona qaytarsın. Həmçinin cavabdehə ayrı-ayrı vaxtlarda 2900 və 100 manat pul köçürmüşdür ki, ümumilikdə bocu 4200 manat təşkil etməkdədir. Qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 10 dekabr 2025-ci il tarixli iclasında iştirak edən Cavabdeh etiraz ərizəsində göstərdiklərini təsdiq edərək, borcun etirafı haqqında müqavilə bağlasa da, həmin gün ilkin müqaviləni ləğv etmək haqqında müqavilə bağlamaqla əslində iddiaçıya olan borcunu ödədiyini bildirmiş, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, İddiaçı onun oğludur. Oğlu İddiaçı 2022-ci ilin noyabr ayında Cavabdeh məxsus Abşeron rayonun Masazır kəndində yerləşən iki mərtəbəli, dörd otaqdan ibarət fərdi yaşayış evini almaq üçün Cavabdeh ümumilikdə 42500 manat pul vermişdir. Cavabdeh bu günə kimi oğluna satdığı evi təhvil verməmişdir. Oğlunun ona verdiyi pulu da bu günə kimi qaytarmamışdır. Pulun qaytarılması üçün evin satılması lazım olmuş, lakin oğlu ilə cavabdeh arasında ilkin müqavilə olduğu üçün evin satılması mümkün olmamışdır. 35 min manat ilkin müqavilə üzrə cavabdeh oğluna pul verməli olmuş, lakin bu məbləği verə bilmədiyindən o, özü də oğlunu ilkin müqaviləni ləğv etməyə qoymamışdır. Cavabdeh isə onları razı salmışdır ki, əgər ona inanmırlarsa təminat olaraq borcun etirafı haqqında müqavilə bağlasınlar. Cavabdeh digər bir şəxsdən borc etsin 35 min manatı notariusun depozit hesabına qoysun Tural pulu götürüb həmin adama qaytarsın, ilkin müqavilə ləğv olunsun, cavabdeh evin satışını həyata keçirsin və borcun etirafı haqqında müqavilə ilə də etiraf etdiyi və borclu olduğu pulu oğluna qaytarsın. Pulun ödənilməsi üçün məcbur qalıb cavabdehlə razılaşmış və məhz həmin gün borcun etirafı haqqında müqavilə imzalamış və məhz həmin gün həmin müqaviləni bağladıqdan sonra gedib ilkin müqaviləni razılaşdıqları qaydada ləğv etmişlər. Bütün bu proseslərdə isə özü şəxsən oğlu İddiaçı yanında olmuş və iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 şahid X5 izahatındakı xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qissmində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, İddiaçı qızının həyat yoldaşıdır. Tural qızının qızıl-zinət əşyalarını da sataraq müəyyən məbləğdə pul düzəldərək Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən Cavabdeh həmin mənzili almaq istəmişdir. Tural ümumilikdə 42500 manat Cavabdeh pul ödəmişdir. Teymur həmin evi başqasına satmış, lakin Turaldan aldığı 42500 manat pulu bu günə kimi qaytarmamışdır. Məhkəmə iclasında şahid qissmində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdehlə qonşuluqda yaşayır. İddiaçı həmin evi almaq istəyirdi. Evin alınması ilə bağlı söhbətlərində o da iştirak etmişdir. Həmin ev 115000 manata alması baradə razılaşdılar, həmin məbləğdən 42500 manatını ödəmişdir. Daha sonra evin problemləri çıxdığından onların alqısatqısı baş tutmamışdır. Onun bildiyinə görə Hüseyn 42500 manatı Turala ödəməmişdir. Hazırda həmin ev başqa şəxsə satılmışdır. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin, şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, Lənkəran şəhər İHBnın Boladi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 20 iyun 2024-cü il tarixli 12- 22/448 saylı arayışdan görünür ki, Ağayev X13 rayonunun Boladi kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, “AzərTürkBank” xidmətinin nağd ödəniş vasitəsi ilə ********************2 hesab nömrəsinə 2900 AZN məbləğində pul köçürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, “AzərTürkBank” xidmətinin nağd ödəniş vasitəsi ilə ********************2 hesab nömrəsinə 100 AZN məbləğində pul köçürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli mövcud borcun etirafı haqqında müqavilədən görünür ki, borclu (ikinci tərəf) Cavabdeh bu müqavilə ilə borc verənə (birinci tərəf) İddiaçı 39500 (otuz doqqquz min beş yüz) manat borcunun olduğunu bəyan və tam etiraf edir və həmin məbləği bu müqavilədə müəyyən edilmiş müddətdə və şərtlərlə borc verənə tam həcmdə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə görə tərəflər təsdiq etmişlər ki, bu müqavilədə etiraf edilənlər onlar arasında yarana biləcək hər hansı mübahisə zamanı etibarlı sübut kimi istifadə ediləcək və mübahisələndirilməyəcək. Həmin müqavilənin 2.1-ci bəndində isə borclu müqavilə ilə etiraf etdiyi borcu 13 iyun 2023-cü il tarixədək bütöv şəkildə olmaqla borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişdən görünür ki, borcun 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli İlkin müqavilədən görünür ki, birinci tərəf Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsinin xx.xx.2019cu il tarixli, reyestr nömrəsi **********14-10301 qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən özünə məxsus ünvan 1i ünvanında yerləşən 0.0147 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini “ikinci tərəfə” yəni İddiaçı 94218.34 (doxsan dörd min iki yüz on səkkiz manat 34 qəpik) manata müqavilədə göstərilən müddətdə əsas müqavilə bağlananadək satmaq barədə razılığa gəlmişlər. Tərəflər arasında daşınmaz əmlakın qiyməti ilə bağlı hesablaşma qaydası isə “ikinci tərəf” bu müqavilədə nəzərdə tutulan 94218.34 manatdan 35000 manatı “birinci tərəf”-ə notariusun depozit hesabı vasitəsilə ödəyir. “Birinci tərəf” isə həmin məbləği depozit hesabdan götürməyi qəbul edir, “ikinci tərəf” qalan 59218.34 manat məbləği bu müqavilənin şərtlərinə əsasən ödəməyi, “birinci tərəf” isə xx.xx.2047-ci ilədək ipotekadan azad edərək əsas alqı-satqı müqaviləsini bağlamağı və alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2029-cu il tarixli, İP 470 nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı X1 rayonu, Masazır kəndi ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX tərəfindən 07 may 2019cu il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********14-10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı (bundan sonra – daşınmaz əmlak) alıcı Cavabdeh, alıcı-ipetakaya qoyanın mülkiyyətinə vermiş, əmlak ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, 28 noyabr 2022-ci il tarixli, 1749 nömrəli Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin Notariusu tərəfindən "xxxx" ASC-nin Sumqayıt şöbəsinə ünvanlanmış məktubdan görünür ki, ünvan 3da olan İddiaçı tərəfindən notariat qaydasında təsdiq ediləcək ünvan 1i ünvanında yerləşən 0.0147 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin ilkin müqaviləsi üzrə ödənilməli olan 35000 (otuz beş min) manat pul məbləğində müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra ünvan 4ında qeydiyyatda olan Cavabdeh verilməsi üçün Bankda olan AZ92BRES41040AZ**********002 nömrəli depozit hesabına qəbul edilməsi xahiş edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.1 maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli müqavilənin ləğvinə dair müqavilədən görünür ki, Cavabdeh və İddiaçı aralarında Sumqayıt şəhər 1 saylı Notariat Ofisində xx.xx.2022-ci il tarixində 3M-1297 reyestrlə təsdiq edilmiş ilkin müqavilənin ləğvi barədə razılığa gəlmiş, Cavabdeh ilkin müqavilə üzrə ödəməli olduğu 35000 manat məbləğini notariusun depozit hesabı ilə qaytarmağı, İddiaçı isə həmin pul məbləğini depozit hesabından qəbul etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, Sumqayıt şəhər Polis İdarəsindən daxil olmuş izahatların surətindən görünür ki, İddiaçı izahatında 39500 manat məbləğində borcu Cavabdeh tələb etdiyini, Cavabdeh isə 39500 manat məbləğində İddiaçı borcu olduğunu etiraf etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, DVD diskdə olan səs yazılarından görünür ki, Cavabdeh 39500 manat məbləğində İddiaçı borcu olduğunu etiraf etmiş, İddiaçı borcun etirafı barədə müqavilə bağlaması və müqavilənin ləğv edilməsi barədə müqavilə bağlanması üçün razı salmağa çalışır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı 3 ay, xx.xx.2023-cü il, saat 23:59-dək müddətinə etibarnamə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli məxaric orderinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, 482 saylı məktuba əsasən alqı-satqı üzrə Cavabdeh Şamsaddin oğlu 35000.00 manat məbləğində pulu İddiaçı hesabına köçürtmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, 28 aprel 2023-cü il tarixli, 482 nömrəli Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin Notariusu tərəfindən "xxxx" ASC-nin Sumqayıt şöbəsinə ünvanlanmış məktubdan görünür ki, ünvan 4ında qeydiyyatda olan Cavabdeh tərəfindən notariat qaydasında təsdiq ediləcək ünvan 1i ünvanında yerləşən 0.0147 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin ilkin müqaviləsi üzrə ödənilməli olan 35000 (otuz beş min) manat pul məbləğində müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra ünvan 3da olan İddiaçı verilməsi üçün Bankda olan AZ92BRES41040AZ**********002 nömrəli depozit hesabına qəbul edilməsi xahiş edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli beh müqaviləsindən görünür ki, birinci tərəf-beh alan Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********14-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən özünə məxsus ünvan 1i ünvanında yerləşən 0.0147 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini beh verən- ikinci tərəf X2 xx.xx.2023-cü il tarixinədək satmaq məqsədi ilə 85000 (səksən beş min) manata razılaşmış, beh verən bu müqavilədə nəzərdə tutulan 85000 manatdan 65000 manatı beh alana notariusun depozit hesabı ilə ödəməyi, beh alan isə həmin məbləği depozit hesabdan götürməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X14 Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, Abşeron rayonu Masazır kəndində yerləşən 0.0147 hektar torpaq sahəsi **********14- 10301 reyestr nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli xx.xx.2023-cü il tarixli 3M-519 reyestr ilə rəsmiləşdirilmiş müqaviləyə əlavə razılaşmadan görünür ki, Sumqayıt şəhər 1 saylı Notariat Ofisində xx.xx.2020-ci il tarixli 3M-200 reyestr ilə X6 ilə beh alan Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********14-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən özünə məxsus ünvan 1i ünvanında yerləşən 0.0147 ha torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 127.60 kv.m olan fərdi yaşayış evini beh verən X2 əsasən alqı-satqı müqaviləsi rəsmiləşdirilənə qədər, 85000 (səksən beş min) manat satmaq barədə bağlanmış müqavilənin şərtlərinə əlavələr olunması barədə razılığa gəlmiş, beh verən bu müqavilədə nəzərdə tutulan əmlakın dəyərinin ümumi məbləğindən qalan 11000 manatı beh alana notariusun depozit hesabı ilə ödəməyi, beh alan isə həmin məbləği depozit hesabdan götürməyi, qalan məbləği isə alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 127.60 kv.m olan fərdi yaşayış evini X2 85000 (səksən beş min) manata satmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, 24 iyun 2024-cü il tarixli Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 218 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-ci maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 329-cu maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən ikin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarından görünür ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilir ki, iddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. O da nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad etdikdə məhkəmə iddianın predmetini və ya əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun olan hesab edilməlidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsi olduğundan bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçının üzərinə düşür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər bir-birini tanımış, daha sonra fərdi yaşayış evinin alqı-satqısı məqsədilə aralarında ilkin müqavilə imzalanmış, iddiaçı cavabdehə 35000 manat məbləğində pul vermişdir. Həmçinin cavabdeh məhkəmə iclasında iddiaçı tərəfindən ona 35000 manatdan əlavə 4500 manat məbləğində pulun verildiyini, ümumilikdə isə iddiaçıya 39500 manat borcu olduğunu etiraf etmiş, lakin həmin borcun tərəfindən ödənildiyini bildirmişdir. Cavabdeh borcunun ödənilməsini “ilkin müqavilənin ləğvinə dair” müqavilə ilə əsaslandırmış, iddiaçı isə cavabdehin ona borclu olduğunu “mövcud borcun etirafı haqqında” müqavilə ilə əsaslandırmışdır. Sadalanan qanunvericilik normalarına və işin araşdırılan hallarına əsasən məhkəmə hesab edir ki, hazırki iddianın predmetini mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən irəli gələn münasibətlər, qanuni əsasını isə həmin münasibətlərə tətbiq edilməli olan normalar təşkil edir. Belə ki, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı ilə bağlı razılıq əldə edilmiş, buna görə də, aralarında notarial qaydada təsdiq edilmiş ilkin müqavilə imzalanmışdır. Sonradan tərəflər arasında narazılıq baş vermiş və alqı-satqıya dair ilkin müqavilə üzrə öhdəliklərin icrası baş tutmamışdır. İlkin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 35000 manat pul verilmiş, həmçinin əlavə olaraq 4500 manat pul verilmişdir ki, bu işin mübahisəsiz halıdır. İlkin müqavilə icra edilmədiyindən cavabdeh almış olduğu 39500 manat məbləğində pulu qaytarmaq öhdəliyini daşımış, lakin qaytara bilməmişdir. Bu səbəbdən də tərəflər arasında mövcud borcun etirafı haqqında müqavilə imzalanmışdır. Mülki Məcəllənin 529.3-cü maddəsinin məzmununa görə borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə cavabdehin borc sənədi kimi iddia etdiyi ilkin müqavilənin ləğvinə dair müqavilə və notariusun depozit hesabına qoyulmuş pulun İddiaçı tərəfindən götürülməsinə dair xx.xx.2023-cü il tarixli məxaric orderinə münasibətdə qeyd edir ki, sözügedən sənədlər borcun etirafı haqqında müqavilə üzrə öhdəliyə xitam verildiyini təsdiqləyə bilməmişdir. Məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd olunaları nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən şahid ifadələri, səs yazıları cavabdeh tərəfindən borcun ödənilmədiyini sübuta yetirə bilmişdir. Belə ki, şahid ifadələri, cavabdehin səs yazıları ilə sübut olunmuşdur ki, cavabdeh işin mübahisəsiz halı olan borclu olduğu 39500 manat məbləğində pulu iddiaçıya qaytara bilmədiyi üçün daşınmaz əmlakı sataraq pulu ödəyəcəyini vəd etmiş, lakin, tərəflər arasında ilkin müqavilə mövcud olduğu üçün daşınmaz əmlakı satması mümkün olmamış, iddiaçı ilə ilkin müqaviləni ləğv etmək qarşılığında mövcud borcun etirafı haqqında müqavilə bağlamağı razılaşdırmışdır. İddiaçı ilə aralarında olan mövcud vəziyyətdə inam olmadığından və daşınmaz əmlakın satılıb, pulunun qaytarılması üçün iddiaçı ilkin müqavilə ləğv edilən zaman notariusun depozit hesabına daxil olan məbləği qəbul edərək cavabdehə qaytarmaqla bağlı razılaşdığından borcun etirafı haqqında mücərrəd müqavilə bağlamaqla cavabdehin borclu olduğu məbləği təminat altına almaq istəmiş məhz bu səbədən 28 aprel 2023-cü ildə eyni gündə, ilk öncə tərəflər arasında mövcud borcun etirafı haqqında müqavilə bağlanmış, sonradan isə ilkin müqavilənin ləğvinə dair müqavilə bağlanmışdır. Belə ki, həqiqətən də, cavabdehin borcunu ödəmək üçün 39500 manat məbləğində vəsaiti olsaydı borcun etirafı haqqında müqavilənin bağlanmasına ehtiyac olmazdı. Cavabdeh borc sənədi kimi sözügedən müqaviləyə və məxaric orderinə istinad etməklə mülki məsuliyyətdən yayınmağa çalışmış, öhdəliyə xitam verildiyi görüntüsü yaratmış, nə üçün ilkin müqavilənin ləğvinə dair müqavilə bağlamazdan bir neçə saat öncə borcun etirafına dair müqavilə bağladığını əsaslandıra bilməmişdir. Məhkəmə, 28 aprel 2023-cü il tarixli müqavilənin ləğvinə dair müqavilənin etibarlılığı məsələsini də qiymətləndirərək hesab edir ki, sözügedən müqavilə etibarsız və ya yalan əqd olaraq qiymətləndirilməməlidir. Belə ki, müqavilə bağlayan şəxslər anlaqlı olmuş, müqavilənin şərtləri məcburi hüquq qaydalarına zidd olmamış, müvafiq formada bağlanmış, forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olmamış, iradə ifadələri zədələnməmiş, müvafiq razılıq olmuşdur. Belə ki, iddiaçı cavabdehin borcu qaytara bilməsi üçün bilərəkdən ilkin müqavilənin ləğvinə dair müqavilə bağlamış,nəticədə aldığı pulu razılaşmalarına əsasən cavabdehə verməklə, əvvəlcədən aralarında bağlanmış qanuni təminat olan borcun etirafı haqqında müqaviləyə güvənmişdir. İddianın qismən təmin edilməsinə münasibətdə isə məhkəmə hesab edir ki, iddiaçı cavabdehə 42500 manat məbləğində pul verməsini sübut edə bilməmişdir. Belə ki, cavabdehin bank hesabına köçürülmüş 3000 manat məbləğində pul vəsaitinə dair qəbzlər sözügedən məbləğin cavabdehə verildiyini təsdiq etsə də, mövcud borcun etirafı haqqında müqavilədə qeyd edilmiş 39500 manat pul məbləğinə daxil deyil də, həmin məbləğdən əlavə verilən məbləğ olduğunu sübut etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki,iddia qismən təmin edilməli, 39500 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 217.50 manat məbləğində dövlət rüsumunun 200 manat hissəsi cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməli, ödənilmiş rüsumun qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 39500 (otuz doqquz min beş yüz) manat məbləğində pul və 200 (iki yüz) manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-1169/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1169/2025
12.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver