Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-117/2023 13.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması barədə» mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Problemli kreditlərin hüquqi təqibi departamentinin Məhkəmələrlə iş şöbəsinin rəisi Elsevər Əkbərov Cavabdeh qarşı kredit borcunun qaytarılması barədə» iddia verərək:
1. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 06 aprel 2021-ci il tarixli, BİKA3556615A138 saylı kredit müqaviləsinə əsasən 4165 (dörd min bir yüz altmış beş) manat, 23 (iyirmi üç) qəpik əsas, 618 (altı yüz on səkkiz) manat, 55 (əlli beş) qəpik faiz, cəmi 4783 (dörd min yeddi yüz səksən üç) manat, 78 (yetmiş səkkiz) qəpik məbləğində borcun;
2. 19 iyun 2020-ci il tarixli, BMSP2133797A210 saylı kredit kartına dair müqaviləyə əsasən 688 (altı yüz səksən səkkiz) manat, 74 (yetmiş dörd) qəpik əsas, 96 (doxsan altı) manat, 81 (səksən bir) qəpik faiz, cəmi 785 (yeddi yüz səksən beş) manat, 55 (əlli beş) qəpik borcun və ödənilmiş 75 (yetmiş beş) manat, 70 (yetmiş) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Problemli kreditlərin hüquqi təqibi Məhkəmələrlə iş şöbəsinin rəisi Elsevər Əkbərov məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2021-ci il tarixli, BİKA3556615A138 saylı kredit müqaviləsinə əsasən cavabdehə kredit verilmişdir. Cavabdeh isə müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19 iyun 2020-ci il tarixli, BMSP2133797A210 saylı kredit kartına dair müqaviləyə əsasən ona kredit verilmişdir. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 21 noyabr 2022-ci il tarixə İddiaçı ASC-yə 06 aprel 2021-ci il tarixli, BİKA3556615A138 saylı kredit müqaviləsinə əsasən 4165 (dörd min bir yüz altmış beş) manat, 23 (iyirmi üç) qəpik əsas, 618 (altı yüz on səkkiz) manat, 55 (əlli beş) qəpik faiz, cəmi 4783 (dörd min yeddi yüz səksən üç) manat, 78 (yetmiş səkkiz) qəpik məbləğində borcu, 19 iyun 2020-ci il tarixli, BMSP2133797A210 saylı kredit kartına dair müqaviləyə əsasən 688 (altı yüz səksən səkkiz) manat, 74 (yetmiş dörd) qəpik əsas, 96 (doxsan altı) manat, 81 (səksən bir) qəpik faiz, cəmi 785 (yeddi yüz səksən beş) manat, 55 (əlli beş) qəpik məbləğində borcu yaranmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, İddiaçı ASC ilə onun arasında bağlanmış 06 aprel 2021-ci il tarixli, BİKA3556615A138 saylı kredit müqaviləsinə və 19 iyun 2020-ci il tarixli, BMSP2133797A210 saylı kredit kartına dair müqaviləyə əsasən ona kredit verilmişdir. Maddi imkanı zəif olmasına görə kredit borclarını vaxtında ödəyə bilməmişdir. Məhkəmə Cavabdeh izahatını, iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 75 (yetmiş beş) manat, 70 (yetmiş) qəpik dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş 06 aprel 2021-ci il tarixli, BİKA3556615A138 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 48 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh 19 iyun 2020-ci il tarixli, BMSP2133797A210 saylı kredir müqaviləsindən görünür ki, müştəri tərəfindən kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ Bank tərəfindən 2600 (iki min altı yüz) manat müəyyən olunmuşdur. Mülki işə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 21 noyabr 2022ci il tarixə 06 aprel 2021-ci il tarixli, BİKA3556615A138 saylı kredit müqaviləsi üzrə 4165 (dörd min bir yüz altmış beş) manat, 23 (iyirmi üç) qəpik əsas, 618 (altı yüz on səkkiz) manat, 55 (əlli beş) qəpik faiz, cəmi 4783 (dörd min yeddi yüz səksən üç) manat, 78 (yetmiş səkkiz) qəpik borcu, 19 iyun 2020-ci il tarixli, BMSP2133797A210 saylı kredit kartına dair müqaviləyə əsasən 688 (altı yüz səksən səkkiz) manat, 74 (yetmiş dörd) qəpik əsas, 96 (doxsan altı) manat, 81 (səksən bir) qəpik faiz, cəmi 785 (yeddi yüz səksən beş) manat, 55 (əlli beş) qəpik borcu vardır. Mülki işə əlavə edilmiş 30 iyun 2022-ci il tarixli, ******* saylı bildirişdən görünür ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış kredit müqavilələrinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2021-ci il tarixli, BİKA3556615A138 saylı kredit müqaviləsi öhdəliklərini icra etməmiş və nəticədə Cavabdeh 21 noyabr 2022-ci il tarixə 06 aprel 2021-ci il tarixli, BİKA3556615A138 saylı kredit müqaviləsi üzrə 4165 (dörd min bir yüz altmış beş) manat, 23 (iyirmi üç) qəpik əsas, 618 (altı yüz on səkkiz) manat, 55 (əlli beş) qəpik faiz, cəmi 4783 (dörd min yeddi yüz səksən üç) manat, 78 (yetmiş səkkiz) qəpik borcu yaranmışdır. Həmçinin, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19 iyun 2020-ci il tarixli, BMSP2133797A210 saylı kredit kartına dair müqaviləsi öhdəliklərini icra etməmiş və nəticədə Cavabdeh 688 (altı yüz səksən səkkiz) manat, 74 (yetmiş dörd) qəpik əsas, 96 (doxsan altı) manat, 81 (səksən bir) qəpik faiz, cəmi 785 (yeddi yüz səksən beş) manat, 55 (əlli beş) qəpik borcu borcu yaranmışdır. Ona görə də, həmin borc Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 75 (yetmiş beş) manat, 70 (yetmiş) qəpik dövlət rüsumu da, iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. 1.Cavabdeh 06 aprel 2021-ci il tarixli, BİKA3556615A138 saylı kredit müqaviləsi üzrə 4165 (dörd min bir yüz altmış beş) manat, 23 (iyirmi üç) qəpik əsas, 618 (altı yüz on səkkiz) manat, 55 (əlli beş) qəpik faiz, cəmi 4783 (dörd min yeddi yüz səksən üç) manat, 78 (yetmiş səkkiz) qəpik məbləğindəki borc pul alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin.
2. Cavabdeh 19 iyun 2020-ci il tarixli, BMSP2133797A210 saylı kredit müqaviləsi üzrə 688 (altı yüz səksən səkkiz) manat, 74 (yetmiş dörd) qəpik əsas, 96 (doxsan altı) manat, 81 (səksən bir) qəpik faiz, cəmi 785 (yeddi yüz səksən beş) manat, 55 (əlli beş) qəpik məbləğindəki borc pul alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin.
3. Cavabdeh 75 (yetmiş beş) manat, 70 (yetmiş) qəpik ödənilmiş dövlət rüsumu alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Mübariz Məmmədov.