Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-118/2023 13.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsi, hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X5 katibliyi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyətinin sədri X6 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Əsgərov Elxan Əhmədəli oğlu və X4 qarşı “Kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Əsgərov Elxan Əhmədəli oğlu və X4 qarşı “Kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Əsgərov Elxan Əhmədəli oğlundan və X1 13 noyabr 2019-cu il tarixli, 2100-1659-01 saylı kredit müqaviləsi üzrə 10473 (on min dörd yüz yetmiş üç) manat, 43 (qırx üç) qəpik məbləğində kredit borcu, 1460 (bir min dörd yüz altmış) manat, 26 (iyirmi altı) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə cəmi 11933 (on bir min doqquz yüz otuz üç) manat, 69 (altmış doqquz) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 125 (bir yüz iyirmi beş) manat, 80 (səksən) qəpik məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyətinin sədri X8 iddianı müdafiə etdi və məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdeh Əsgərov Elxan Əhmədəli oğlu ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 13 noyabr 2019-cu il tarixli, 2100-1659-01 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik faiz dərəcəsi 36 % olmaqla, 12030 (on iki min otuz) mnat məbləğində kredit limiti açılmış, həmin müqaviləyə görə 13 noyabr 2019-cu il tarixli, 400 saylı məxaric orderinə əsasən cavabdeh Əsgərov Elxan Əhmədəli oğluna12030 (on iki min otuz) mnat məbləğində kredit verilmişdir. Cavabdeh X7 ilə bağlanmış 13 noyabr 2019-cu il tarixli, 2100-1659-01 Z saylı zaminlik müqaviləsinə əsasən o, 13 noyabr 2019-cu il tarixli, 2100- 1659-01 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinin təminatçısı hesab edilmişdir. Cavabdeh Əsgərov Elxan Əhmədəli oğlu kredit razılaşmasının 2-ci bəndinin tələblərini pozaraq götürdüyü kredit üzrə bütün ödəmələri dəfələrlə yubatmış kredit borc və faiz borcudan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 13 noyabr 2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh Əsgərov Elxan Əhmədəli oğlunun götürdüyü kredit borcundan 10473 (on min dörd yüz yetmiş üç) manat, 43 (qırx üç) qəpik məbləğində kredit borcu, 1460 (bir min dörd yüz altmış) manat, 26 (iyirmi altı) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə cəmi 11933 (on bir min doqquz yüz otuz üç) manat, 69 (altmış doqquz) qəpik məbləğində borcu qalmışdır. Ona görə də iddianın təmin edilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etdi. Mülki iş üzrə cavabdehlər Əsgərov Elxan Əhmədəli oğlu və X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh X2 iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə proses iştirakçısının izahatını dinləyib işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işə əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Əsgərov Elxan Əhmədəli oğlu arasında bağladığı 13 noyabr 2019-cu il tarixli, 2100-1659-01 saylı kredit müqaviləsindən görünür ki, Əsgərov Elxan Əhmədəli oğluna 24 ay müddətinə, illik faiz dərəcəsi 36 % olmaqla, 12030 (on iki min otuz) mnat məbləğində kredit limiti açılmışdır. Mülki işə əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X7 arasında bağlanmış 13 noyabr 2019-cu il tarixli, 2100-1659-01 Z saylı zaminlik müqaviləsindən məlum olur ki, X7 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Əsgərov Elxan Əhmədəli oğlu arasında bağlanmış bağladığı 13 noyabr 2019-cu il tarixli, 2100-1659-01 saylı kredit müqaviləsinə üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə kreditor qarşısında öz üzərinə məsuliyyət götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Mülki işə əlavə edilmiş 13 noyabr 2019-cu il tarixli, 400 saylı məxaric orderindən məlum olur ki, cavabdeh Əsgərov Elxan Əhmədəli oğluna 12030 (on iki min otuz) mnat məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə arayışından məlum olur ki, cavabdeh Əsgərov Elxan Əhmədəli oğlu arasında bağlanmış 13 noyabr 2019-cu il tarixli, 2100-1659-01 saylı kredit müqaviləsi üzrə 12 oktyabr 2022-ci tarixə kimi 10473 (on min dörd yüz yetmiş üç) manat, 43 (qırx üç) qəpik məbləğində kredit borcu, 1460 (bir min dörd yüz altmış) manat, 26 (iyirmi altı) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə cəmi 11933 (on bir min doqquz yüz otuz üç) manat, 69 (altmış doqquz) qəpik məbləğində borcu vardır. Mülki işə əlavə edilmiş xəbərdarlıq məktublarından məlum olur ki, cavabdehlərə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə borcları olduğu barədə bildirilmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 125 (bir yüz iyirmi beş) manat, 80 (səksən) qəpik məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, X7 arasında bağlanmış 13 noyabr 2019-cu il tarixli, 2100-1659-01 Z saylı zaminlik müqaviləsi üzrə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir ildən artıq müddət keçdiyinə görə onun zaminliyinə xitam verilməli, iddia tələbi üzrə müəyyən pul məbləği ondan tutulmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğu və dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyi üçün iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu 80 (səksən) manat hissəsi cavabdeh Əsgərov Elxan Əhmədəli oğlundan müştərək qaydada alınıb, iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 233-cü maddələrinə əsasən QƏT ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Əsgərov Elxan Əhmədəli oğlu və X4 qarşı “Kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” iddiası qismən təmin edilsin. Cavabdeh Əsgərov Elxan Əhmədəli oğlundan 13 noyabr 2019-cu il tarixli, 2100-1659-01 saylı kredit müqaviləsinə üzrə 10473 (on min dörd yüz yetmiş üç) manat, 43 (qırx üç) qəpik məbləğində kredit borcu, 1460 (bir min dörd yüz altmış) manat, 26 (iyirmi altı) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə cəmi 11933 (on bir min doqquz yüz otuz üç) manat, 69 (altmış doqquz) qəpik məbləğində pul iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəməyə iddia ərizəsinin verilməsinə üçün ödənilmiş dövlət rüsumuna görə 125 (bir yüz iyirmi beş) manat, 80 (səksən) qəpik məbləğində cavabdeh Əsgərov Elxan Əhmədəli oğlundan pul iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh X3 zaminliyinə xitam verilir. İddia tələbinin cavabdeh X1 müştərək qaydada tutulması hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. müştərək qaydada Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-118/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-118/2023
13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver