Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-118/2025 24.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X1 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarş “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC-nin xeyrinə 24 iyun 2023-cü il tarixli borc müqaviləsinə əsasən borca götürülmüş 3000 (üç min) manat məbləğin və 50 (əlli) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “TAHK" MMC arasında 24 iyun 2023-cü il tarixdə borc müqaviləsi bağlanmışdır. Həmin borc müqaviləsinə əsasən Cavabdeh 3000 (üç min) manat məbləğində pul vəsaitini borca götürərək, digər MMC-də girovda olan 50,49 qramm, 583 əyarı olan qızıl zinnət əşyalarını çıxararaq, "xxxx" MMC-yə girov qoymalı idi. Həmin borc müqaviləsinin 1.3-cü bəndinə əsasən müqavilə bağlanan günü, yəni 24 iyun 2023-cü il tarixdə, 3000 (üç min) manat məbləğində pul vəsaiti Cavabdeh verilmişdir. Borc müqaviləsinin 1.2-ci bəndinə əsasən 3000 (üç min) manat məbləğində borc məbləği cavabdehə faizsiz verilmişdir. Borc müqaviləsinin 2.2-ci bəndinə əsasən borc alan bu müqavilənin 1.1-ci bəndində qeyd olunan pul məbləğini girovu əsasında tərəflərin razılaşdığı müddətdə geri qaytarır. Beləliklə Cavabdeh həmin borc müqaviləsinə əsasən götürdüyü 3000 (üç min) manat məbləğində pul vəsaitini 01 iyul 2023-cü il tarixədək qaytarmalı idi və bu borc məbləğinə əsasən digər MMC-dən 50.49 qramm olan 583 əyarlı qızıl zinnət əşyaları girovdan çıxararaq. "xxxx" MMC-yə girova qoyub kredit müqaviləsini bağlamalı idi. Lakin Cavabdeh yuxarıda qeyd olunanlara əməl etməmiş və hal-hazıradək borc müqaviləsinə əsasən götürdüyü 3000 (üç min) manat məbləğində pul vəsaitini geri qaytarmamışdır. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 24 iyun 2023-cü il tarixli borc müqaviləsinə əsasən borca götürülmüş 3000 (üç min) manat məbləğin və 50 (əlli) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı MMC qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən, məhkəmə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək bildirdi ki, müqavilə Cavabdeh əri ilə bağlanmış, lakin imza nümunəsi və müqavilə dəyişdirilmişdir. Həmin müqavilə üzrə cavabdehin əri tapılmadığı üçün Cavabdeh qismində göstərilmişdir.Əlavə olaraq bildirdi ki, iddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməsələr də onlar işə mahiyyəti üzrə baxılmasını tələb edirlər. Odur ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə Cavabdeh nümayəndəsi və vəkili Vəkil dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 3000 (üç min) manat məbləğində borc verilmiş, borc alan isə borcu bu müqavilənin şərtləri əsasında geri qaytarmağı öhdəsinə götürmüş və 50,49 qr 583 əyarlı qızılı girov qismində verməyi öhdəsinə götürmüşdür. İş materialına əlavə edilmiş AZE000***** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1980-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli etibarnamə sənədindən görünür ki, etibarnamədə qeyd edilən hüquqların həyata keçirilməsi Nümayəndə etibar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli etibarnamə sənədindən görünür ki, Cavabdeh tərəfindən etibarnamədə qeyd edilən hüquqların həyata keçirilməsi Vəkil etibar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli vəkil orderindən görünür ki, Vəkil tərəfindən Cavabdeh hüquqi yardım göstərilir. İş materialında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən iddia ərizəsinin verilməsi üçün 50 (əlli) manat dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh borc müqaviləsi əsasında İddiaçı MMC-dən borc almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında borc məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, lakin borcu ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı MMC verdiyi borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilərək, Cavabdeh 3000 (üç min) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti tutulub "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti tutulub "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-118/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-118/2025
24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver