Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1186/2023 11.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2379 (iki min üç yüz yetmiş doqquz) manat 60 (altmış qəpik əsas, 87 (səksən yeddi) manat 41 (qırx bir) qəpik faiz borcu, 28 (iyirmi səkkiz) manat 51 (əlli bir) qəpik cərimə olmaqla, cəmi 2495 (iki min dörd yüz doxsan beş) manat 52 (əlli iki) qəpik məbləğində vəsaitin və 44 (qırx dörd) manat 96 (doxsan altı) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən 24 ay müddətinə, illik 16% ödəmək şərtilə, 4000 AZN kredit götümüşdür. Kreditin təminatı olaraq, Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh Müqavilə şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Nəticədə cavabdehin banka 2379.60 manat əsas, 87.41 manat faiz borcu, 28.51 manat cərimə olmaqla, cəmi 2495.52 manat məbləğində borcu yaranmışdır. Cavabdeh1 banka olan cərimə borcu 57.01 manat məbləğində təşkil etməsinə baxamayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 % miqdarında olmaqla, yəni 28.51 manat məbləğində tələb olunur. Xəbərdar edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır və İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2379 (iki min üç yüz yetmiş doqquz) manat 60 (altmış qəpik əsas, 87 (səksən yeddi) manat 41 (qırx bir) qəpik faiz borcu, 28 (iyirmi səkkiz) manat 51 (əlli bir) qəpik cərimə olmaqla, cəmi 2495 (iki min dörd yüz doxsan beş) manat 52 (əlli iki) qəpik məbləğində vəsaitin və 44 (qırx dörd) manat 96 (doxsan altı) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 13-Z1-1-0-1382-22 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 24 ay müddətinə, illik 16% ödəmək şərtilə, 4000 AZN kredit verilmişdir. Həmin tarixdə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 xx.xx.2022-ci il tarixli 13-Z1-1-0-1382-22 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli 13- Z1-1-0-1382-22 saylı kredit müqaviləsi üzrə 2379 (iki min üç yüz yetmiş doqquz) manat 60 (altmış qəpik əsas, 87 (səksən yeddi) manat 41 (qırx bir) qəpik faiz borcu, 28 (iyirmi səkkiz) manat 51 (əlli bir) qəpik cərimə olmaqla, cəmi 2495 (iki min dörd yüz doxsan beş) manat 52 (əlli iki) qəpik məbləğində borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli xəbərdarlığdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 tərəfindən banka olan borc ödənilmədiyi təqdirdə barələrində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 44 (qırx dörd) manat 96 (doxsan altı) qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan MAPS aryışdan görünür ki, Rzayev X2 rayonu, Ərçivan qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan MAPS aryışdan görünür ki, Cavabdeh2 Astara rayonu, Siyəkü kəndində qeydiyyatdadır. Beləliklə, müəyyən olundu ki, kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana 24 ay müddətinə, illik 16% ödəmək şərtilə, 4000 AZN kredit verilmiş, kreditin təminatı olaraq, Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər müqavilə üzrə üzərlərinə müvafiq öhdəliklər götürsə də, götürdüyü öhdəlikləri tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də iddiaçı tərəf qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci müqaviləsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 44 (qırx dörd) manat 96 (doxsan altı) qəpik dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, 2379 (iki min üç yüz yetmiş doqquz) manat 60 (altmış qəpik əsas borc, 87 (səksən yeddi) manat 41 (qırx bir) qəpik faiz borcu, 4 (dörd) manat 51 (əlli bir) qəpik cərimə borcu, cəmi 2471 (iki min dörd yüz yetmiş bir) manat 52 qəpik borc və dövlət rüsumu üçün köçürülmüş 44 (qırx dörd) manat 96 qəpik məbləğində pul vəsaiti İddiaçı ASCnin xeyrinə tutulsun. Qətnamə, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-1186/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1186/2023
11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver